#BakuQürurHəftəsi2024: Heç Kim Kənarda Qalmasın!
23İyn

#BakuQürurHəftəsi2024: Heç Kim Kənarda Qalmasın!

Bu ay bütün dünyada LGBTQI+ icmalarının üzləşdiyi davamlı problemləri dərk edərək, hərəkatlarımızdakı nailiyyətləri və dayanıqlılığını qeyd edirik. Mövcudluğumuzun daha çox risk altında olduğu bu zamanlarda səsimizi bir daha eşitdirmək, Heç kim geridə qalmasın! – demək üçün Bakı Qürur Həftəsində bir daha bir yerə gəlməyi özümüzə borc bilirik. Təəssüf ki, Azərbaycanda

#IDAHOBIT2024Baku Necə Keçdi?
09İyn

#IDAHOBIT2024Baku Necə Keçdi?

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2024-cü il üçün May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Həftəsini qürurla başa vurdu. “Bu çətin günlərdə biz ümidli olmağı seçirik!” deyərək başladığımız #IDAHOBIT2024Baku həftəsində Azərbaycanda LGBTİ+ icmasına qarşı edilən ayrı-seçkiliklərə diqqət çəkmək və bərabərliyi təşviq etmək, LGBTİ+ icmalarının üzləşdiyi sosial, iqtisadi və siyasi problemlər

Bakı Qürur Həftəsi öz könüllülərini axtarır!
27May

Bakı Qürur Həftəsi öz könüllülərini axtarır!

2-ci Bakı Qürur Həftəsi öz könüllülərini axtarır!  Bu il də Qürur Ayı ərəfəsində səfərbər olmağa niyyətlənmişik. Bu fərqindəlik həftəsində sənə ehtiyacımız var!  Redaktə, tərcümə, illustrasiya, musiqi alətindən istifadə, performerlik və sair hər bacarıqda olan yoldaşlarımızı aramızda görməkdən şad olarıq. Bunlar kifayət deyil, əzizim. Fərqli bacarıqlarıqla tövhə verəcəyini düşünürsənsə, yenə də

#IDAHOBIT2024Baku Ebru Sərgiləri
13May

#IDAHOBIT2024Baku Ebru Sərgiləri

Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Günü (IDAHOBIT) LGBTİQ+ icmasına qarşı edilən ayrı-seçkiliyə diqqət çəkən və bərabərliyi təşviq edən qlobal bir hadisədir. Bu çətin günlərdə biz ümidli olmağı seçirik.  “Hər şey yaxşı olacaq!” şüarı altında Azərbaycandakı LGBTİQ+ icması daxilində və icmadan kənarda dayanıqlılıq, ümid və həmrəyliyi təcəssüm etdirən silsilə

#IDAHOBIT2024Baku – Hər şey yaxşı olacaq!
12May

#IDAHOBIT2024Baku – Hər şey yaxşı olacaq!

Bu çətin günlərdə biz ümidli olmağı seçirik! 17 May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Günü (IDAHOBIT) LGBTİ+ icmasına qarşı edilən ayrı-seçkiliyə diqqət çəkən və bərabərliyi təşviq edən qlobal bir hadisədir. Ənənənimizi davam etdirərək, könüllülərimiz və icmamızın dostları ilə birlikdə qollarımızı çırmalayıb bu il də IDAHOBIT-i qeyd etməyi planlaşdırırıq.

İDAHOTBİ+ 2024 Bakı öz könüllülərini axtarır!
19Apr

İDAHOTBİ+ 2024 Bakı öz könüllülərini axtarır!

İDAHOTBİ+ 2024 Bakı öz könüllülərini axtarır! Ötən il olduğu kimi, bu il də 17 May – Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində səfərbər olmağa niyyətliyik. Yaşadığımız təcrübələrə inad “özünə qayğı müqavimətdir” mottosu altında dinləmək və eşidilmək, anlayış və şəfqət üçün 11-17 may İDAHOTBİ+ Həftəsində bir araya

BƏLƏDÇİ #1
11Mar

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi əsasən LGBTİQ+ların mental sağlamlıqlarına dəstək olmağı hədəfləyən məlumatlar ilə bərabər duyğu, düşüncə və davranış çalışmalarını əhatə edir. İnsanların duyğu, düşüncə və davranışları bir-biri ilə qarşılıqlı

İsa Şahmarlı #Xatirələr
25Yan

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik. İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu podkastda mövzumuz LGBTİ+ icması üçün həm şəxs, həm də aktivist olaraq çox dəyərli olan İsa Şahmarlı haqqındadır. Epizod boyu qonağımız isə İsa Şahmarlının yaxınlarından olan

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib
04Dek

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Samir Şərifov rəhbərlik edib. Baxış zamanı 6 ölkə Azərbaycanda LGBTİ+ icmasının fundamental hüquq və azadlıqlarının tanınması,

