İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik. 

İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu podkastda mövzumuz LGBTİ+ icması üçün həm şəxs, həm də aktivist olaraq çox dəyərli olan İsa Şahmarlı haqqındadır. Epizod boyu qonağımız isə İsa Şahmarlının yaxınlarından olan İlqar Aydındır və biz İsa Şahmarlının aktivizmi boyunca istər ailəsindən, istərsə də cəmiyyət tərəfindən qarşılaşdığı təzyiqləri, gördüyü işləri, həyata keçirmək istədiyi planları, icmamız üçün miras qoyduğu dəyərlər haqda danışmaq imkanımız oldu.

Könüllümüz Rzaya və bizə İsa ilə xatirələrini bölüşən İlqar Aydına təşəkkür edirik.

LGBTİ+ ovu: 2017-ci il hadisələri 

Transfobiya Qurbanlarının Anım Həftəsi çərçivəsində növbəti podkastımızı təqdim edirik.

2017-ci il sentyabr hadisələri barədə nə bilirik? Bu mövzuda danışarkən müzakirələr adətən baş verən aktın hüquqi müstəvidə sorğulanmasından ibarət olur və hadisənin ümumi təsvir edilməsi ilə kifayətlənir. Bu dəfəki podkastımızda baş verənləri zərərçəkənlərdən birinin öz dilindən eşitmək imkanı əldə etdik. Qonağımız trans qadın Sahradır və o, sentyabr hadisələri zamanı qanunsuz həbs olunan 10-larla icma yoldaşımızdan biridir.

Sahra, bu podkastda həbs olunmasından, o cümlədən polis bölməsindəki saxlanılma şəraitindən, polis və penitensiar işçilərinin ona və digərlərinə davranışından, saxlanılanların məruz qoyulduğu qeyri-insani rəftar və zorakılıq xatirələrini bölüşür.

Translar və onların münasibətləri

Uzun fasilədən sonra Nəfəsin növbəti podkastından sizləri salamlayırıq!

Trans fərqindəlik həftəsi 🏳️‍⚧️ çərçivəsində hazırladığımız bu epizodda trans münasibətlərdə tabular, translarla münasibətdə qəliblər (stereotiplər), feminen və maskulinlik, icma daxilində femfobiya kimi mövzulardan söhbət etmək imkanımız oldu. Dəyərli təcrübələrini bölüşdükləri üçün könüllümüz Alvi və qonağı trans-feminist aktivist Miray Dənizə təşəkkür edirik.

Həssas Qurplarla Sosial İşin Təşkili | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edir. 

Bu dəfəki episodumuzun mövzusu “Həssas qruplarla sosial işin təşkili – Kuir sosial iş” və qonağımız isə sosial işçi Elnur Musayevdir.

Episodda “həssas qruplar” və sosial iş anlayışları barədə, kuir iş və onun ənənəvi sosial işdən fərqi, seksuallığın və kuir kimliyi qəbullanmaqda sosial işçinin rolu, o cümlədən, kuir sosial iş praktikasında yeniyetmələrin seksuallığını qəbullanmasında baş verənlər, kuir psixoloq və psixiatr çatışmazlığı, kuir övladları olan valideyinlərə məsləhətlər kimi məsələlərdən söhbət edilir.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

2022-2023 Mental Sağlamlıq podkastlar seriyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirilən “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.