Yeni Tədris ili – Universitetlərin bərabərlik, müxtəliflik və inklüzivlik üzrə qaydaları

Yeni tədris ilinə başlayarkən hamıya uğurlu və məhsuldar bir dövr arzulayırıq. Xüsusilə, ilk illərinə başlayan LGBTİ+ tələbələr üçün universitet həyatı bəzən bir çox çətinliklər yarada bilər. Məhz buna görə də sizi bir yenilik haqda məlumatlandırmaq istəyirik: Azərbaycanın bir neçə universiteti seksual orientasiya və gender kimliyi əsaslanan ayrı-seçkilikdən açıq şəkildə qoruyan bərabərlik, müxtəliflik və inklüzivlik üzrə yeni qaydalar (tənzimləmələr) qəbul edib.

Bu tənzimləmələr bütün tələbələrə və işçilərə ədalətli və hörmətlə yanaşmağı təmin edir. Bütün universitetlərdən məlumat toplaya bilməsək də, bilirik ki, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti kimi qurumlar bu tənzimləmələri qəbul ediblər. Tələbələrə öz universitetləri ilə əlaqə saxlayaraq spesifik daxili qaydalar haqqında ətraflı məlumat əldə etməyi tövsiyə edirik, çünki məlumatlı olmaq, həqiqətən də, fərq yarada bilər.

Əgər cinsi orientasiyan və ya gender kimliyinə görə ayrı-seçkilik və ya təzyiqə məruz qalırsansa, bununla bağlı atıla biləcək addımların olduğunu bilməyin vacibdir. Bir çox universitetlərdə qəbul edilmiş sənədin həyata keçirilməsini təmin edən şöbələr və ya təyin olunmuş şəxslər var.

Əgər rifahını təhdid altında olduğunu hiss edirsənsə, çəkinmədən dəstək üçün müraciət et. Bu addımları atmaq universitetinin hər kəs üçün təhlükəsiz və inklüziv bir məkan olaraq qalmasına kömək edə bilər. İzləyə biləcəyin bəzi addımlar:

  • Universitet dəstək xidmətləri ilə əlaqə saxla: Əksər universitetlərdə tələbə dəstək ofisləri və ya xüsusi şikayət müraciəti məntəqələri mövcuddur. Məsələn, Azərbaycan Texniki Universitetində tələbələr tələbə-rektoruna və ya tələbə gənclər təşkilatının sədrinə müraciət edə bilərlər.
  • Bərabərlik və inklüzivlik qaydalarına müraciət et: Universitetinin bərabərlik və inklüzivlik qaydaları ilə tanış ol. Bu qaydalar səni qorumaq üçün mövcuddur və hüquqlarını bilmək sənə güc verə bilər.
  • “Nəfəs” tərəfindən yaradılmış resurslara baxmağı da unutma: Hüquqi Yardım Alətlər Dəsti” səni özünü və başqalarını qorumaq üçün lazım olan biliklərlə gücləndirmək üçün hazırlanmışdır. “Mental Sağlamlıq Bələdçisi” isə mental sağlamlıq haqqında dəyərli məlumatlar təqdim edir və mental rifahını və dayanıqlığını artırmaq üçün nəzərdə tutulmuş çalışmaları əhatə edir.

Unutma, sən tək deyilsən. Hüquqların haqqında məlumatlı ol, ehtiyac duyduqda dəstək al və ən əsası, yeni tədris ilinə inam və öz kimliyinlə qürur duyaraq başla!