LGBTİ+ ovu: 2017-ci il hadisələri 
19Noy

LGBTİ+ ovu: 2017-ci il hadisələri 

Transfobiya Qurbanlarının Anım Həftəsi çərçivəsində növbəti podkastımızı təqdim edirik. 2017-ci il sentyabr hadisələri barədə nə bilirik? Bu mövzuda danışarkən müzakirələr adətən baş verən aktın hüquqi müstəvidə sorğulanmasından ibarət olur və hadisənin ümumi təsvir edilməsi ilə kifayətlənir. Bu dəfəki podkastımızda baş verənləri zərərçəkənlərdən birinin öz dilindən eşitmək imkanı əldə etdik. Qonağımız

Translar və onların münasibətləri
13Noy

Translar və onların münasibətləri

Uzun fasilədən sonra Nəfəsin növbəti podkastından sizləri salamlayırıq! Trans fərqindəlik həftəsi 🏳️‍⚧️ çərçivəsində hazırladığımız bu epizodda trans münasibətlərdə tabular, translarla münasibətdə qəliblər (stereotiplər), feminen və maskulinlik, icma daxilində femfobiya kimi mövzulardan söhbət etmək imkanımız oldu. Dəyərli təcrübələrini bölüşdükləri üçün könüllümüz Alvi və qonağı trans-feminist aktivist Miray Dənizə təşəkkür edirik.

Göy Qurşağı Vəkilliyi Akademiyası 2023-2024
07Noy

Göy Qurşağı Vəkilliyi Akademiyası 2023-2024

Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lər üçün “Göy Qurşağı Vəkilliyi” Programını təqdim etməkdən qürur duyur! Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır. Lakin, ölkədəki

26 Oktyabr Beynəlxalq İnterseks Fərqindəlik Günü
26Okt

26 Oktyabr Beynəlxalq İnterseks Fərqindəlik Günü

İnterseks Fərqindəlik Günü hər il oktyabrın 26-da keçirilən beynəlxalq məlumatlandırma günüdür, intersekslərin üzləşdiyi insan hüquqları problemlərini işıqlandırmaq üçün qeyd edilir. Bu gün Şimali Amerikada 26 oktyabr 1996-cı ildə Amerika Pediatriya Akademiyasının illik konfransını keçirdiyi Bostondakı məkanın qarşısında intersekslərin ilk ictimai nümayişini ilə başlayıb. İnterseks fəalları Morgan Holmes və Max Beck,

8 Oktyabr Beynəlxalq Lezbiyanlar Günü
08Okt

8 Oktyabr Beynəlxalq Lezbiyanlar Günü

Bu gün 8 oktyabr Beynəlxalq Lezbiyanlar Günümüzdür! Avstraliya Gey və Lesbiyan Arxivlərinə görə, 8 oktyabrın Beynəlxalq Lesbiyanlar Günü kimi qeyd olunması 1979-1980-ci illərdən başlayıb. Şimali Avropada yaşayan lezbiyan fəallar və radikal lezbiyan feministlər bu illər ərzində həm gender, həm də seksual oriyentasiya əsasında ayrı-seçkiliyə qarşı mübarizələrini vurğulamaq üçün bu günü

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı
21Avq

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş tutacaq.  İctimai vəkillik nöqteyi-nəzərindən, BMT-nin bu mexanizmi dünyanın hər bir yerində LGBTİ+lərə qarşı baş verən insan hüquqları pozuntularını göstərmək, baxışı keçirilən Üzv Dövlətdən hesabat tələb

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi
29İyl

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə əsas multi-idman tədbiridir. Bu yarışların keçirilməsində əsas məqsəd Avropanın kuir atletlərini bir araya gətirərək idmanda müxtəlifliyi və inklüzivliyi qeyd etməkdir. Təəssüf hissi ilə bildiririk ki,

İİV pozitivlə pozitiv yaşayan kuirlər
30İyn

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan Kuirlər” adlı podkastımız kuir İİV pozitiv fərdi Mirinin iştirakı ilə baş tutub. Miri ilə bu podkastda biz Azərbaycanda yaşayan kuir İİV pozitiv fərdlərin səhiyyə, hüquq,

Translar 4 divar arasında
29İyn

Translar 4 divar arasında

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız ilk podkastı sizə təqdim edirik.  Könüllümüz Alvinin təqdimatında “Translar 4 divar arasında” adlı podkastımız kuir-aktivist Əli Məlikovun iştirakı ilə 23-24 may LGBTİQ+ icmasına qarşı olan polis hücumundan bəhs edir. Həmin hücumlarda zərərçəkənlərdən biri olan Əli Məlikov

Bəyanat: Mübarizəmiz Haqlıdır!
23İyn

Bəyanat: Mübarizəmiz Haqlıdır!

