Translar 4 divar arasında

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız ilk podkastı sizə təqdim edirik. 

Könüllümüz Alvinin təqdimatında “Translar 4 divar arasında” adlı podkastımız kuir-aktivist Əli Məlikovun iştirakı ilə 23-24 may LGBTİQ+ icmasına qarşı olan polis hücumundan bəhs edir. Həmin hücumlarda zərərçəkənlərdən biri olan Əli Məlikov bölmədə saxlanılma təcrübələrini, polislərin saxlanılanlara qarşı davranışını, saxlanılma şəraitindən danışır. Podkast, o cümlədən Azərbaycanda polis bölmələri və həbsxanadalarda trans və kuir vətəndaşların yaşadığı təcrübələrə diqqət çəkir.

İşsiz translar

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinin 2-ci podkastını yayımlayırıq. Biz, könüllümüz Alvi və trans hüquqları aktivisti Vüsalə Hacıyeva ilə transların əmək bazarına çııxışını, iş sahəsində üzləşdiyi təcrübələrini müzakirə etmişik.

Podkast səni həm də transların əmək bazarında qarşılaşıdığı çətinliklərlə mübarizədə həmrəyliyə çağırır.

Azərbaycanda LGBTQİ+ hərəkatının dünəni, bugünü və sabahı

Nəfəs LGBTİ Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinə podkastımızla davam edirik. Biz könüllümüz Rza və kuir aktivistlər Cavid Nəbiyev, Əli Məlikovla birgə epizod hazırlamışıq. 

17 May Beynəlxalq İDAHOBİT+ gününün Azərbaycanda tarixi, günümüzdə LGBTQİ+ aktivizmi, keçmişimiz və hərəkatımızdan gələcək gözləntilərimizi əhatə edən müzakirəmizi dinləməyə və paylaşmağa tələsin. Biz həm də epizodumuzda Nəfəs LGBTİ Azərbaycan Alyansının tarixçəsindən də danışmışıq. 

Həssas Qurplarla Sosial İşin Təşkili | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edir. 

Bu dəfəki episodumuzun mövzusu “Həssas qruplarla sosial işin təşkili – Kuir sosial iş” və qonağımız isə sosial işçi Elnur Musayevdir.

Episodda “həssas qruplar” və sosial iş anlayışları barədə, kuir iş və onun ənənəvi sosial işdən fərqi, seksuallığın və kuir kimliyi qəbullanmaqda sosial işçinin rolu, o cümlədən, kuir sosial iş praktikasında yeniyetmələrin seksuallığını qəbullanmasında baş verənlər, kuir psixoloq və psixiatr çatışmazlığı, kuir övladları olan valideyinlərə məsləhətlər kimi məsələlərdən söhbət edilir.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

2022-2023 Mental Sağlamlıq podkastlar seriyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirilən “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir. 

Fəallar Avropa Birliyinə Qoşulma Haqqında | Podkast

“Avropa Birliyinə üzlük bir neçə il, hətta onilliklər almasına baxmayaraq, üzlük prosesinin özü artıq namizəd ölkələrdə LGBTİ+lərə müsbət təsir edə bilər,” – deyə İLGA-Avropa təşkilatı bildirib.

AB ailəsi yarandığı gündən eyni dəyərləri paylaşan yeni üzvlər üçün qapılarını açıq saxlayıb. Namizəd ölkələr AB-nin demokratik prinsip və təcrübələrini öz ərazilərində və xaricdə tətbiq etmək, dəstəkləmək və təşviq etmək öhdəliyinə sadiq olmalıdırlar. Bir Avropa dövlətinin AB-yə daxil olmaq istəyi AB-nin hazırkı üzv dövlətləri tərəfindən razılaşdırıldıqdan sonra üzvlük prosesi başlayır. Qoşulmanın faydaları çoxşaxəlidir, o cümlədən milyardlarla AB maliyyəsinə çıxış, AB ölkələrinə vizasız giriş və işçi qüvvəsinin, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti bura daxildir.

“Proses zamanı namizəd ölkə bir sıra siyasi və iqtisadi meyarlara, habelə inzibati və institusional öhdəliklərə cavab verməlidir. Bu meyarlara LGBTİ+lərin insan hüquqlarına hörmət də daxildir,” – deyə LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyev bildirib.

İLGA-Avropanın The Frontline podkast kanalında yer alan son podkastda beynəlxalq LGBTİ+ təşkilatı namizəd statusu verilən ən son ölkələr olan Ukrayna və Moldova və 2010-cu ildən namizəd üzv olan Monteneqrodan olan LGBTİ+ fəalları ilə söhbət edib.