İyun ayında Qürur Ayı qeyd etdiyimiz zaman, bu ay bütün dünyada LGBTQİ+  icmalarının üzləşdiyi davamlı problemləri dərk edərək, hərəkatlarımızdakı nailiyyətləri və dayanıqlılığını qeyd edirik. Nəfəs qlobal miqyasda LGBTQİ+ icması ilə həmrəydir və biz cinsi oriyentasiyasından, cinsi kimliyindən və ifadəsindən asılı olmayaraq həsin bərabərliyini, ayrıseçkilik etməməsini və insan hüquqlarına hörməti təşviq

AŞPA: Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır
01İyn

AŞPA: Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır,” – AŞPA-nın baş məruzəçisi deyib. Mayın 31-də Avropa Şurası Parlament Assambleyasının LGBTQİ+ların hüquqları üzrə baş məruzəçisi Kristof Lakroix (Belçika, SOC) deyib: “Azərbaycanda LGBTİ şəxslərin və onların hüquqlarını müdafiə edən fəalların yenidən polis əməkdaşlarının hədəfinə çevrilməsi ilə bağlı yeni xəbərlər məni dərindən narahat

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təzyiqə boyun əyib
01İyn

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təzyiqə boyun əyib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tənqidlərlə üzləşib və 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı sosial şəbəkədə yazılan paylaşıma dəyişiklik etmək məcburiyyətində qalıb. Nazirlik əvvəlcə göy qurşağı rəngində uçurtma təsviri paylaşıb. Bununla belə, bəzi şəxslər göy qurşağı uçurtmalarının LGBTQİ+ təbliğatını təmsil etdiyini iddia edərək öz fikirlərini bildiriblər. Cavab

Bakıda saxlanılan LGBTİ+ fəalları inzibati xəta ilə bağlı ittihamlarla üzləşiblər
24May

Bakıda saxlanılan LGBTİ+ fəalları inzibati xəta ilə bağlı ittihamlarla üzləşiblər

Bakıda LGBTİ+ hüquq müdafiəçilərinin 37-ci Polis Bölməsi qarşısında saxlanılmasından sonra onların hüquqi vəziyyəti ilə bağlı yeni məlumat yayılıb. Jurnalist Nurlan Librenin verdiyi məlumata görə, Cavid Nəbiyev, Əli Məlikov və kimliyi məlum olmayan daha iki nəfər əlləri qandallı olaraq polis bölməsinə gətirilib. Heç bir faktiki qanunsuzluqda iştirak etməmələrinə baxmayaraq, onlara cinayətkar

LGBTİ+ haqları müdafiəçisi pis rəftar və travma ilə bağlı təfərrüatları açıqlayıb
24May

LGBTİ+ haqları müdafiəçisi pis rəftar və travma ilə bağlı təfərrüatları açıqlayıb

23 may tarixində Bakıda saxlanılan LGBTİ+ fəalı Əli Məlikov sosial şəbəkədə saxlanarkən məruz qaldıqları rəftarla bağlı təfərrüatları paylaşıb. Trans icma üzvlərinin həbsinə etiraz edən fəallar arasında olan Məlikov 20 saatdan çox davam edən dəhşətli təcrübəni təsvir edib. Məlikov öz tvitində onların saxlanmasının fiziki təmas, təhdid və kiçik, havasız otaqda saxlanılmanı

LGBTİ+ hüquq müdafiəçiləri trans icmasının həbsinə etiraz ediblər
23May

LGBTİ+ hüquq müdafiəçiləri trans icmasının həbsinə etiraz ediblər

Dünən, mayın 23-də LGBTİ+ fəalları transların saxlanılmasına etiraz etmək üçün toplaşıblar. Mayın 22-də sosial şəbəkələrdə Bakının Xətai rayonunda polislə üç trans qadının qarşıdurmasını əks etdirən videolar yayılıb. Görüntülərdə transların polislə mübahisədən sonra saxlanılması əks olunub. Trans fəallardan birinin Meydan TV-yə verdiyi açıqlamaya görə, mayın 22-də baş verən insident polisin trans

2014-cü ildə İDAHOBİT günü necə qeyd edilib?
17May

2014-cü ildə İDAHOBİT günü necə qeyd edilib?

2014-cü ildə Nəfəs LGBTİ Azərbaycan Alyansı İDAHOBİT günün necə qeyd edib? 2014-cü ildə Nəfəs LGBTİ Azərbaycan Alyansı Niderland səfirliyi ilə birgə Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə – İDAHOBİT Gününə həsr olunmuş əlamətdar tədbir təşkil edib. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qobustanda keçirilən yürüyüşün məqsədi Azərbaycan

17 MAY – Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü
17May

17 MAY – Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü

İDAHOBİT – Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü “Həmişə birlikdə: Müxtəlifliklə Birləşmiş” mövzusunu qeyd edir. Mayın 17-də Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Gününün tanınması üçün qlobal LGBTİ+ icması builki “Həmişə Birlikdə: Müxtəlifliklə Birləşmiş” mövzusu altında bir araya gəlir. Mövzu bütün dünya üzrə LGBTİ+ təşkilatları

“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” qısametrajlı sənədli filminin təqdimatı
17May

“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” qısametrajlı sənədli filminin təqdimatı

“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” filmini təqdim etməklə, Nəfəs LGBTİ Azərbaycan Alyansı 17 May – İDAHOBİT həftəsini ölkədəli reallığı ehtiva edən tədbirlə bitirib. Tədbirimizdə “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsində qalib gəlmiş və Nəfəs LGBTİ Azərbaycan Alyansının maliyyə dəstəyi ilə hazırlanmış,

İşsiz translar
17May

İşsiz translar

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinin 2-ci podkastını yayımlayırıq. Bu podkastda, könüllümüz Alvi və trans hüquqları aktivisti Vüsalə Hacıyeva ilə transların əmək bazarına çııxışını, iş sahəsində üzləşdiyi təcrübələrini müzakirə etmişik. Podkast səni həm də transların əmək bazarında qarşılaşıdığı çətinliklərlə mübarizədə həmrəyliyə

Azərbaycanda LGBTQİ+ hərəkatının dünəni, bugünü və sabahı
13May

Azərbaycanda LGBTQİ+ hərəkatının dünəni, bugünü və sabahı

Nəfəs LGBTİ Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinə podkastımızla davam edirik. Biz könüllümüz Rza və kuir aktivistlər Cavid Nəbiyev, Əli Məlikovla birgə epizod hazırlamışıq. 17 May Beynəlxalq İDAHOBİT+ gününün Azərbaycanda tarixi, günümüzdə LGBTQİ+ aktivizmi, keçmişimiz və hərəkatımızdan gələcək gözləntilərimizi əhatə edən müzakirəmizi dinləməyə və

Göy qurşağı Xəritəsi və İndeksi 2023
11May

Göy qurşağı Xəritəsi və İndeksi 2023

On ildən artıqdır ki, ILGA-Avropa-nın Göy qurşağı Xəritəsi və İndeksi bütün Avropada LGBTQİ+ların hüquqlarını müqayisə etmək üçün mühüm vasitəyə çevrilib. Hazırkı buraxılışda Malta birinci yeri tutmaqda davam edir, Azərbaycan isə 2% xalla sonuncu yerdədir. Göy qurşağı Xəritəsi bərabərlik, ailə və sığınacaq daxil olmaqla yeddi kateqoriya üzrə 74 meyardan istifadə edir.

İDAHOT+ Forumu 2023
11May

İDAHOT+ Forumu 2023

​​Bugün İslandiyanın paytaxtı Reykyavik builki Avropa Dövlətlərarası LGBTQİ+ Əlaqələndirmə Şəbəkəsinin (EFPN) keçirdiyi IDAHOT+ Forumuna ev sahibliyi edir. İslandiya Hökuməti tərəfindən təşkil edilən IDAHOT Forum 2023 Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seksual və Gender Kimliyi Şöbəsinin (Council of Europe’s SOGI Unit) dəstəyi ilə baş tutur. Artıq 10-cusu baş tutan İDAHOT+ Forumu

17 May İDAHOBİT həftəsi
11May

17 May İDAHOBİT həftəsi

17 May Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Mübarizə Günüdür. Bu qlobal gündə biz LGBTQİ+lar olaraq gender kimliyi, seksual orientasiya, sinfi ayrı-seçkilik və digər marginallaşdırılan kimliklərimizə qarşı hədəf göstərmələrə sinə gəririk. Bu qlobal hadisə ərəfəsində “Ədalət və Hamı Üçün Müdafiə” devizi altında Azərbaycanda ədalətin və mühafizənin təmin edilməsi üçün daha

Azərbaycanın Avroviziya 2023 təmsilçiləri yerli sosial mediada homofobik nifrət nitqi ilə üzləşiblər
08May

Azərbaycanın Avroviziya 2023 təmsilçiləri yerli sosial mediada homofobik nifrət nitqi ilə üzləşiblər

Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən əkiz qardaşlar Tural və Turan – TuralTuranX unikal üslublarına görə sosial şəbəkələrdə Azərbaycanda insanların homofobik reaksiyası ilə üzləşiblər. TuralTuranX qardaşların stilisti bütün neqativliyə baxmayaraq, stil seçimlərinə güvəndiyini ifadə edib və bildirib: “Düzü, tənqidlərdən xəbərim yoxdur. Bütün Avropa ölkəmizi təmsil edən gəncləri çox sevir

Queer Art Festival Baku Sənətkarlar üçün Açıq Çağırış
03May

Queer Art Festival Baku Sənətkarlar üçün Açıq Çağırış

Queer Art Festival Baku 2023 ilin incəsənət festivalı üçün açıq çağırış elan edib və yerli vizual rəssamları öz yaradıcılıq işləri ilə qrup sərgisində iştirak etməyə dəvət edir. Festival “İmtiyazsız” mövzusunu araşdırmaq və imtiyazsız icmaların hekayələrini vurğulayan sənət əsərləri yaratmaq üçün xüsusi olaraq trans, qeyri-binar, gender-müxtəlif, multiseksual və kuir rəssamları hədəfləyir.