ILGA-Avropa Avropa və Mərkəzi Asiya üzrə 54 ölkədən 700-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatıdır. İLGA-Avropanın rolu hərəkatı gücləndirmək və birləşdirici olmaqdır. O, fəalları müttəfiqlərlə birləşdirir və institusional aktyorları maraqlandıran məsələlərlə və bütövlükdə hərəkatla əlaqə saxlayır. Bunu nəzərə alaraq, İLGA-Avropa özəl sektor kimi cəmiyyətdəki LGBTİ+ müttəfiqləri ilə strateji tərəfdaşlıq qurur; lakin ümumilikdə LGBTİ+ və digər bərabərlik və sosial ədalət hərəkatları arasında daha böyük ittifaqlar yaradır.

“İLGA-Avropanın partnyoru olan Nəfəs LGBTİ Azərbaycan Alyansı digər partnyor təşkilarla birlikdə İLGA-Avropanın çətiri altında təkcə Azərbaycanda deyil, eyni zamanda regionda da LGBTİ+lərin təhlükəsizliyi, bərabərliyi və azadlığı üçün fəaliyyət göstərir,” – Vahid Əliyev qeyd edib.

54 ölkədə 700-dən çox lezbiyan, gey, biseksual, trans və interseks (LGBTİ) təşkilatları üçün çətir təşkilat olan İLGA-Avropa tərəfindən təqdim olunan The Frontline LGBTİ aktivizmi və Avropa və Mərkəzi Asiyada yaşayan LGBTİ+lər haqqında podkastdır. Podkast ingilis dilindədir.

Əvəz Hafizlinin Məhkəmə Prosesindəki Yaşadıqlarımız

Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni podkastı təqdim edir. Podkastın mövzusu Əvəz Hafizlinin məhkəmə prosesindəki yaşanılanlar olub. Bu dəfəki podkast yazısında Nigar və qonaq qismində dəvət olunan “QıyVaar”-ın təsisçisi, LGBTİ+ aktivist Əli Məlikovla birgə nifrət cinayətinin qurbanı Əvəz Hafizlinin xatirələri, aktivizm keçmişi və məhkəmə prosesində baş vermiş ayrı-seçkiliklər haqqında danışıblar. 

Medianın Kuir Monitorinqi

Nəfəs LGBTİ Azərbaycan Alyansının mini-podkast seriyasının ikinci mövzusu “Medianın Kuir Monitorinqi”-dir. Bu dəfəki yazımızda Nigar və qonaq qismində dəvət olunan “QueeRadar” komandasından Leyla kuirlər haqqında mediada necə bəhs olunduğundan danışıb. Onlar həmçinin “QueeRadar”-ın necə yarandığından və gördüyü işlərdən, eləcə də mediada kuirlər haqda bəhs olunarkən buraxılan səhvlərdən söhbət açıb.

İnterseks Görünürlüyünə Doğru

Əziz kuirlər, Nəfəs LGBTİ Azərbaycan Alyansı ikinci mini-podkast seriyasını sizlərə məmnuniyyətlə təqdim edir! Bu dəfəki mini-seriyamızda iki müxtəlif mövzu araşdırılıb və ilki “İnterseks Görünürlüyü” barədədir. İlk podkast yazımızda Nigar və qonağımız Transvisionary təşəbbüsünün təsisçisi Vüsalə intersekslər haqqında ümumi məlumat verib, onlara qarşı olan inter-fobiyadan danışıb və elcə də, ölkədəki hüquq çərçivəsində intersekslərə necə yanaşıldığından bəhs edib.

*Yazının ərsəyə gəlməsində Turana Nurinin də əziyyəti keçmişdir.

LGBTİ+lər, Qadınlar və Şəhər

Əziz dinləyicilərimiz, Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist seriyasının üçüncü podkast yazısında “LGBTİ+lər, Qadınlar və Şəhər” mövzusunu işləyib! Bu dəfəki podkast yazımızda qonaqlarımız Nigar və Turana “Şəhər quruculuğu niyə qadınlar və LGBTİ+lər üçün önəmlidir? Şəhərlərimiz nə dərəcədə onlar üçün inlüzivdir? Hansı praktikaların şəhərlərimizdə reallaşması qadın və LGBTİ+lər üçün həyatı daha asan edərdi?” suallarını cavablayıb və eləcə də iklüziv şəhər konseptindən və ölkdəki urban problemlərdən danışıb.

Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri

Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist seriyasının son podkast yazısında “Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri” mövzusunu müzakirə edib! Dördüncü podkast yazımızda qonaqlarımız Nigar və Turana: Qadınlar və LGBTİ+lərin həyatına pandemiya və izolasiyanın təsirindən; pandemiya dövründəki ölkədəki sosial və politik dəyişikliklərdən və bu dəyişikliklərin kuir icmaya təsirlərindən və artan nifrət cinayətlərindən bəhs edib.

Xoş dinləmələr!