Mental Sağlamlıq Düşərgəsi üçün Ehtiyacların Müəyyənləşdirilməsi
02May

Mental Sağlamlıq Düşərgəsi üçün Ehtiyacların Müəyyənləşdirilməsi

Nəfəs LGBTİ Azərbaycan Alyansı icma üzvlərini mental sağlamlığa yönəlmiş yay düşərgəsinin planlaşdırılmasına kömək etməyə dəvət edir. Düşərgənin məqsədi LGBTQİ+ların öz mental sağlamlıq problemlərini rahat şəkildə müzakirə edə və lazımi dəstəyi ala biləcəyi təhlükəsiz və inklüziv mühit yaratmaqdır. LGBTQİ+lar təşkilatçılara cəmiyyətin mental sağlamlıq ehtiyaclarını anlamaqda kömək etmək üçün qiymətləndirmə formasını doldurmağa

BMT Əhali Fondunun icraçı Direktoru Dr. Natalia Kanemin Bəyanatı
01May

BMT Əhali Fondunun icraçı Direktoru Dr. Natalia Kanemin Bəyanatı

BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru doktor Natalia Kanem dünyanın bəzi yerlərində homoseksuallığın kriminallaşdırılmasına qarşı çıxış edib. O, bəyanatında insan hüquqlarının genderindən və seksual oriyentasiyasından asılı olmayaraq bütün fərdlər üçün təmin edildiyini vurğulayıb. Dr. Kanem LGBTQİ+ların nəinki ifadə azadlığı, azadlıq, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüquqlarını pozan, həm də ictimai

Bəyanat: 1 May – İşçi və Əməkçinin Bayramı
01May

Bəyanat: 1 May – İşçi və Əməkçinin Bayramı

Sinifi bölən kuirfobiyadır! Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, biz 1 May Beynəlxalq İşçilər Gününün qlobal qeyd etməsinə qoşulur və LGBTQİ+ işçiləri də daxil olmaqla, bütün işçilərin hüquqları və ləyaqəti uğrunda mübarizəyə sadiq olduğumuzu bir daha qeyd edirik. Azərbaycanda LGBTQİ+lar həm iş yerində, həm də ümumilikdə cəmiyyətdə ayrı-seçkiliyin, təcridin və zorakılığın

Nəfəs LGBTİ “Kuir jurnalistika” təlimi təşkil edib
29Apr

Nəfəs LGBTİ “Kuir jurnalistika” təlimi təşkil edib

Nəfəs LGBTİ Azərbaycan Alyansının məqalə yazılması bağlı 1 günlük “Kuir jurnalistika” adlı təlim proqramı təşkil edib. Təlim zamanı iştirakçılarla storytelling – hekayə nəqlinə dair nəzəri biliklər paylaşılıb, məqalələrin hazırlanması ilə bağlı praktiki məşğələlər keçirilib. Təlimdə mediada etik kodlar, jurnalistik fəaliyyətdə azyaşlılarla işləmək, araşdırma materialları axtarışı, mənbələrin toplanması, etik kodlar, tərəfsizlik,

Jurnalistlər üçün bələdçi | ILGA-Avropa

ILGA-Avropa LGBTQI+ məsələlərini işıqlandıran jurnalistlər üçün təlimatlar toplusunu dərc edib. Təlimatlar LGBTQİ+ ilə bağlı xəbərlər, insan hüquqları, dil haqqında necə məlumat veriləcəyinə dair aydın tövsiyələr və trans və intersekslər haqqında xəbər yazmaq üçün xüsusi tövsiyələr təqdim edib. Bələdçi həmçinin LGBTQİ+ problemlərindən xəbərdar olmaq istəyən jurnalistlər üçün vacib resursların siyahısını ehtiva

LBTQİ+ qadınlar ilə həmrəylik – Lezbiyan Görünürlük Həftəsi
24Apr

LBTQİ+ qadınlar ilə həmrəylik – Lezbiyan Görünürlük Həftəsi

Dünya Lezbiyan Görünürlük Həftəsini qeyd edərkən, Nəfəs LGBTİ Azərbaycan Alyansı LBTQİ+ qadınlar və qeyri-binarlarla həmrəylik nümayiş etdirmək üçün dünya LGBTQİ+ icmasına qoşulur. Bu həftənin məqsədi lezbiyanları qeyd etmək və LBTQİ+ qadınların, xüsusən də marginallaşmış icmalardan olanların üzləşdiyi problemlər barədə məlumatlılığı artırmaqdır. Lezbiyan Görünürlük Həftəsi 2008-ci ildən Böyük Britaniya və ABŞ-da

Kəsişmələr: Yaşlı LGBTQİ+lar | ILGA-Avropa
10Apr

Kəsişmələr: Yaşlı LGBTQİ+lar | ILGA-Avropa

ILGA-Avropa və AGE Platform Europe Avropa Əsas Hüquqlar Agentliyinin (FRA) 2019 LGBTİ Sorğusu II məlumat təhlili əsasında Avropada yaşlı LGBTQİ+ların üzləşdiyi çətinlikləri vurğulayan birgə brifinq yayımlayıb. Brifinq ILGA-Avropanın kəsişmə hesabatlarının bir hissəsidir və məqsədi Avropada marjinallaşmış qrupların yaşadıqları təcrübələri araşdırmaqdır. Məlumatların təhlili yaşlı LGBTQİ+ların sorğuya verdiyi cavablara yönəldilib və onların

AB | Macarıstana Qarşı Hüquqi Addım
07Apr

AB | Macarıstana Qarşı Hüquqi Addım

AB üzv ölkələrin yarıdan çoxu Avropa Komissiyasının Macarıstana qarşı hüquq pozuntusuna dair addımını dəstəkləmək üçün bir araya gəlib. Addımı dəstəkləyən ölkələr sırasında Avstriya, Belçika, Hollandiya, Lüksemburq, Danimarka, Almaniya, İrlandiya, Finlandiya, Fransa, Malta, Portuqaliya, İspaniya, İsveç və Sloveniya yer alıb. Bu inkişaf AB ölkələrinin əksəriyyətinin AB qanunvericiliyinə və Birlikdəki hər bir

Feminist Kitabxana | Fem-Utopia
28Mar

Feminist Kitabxana | Fem-Utopia

Fem-Utopia pulsuz oxumaq üçün mövcud olan gender əsaslı zorakılığa dair kitablar siyahısını tövsiyə edib. Təşəbbüs gender əsaslı zorakılıq və qadın hüquqları haqqında daha çox öyrənmək istəyən hər kəsi Baku Community Space-da öz feminist kitabxanasını ziyarət etməyə dəvət edib. Siyahıya iş yerində cinsi zorakılıq, erkən nikahlar və qadınlara qarşı zorakılıq da

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov
18Mar

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusuna toxunmazdan qabaq, ilkin olaraq ümumiyyətlə, psixoloqun nə edib, etmədiyinə baxmaq faydalı ola bilər. Daha sonrasında isə LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı diqqət yetirilməli məqamlara, bir çox psixoloqun LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatsız olmağına və LGBTQİ+lərin gətirdiyi mövzuların təməl məqamına toxunulacaqdır. Psixoloqun nə edib, nə etməyinə baxıldığı zaman,

Əvəz Hafizlinin qətlindən bir il ötüb | Minority Azərbaycan
22Fev

Əvəz Hafizlinin qətlindən bir il ötüb | Minority Azərbaycan

22 fevral LGBTQ+ hüquqları aktivisti, jurnalist Əvəz Hafizlinin qətlindən 1 il keçib. Əvəz Hafizli ölkədə LGBTQ+ icmasını təşkilatlandırmaq üçün müstəsna işlər görmüş və hər hansı ayrı-seçkilik olmadan cəmiyyətin bütün kəsimlərinin problemlərini işıqlandırıb. Əvəz Hafizli 2022-ci ilin yay aylarından etibarən homofob və transfob blogger Sevinc Hüseynovanın hədəfinə tuş gəlib. Blogger Əvəz

Kuirlərlə Psixoloji Konsultasiya İşinin Təşkili
03Fev

Kuirlərlə Psixoloji Konsultasiya İşinin Təşkili

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edir. Bu dəfəki episodumuzun mövzusu “Kuirlərlə psixoloji konsultasiya işinin təşkili” və qonağımız isə psixoloq konsultant Əli Abbasovdur. Epizodda psixoloji dəstəyin təşkili zamanı psixoloqun məqsəd və vəzifələr, başqa sözlə psixoloq nə edir və nə etmir və ya etməməlidir; psixoloqun peşəkar

Kiçik Qrant Müsabiqəsi | Göy Qurşağı Vəkillik Proqramı
24Yan

Kiçik Qrant Müsabiqəsi | Göy Qurşağı Vəkillik Proqramı

Yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən, onların ictimai iştirakçılığını dəstəkləmək məqsədi ilə Nəfəs LGBTİ Azərbaycan Alyansı “Göy Qurşağı Vəkilliyi” proqram çərçivəsində kiçik qrant müsabiqəsi elan edib. Kiçik qrant müsabiqəsi daxilində təkliflər; Müsabiqədə iştirak icmadan olan hərkəsə açıqdır. Növbəti mərhələdə seçilmiş 2 layihə təklifinin

“Göy Qurşağı” klipi | Fərqanə Abdulla
21Yan

“Göy Qurşağı” klipi | Fərqanə Abdulla

22 yanvar Azərbaycanda seksual oriyentasiya, gender kimliyi və gender özünüifadəsi əsaslı ayrı-seçkilik, nifrət çağırışları və cinayətləriylə mübarizə günüdür. İsa Şahmarlının əziz xatirəsinə və apardığı mübarizəyə ithafən Nəfəs LGBTİ Azərbaycan Alyansı və AZAD LGBTİ Kollektivinin başlatdığı ənənənin əsası 2015-ci ildə qoyulub. Vəfatının 9-cu il dönümündə İsa Şahmarlını və Azərbaycanın LGBTİ+ icması

17 Dekabr Seks İşçilərinə Qarşı Zorakılığa Son Beynəlxalq Günü
17Dek

17 Dekabr Seks İşçilərinə Qarşı Zorakılığa Son Beynəlxalq Günü

LGBTİ+ seks işçiləri həmişə LGBTİ+ hərəkatının bir hissəsi olublar; Marsha P. Johnson və Sylvia Riveranın adları sadəcə tarixi istinadlar deyil, onların 1969-cu il Stonewall üsyanına verdiyi töhfələr bu gün bildiyimiz qlobal LGBTİ+ hərəkatının təməlini təşkil etmişdir. Bununla belə, bir çox seks işçisi müasir LGBTİ+ aktivizmindən kənarda qalıblar. Biz, Nəfəs LGBTİ

Heç Kəsi Arxada Qoyma | Queer Art Festival
11Dek

Heç Kəsi Arxada Qoyma | Queer Art Festival

Bu ilin yay aylarından etibarən Queer Art Festival Bakı seçilmiş 40-a yaxın iştirakçıya “Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində şəhərsalma və qısametrajlı film çəkilişi mövzuları ətrafında təlimlər təşkil edib. İki fərqli qrup hər biri 8 təlimdə iştirak edərək: mövzularını araşdırıb. Təlimlər müddətində iştirakçılar həm film çəkilişi üçün lazımi praktik bacarıqlara

Göy Qurşağı Vəkilliyi Akademiyası 2022-2023
14Noy

Göy Qurşağı Vəkilliyi Akademiyası 2022-2023

Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lər üçün “Göy Qurşağı Vəkilliyi” Programını təqdim etməkdən qürur duyur! Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır. Lakin, ölkədəki

Film Festivalı | Sosial İnklüziv Memarlıq və Şəhər Məkanları
04Noy

Film Festivalı | Sosial İnklüziv Memarlıq və Şəhər Məkanları

Film mürəkkəb mühüm məsələləri çatdıra və yeni səslərə platforma verə bilər. Dinləməli olduğumuz səslər. Başqa sözlə, film bizi yeni üsullarla əlaqələndirə, hiss etdirə və anlamağa vadar edə bilər. “Biz xoşbəxtik ki, Gürcüstan, Azərbaycan və Danimarkada sosial inklüziv memarlıq və şəhər məkanları kimi ayrı-seçkiliyə yol verilməyən dizayn həlləri haqqında qlobal qısametrajlı

10 Oktyabr Dünya Mental Sağlamlıq Günü
10Okt

10 Oktyabr Dünya Mental Sağlamlıq Günü

10 oktyabr Dünya Mental Sağlamlıq Günüdür. Bu gün tez-tez palaz altına süpürülən mental sağlamlıq problemləri ilə bağlı maarifləndirmə və sosial stiqmanı qırmaq üçün bir gündür. Bu kontekstdə heç də təəccüblü deyil ki, mental sağlamlıq problemləri bütün dünyada LGBTİ+ləri narahat edən vəbaya çevrilib, ayrı-seçkilikçi münasibət isə təsdiqləyici qayğıya çıxışın olmamasına gətirib

BMT: Azərbaycan ayrı-seçkiliyə qarşı qanunvericilik qebul etməlidir
10Okt

BMT: Azərbaycan ayrı-seçkiliyə qarşı qanunvericilik qebul etməlidir

Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanın 4-cü dövri hesabatı ilə bağlı yekun müşahidələrini bölüşüb. Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı Komitə qeyd edir ki: (a) Azərbaycan konstitusiya və qanunvericilik bazası ayrı-seçkiliyə qarşı müddəaları özündə ehtiva etsə də, ayrı-seçkiliyə qarşı spesifik qanunvericilik və işlək mexanizm

Azərbaycanda ilk Feminist Kitabxana istifadəyə verilib
03Okt

Azərbaycanda ilk Feminist Kitabxana istifadəyə verilib

“Feminist kitabxana müxtəlif insanların kitab və pul ianəsi sayəsində ərsəyə gəlib,” – deyə feminist fəal Gülnara Mehdiyeva sosial media hesabında qeyd edib. Hazırda kitabxanada feminizm və kuir istiqamətində müxtəlif mövzuları əhatə edən 4 dildə 161 kitab və jurnal var. Kitabları Baku Community Space-dən əldə etmək olar. Kitabları ödənişsiz şəkildə 1

İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra və Elham üçün petisiya
02Okt

İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra və Elham üçün petisiya

Petisiya Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən iranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra Sediqi-Həmədani və Elham Çubdarın azad olunması üçün başladılıb. İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zehra Sediqi-Həmədani və Elham Çubdar “pozğunluğu yaymaq” ittihamı ilə edam cəzasına məhkum ediliblər. İki qadın həqiqi və ya təyin edilmiş seksual oriyentasiya və/və ya gender kimliyi və LGBTİ+

Dovşan Getmək Qərarına Gəlir | Sənədli-eksperimental Film
30Sen

Dovşan Getmək Qərarına Gəlir | Sənədli-eksperimental Film

“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunub. Film Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirir. Bu barədə filmin rejissoru Vüsalə Hacıyeva Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. Sentyabrın 28-də Norveçin Oslo/Fusion International Film Festivalında dünya premyerası baş tutan filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən

Mental Sağlamlıq | Nəfəs LGBTİ Sorğu

Nəfəs LGBTİ Azərbaycan Alyansı bu ilin avqust ayından LGBTİ+lərin mental sağlamlıq problemlərini araşdırmaq və məsələni icma ilə birlikdə işləyib geniş kütlələrə ünvanlanmaq üçün uzunmüddətli layihəyə artıq start verib və keçən aylarda üç fərqli kamp təşkil edib. Proqramın ardı olaraq, Nəfəs LGBTİ oktyabr ayının ortasından etibarən dörd konsultasiya görüşü keçirməyi planlayıb.

Sumqayıtda Azyaşlı Oğlan Polisdən Təzyiq Görüb
24Sen

Sumqayıtda Azyaşlı Oğlan Polisdən Təzyiq Görüb

Sumqayıt şəhərində azyaşlı oğlan saç rənginə görə polisdən təzyiq görüb. Bu barədə Minority Azərbaycan xəbər verib. Rəis deyib: “Mənə bakirə qızlar tap” Adının anonim qalmasını istəyən 16 yaşlı gənc bildirib ki, hadisə 20 sentyabr saat 11.00 radələrində Sumqayıt şəhərində baş verib. O, saçını göy boya ilə rəngləməsi barədə video paylaşdıqdan

Nərimanov parkında trans qadın bıçaqlanıb
22Sen

Nərimanov parkında trans qadın bıçaqlanıb

Yerli trans icmasının verdiyi məlumata əsasən, sentyabr ayının 17-də Bakının Nərimanov parkında trans qadın 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə barəsində Minority Azərbaycan yazıb. LGBTİ+ aktivisti Əli Məlikov qadının meyitinin morqların birində olduğunu, lakin tapılmadığını bildirib. “Mən bir müddət əvvəl Malakan parkında polis reydi olduğunu və transların tutulduğunu yazmışdım.

Gəncədə Gey Kişilərə Hücum olub
03Sen

Gəncədə Gey Kişilərə Hücum olub

Sentyabrın 2-də Gəncə şəhəri Samux rayonunda iki nəfər gey kişiyə hücum olub. Bu barədə Nəfəs LGBTİ Azərbaycan Alyansına LGBTİ+ hüquqları aktivisti Əli Məlikov məlumat verib. Onun sözlərinə görə, hücum edənlər “sizin kimiləri burada istəmirik” deyərək gey kişiləri vəhşicəsinə döyüb və körpüdən atmaq istəyiblər. Əli Məlikov öz paylaşımında: “Baxın Azərbaycan reallığı! Hələ

Sumqayıtda Trans Qadın Zorakılığa Məruz Qalıb
02Sen

Sumqayıtda Trans Qadın Zorakılığa Məruz Qalıb

Sumqayıtda trans qadın sevgilisi tərəfindən döyülərək zorakılığa məruz qalıb. O, trans olduğu üçün polisin işə baxmadığını və zorakılığı görməzdən gəldiyini deyib. Daha əvvəl həbsdə olan başqa kişi də ona trans olduğu üçün hücum edib. Lakin Sumqayıt şəhəri 4-cü polis bölməsi məsələni araşdırmayıb. Qadın polis bölməsində: “Sizin əməkdaşlardan uzaq qalmağa çalışıram,

Bakıda LGBTİ+ Aktivisti və Trans Qadına Hücum olub
26Avq

Bakıda LGBTİ+ Aktivisti və Trans Qadına Hücum olub

Avqust ayının 20-də Bakıda Emili Hacızadə və LGBTİ+ aktivisti Əli Məlikov naməlum iki nəfər tərəfindən hücuma məruz qalıb. Zərərçəkmişlərin sözlərinə görə, hücum edənlər onların geyimlərinə ilişərək “utanmırsız, bu nədir geyinmisiz” tipli cümlələr istifadə edib və onları təqib etməyə başlayıblar. Emili “sizə nə, nə istəyirik, geyinirik deyib yola davam etməyimizə baxmayaraq,

Salyanda 17 Yaşlı Fateh İsmayılov Zorakılığa Məruz Qalır
24Avq

Salyanda 17 Yaşlı Fateh İsmayılov Zorakılığa Məruz Qalır

Salyanda Xəlil Rza Ulutürk küçəsində yaşayan 17 yaşlı Fateh İsmayılov seksual oriyentasiyasına görə öz ailəsi tərəfindən zorakılığa məruz qalıb. Onun sözlərinə görə o, 8-ci sinifdən sonra məktəbdən çıxarılıb və təhsil hüququ əlindən alınıb. 2019-cu ildə ailəsi Salyan rayon Psixiatriya xəstəxanasının baş həkimi Yaşar Kərimova 7 min manata yaxın pul verərək,

15 yaşlı yeniyetmə ailəsi tərəfindən təzyiqlərə məruz qalır
20Avq

15 yaşlı yeniyetmə ailəsi tərəfindən təzyiqlərə məruz qalır

Bakıda 15 yaşlı yeniyetmə ailəsi tərəfindən təzyiqlərə məruz qalaraq ev dustağı edilib. Adının qeyd olunmasını istəməyən yeniyetmə bir həftə əvvəl ailəsinin onu ev dustağı etməsi səbəbilə evdən qaçdığını bildirib. Növbəti gün ona dəstək olan dostu ilə görüşüb, lakin çox keçmədən dostu polis bölməsinə aparılıb. Polis bölməsində zorakılıqla qarşılaşan dostunun zərər

Bakıda trans qadın seksual qısnamaya məruz qalıb
14Avq

Bakıda trans qadın seksual qısnamaya məruz qalıb

19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb. Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi