Sentyabrın 2-də Gəncə şəhəri Samux rayonunda iki nəfər gey kişiyə hücum olub. Bu barədə Nəfəs LGBTİ Azərbaycan Alyansına LGBTİ+ hüquqları aktivisti Əli Məlikov məlumat verib.
Onun sözlərinə görə, hücum edənlər “sizin kimiləri burada istəmirik” deyərək gey kişiləri vəhşicəsinə döyüb və körpüdən atmaq istəyiblər.
Əli Məlikov öz paylaşımında: “Baxın Azərbaycan reallığı! Hələ üzünü çəkə bilməyib. Əsirəm daha,” – deyə qeyd edib.
Avropa və Mərkəzi Asiyanın 54 ölkəsindən 600-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatı olan İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49 ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.
On September 2, two gay men were attacked in Samukh district of Ganja city. LGBTI+ rights activist Ali Malikov informed Nafas LGBTI Azerbaijan Alliance about the event.
According to them, the attackers brutally beat the gay men and wanted to throw them off the bridge, saying “we don’t want people like you here.”
Ali Malikov said in their latest post: “Look at the reality of Azerbaijan! He has not yet been able to take photo of his face. I shudder.”
According to the latest reports of ILGA-Europe, an independent, international non-governmental organisation that unites more than 600 organizations from 54 countries of Europe and Central Asia, Azerbaijan is the worst country amongst 49 countries politically, socially and legally for LGBTI+s to live .
Sumqayıtda trans qadın sevgilisi tərəfindən döyülüb.
O, trans olduğu üçün polisin işə baxmadığını və zorakılığı görməzdən gəldiyini deyib. Daha əvvəl həbsdə olan başqa kişi də ona trans olduğu üçün hücum edib. Lakin Sumqayıt şəhəri 4-cü polis bölməsi məsələni araşdırmayıb.
Qadın polis bölməsində: “Sizin əməkdaşlardan uzaq qalmağa çalışıram, çünki ev sahiblərimlə əlaqə saxlayıb məni evdən atdırırlar. 3 gün əvvəl 28 avqustda sevgilim sinəmə qayçı dirəyib ‘səni ikiyə bölərəm’ deyəndə də polisə şikayət etməyə qorxdum,” – deyə bildirib.
LGBTİ+ hüquqları aktivisti və “Qıy Vaar!” platformasının təsisçisi Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, “Hadisənin ictimailəşdirilməsi vacibdir. Hazırda qadın təhlükədədir”. O, həmçinin sevgilisinin qadına zəng edərək ərizəni geri çəkməsini istədiyini, əks təqdirdə özünə qəsd edəcəyi ilə təhdid etdiyini söyləyib.
LGBTİ+lər Azərbaycanda ən marjinallaşdırılmış və ən çox ayrı-seçkiliyə məruz qalan icmadır. Ölkədə LGBTİ+lərə qarşı epidemik səviyyədə diskriminasiya var.
Azərbaycanda LGBTİ+ləri qoruyan qanunların olmaması, mühafizəkar cəmiyyətin LGBTİ+ləri təhqir və zorakılığın legitim hədəfləri kimi görməsi bizi – kuir icmanı sığortasız qoyur.
Avropa və Mərkəzi Asiyanın 54 ölkəsindən 600-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatı olan İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49 ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.
Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasını imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edirik.
Salyanda Xəlil Rza Ulutürk küçəsində yaşayan 17 yaşlı Fateh İsmayılov seksual oriyentasiyasına görə öz ailəsi tərəfindən zorakılığa məruz qalıb. Onun sözlərinə görə o, 8-ci sinifdən sonra məktəbdən çıxarılıb və təhsil hüququ əlindən alınıb. 2019-cu ildə ailəsi Salyan rayon Psixiatriya xəstəxanasının baş həkimi Yaşar Kərimova 7 min manata yaxın pul verərək, onu 7 ay stasionar müalicə etdirib. Fateh bildirir ki, o, həmin xəstəxanada cinsi zorakılığa məruz qalıb və yenidən ailəsinin yanına göndərilib.
Onun dostu Fatehin başına gələnlərlə əlaqədar Gender Resurs Mərkəzinə məlumat verib. Mərkəzdən Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirilib ki, onlar iyulun 25-i Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə anonim şikayət göndərib. Mərkəzin sözlərinə görə, Komitə uşaq hüquqlarını müdafiə edən orqandır və valideynlər bu hüquqları qorumadıqda onlar bu vəzifəni öz üzərinə götürməlidirlər. Mərkəz növbəti gün Komitə ilə təkrar əlaqə saxlasa da, məsələyə qarşı ciddi laqeydliklə üzləşib.
Belə ki, Komitə şikayətə baxılması üçün məsələni Salyan rayon İcra Hakimiyyətinə yönləndirib. Lakin, Fatehin sözlərinə görə, iclasda icra işçisi Sevinc xanım işinin tələblərini yerinə yetirməyib, yeniyetməyə müalicə almasının lazım olduğunu, ailəsinin təhlükəli insanlar olduğunu deyib. İclasda Razgül adlı müdir müavini də iştirak edib və o, uşağın təhlükəsizliyini təmin etmək əvəzinə, uşağa polisə şikayət etməyi məsləhət bilib.
Avqstun 8-i atası Fatehə bıçaq çəkdiyi üçün o, evdən qaçaraq Salyan rayon Polis bölməsinə gedib və başına gələn bütün zorakılıqlardan bəhs edərək, şikayət ərizəsi yazıb. Bölmə rəisi Rəsul bəy uşağın şikayətini qəbul etdikdən sonra Fatehin atasını, qardaşını və və ona qarşı cinsi zorakılıq edən iki sanitarı bölməyə çağırıb.
Fatehin sözlərinə görə, qardaşına töhmət verilib (serjantdır), atasına isə tapşırılıb ki, ona bir daha toxunmasın. Daha sonra Fateh 9 avqust tarixində Maştağada yerləşən Psixiatriya xəstəxanasına göndərilib və orda iclas keçirilərək, 2 qadın və bir kişi həkimin iştirakı ilə yeniyetmənin şikayətlərinə qulaq asılıb. Lakin iclasın qərarı Fatehə təqdim edilməyib və o, yenidən Salyana, ailəsinin yanına göndərilib. 13 avqust tarixində Fateh polis bölməsinə gedərək, qərar barədə öyrənməyə çalışıb. Ona bildirilib ki, cinsi zorakılığın baş verib-verməməsinin dəqiqləşdirilməsi üçün psixiatrik qiymətləndirmə aparılıb və qərar 10-15 günə çıxacaq.
Fateh bölmədən qayıdandan sonra ailəsi onun telefonunu qıraraq, özünü də evə kilidləyib. Ailə üzvlərindən biri onu 2-ci mərtəbədən aşağı itələyib və Fatehin qolu xəsarət alsa da, həkim çağırılmayıb. Hazırda Fateh evə kilidlidir və ailəsi tərəfindən mütəmadi zorakılığa məruz qalır. Bu haqda onun evinə gedən dostu gizlicə məlumat öyrənərək, aktivistlərə bildirib.
Bundan sonra sosial işçi DİN-in 102 qaynar xidməti ilə əlaqə saxlayaraq, Fatehin vəziyyəti barədə məlumat verib. DİN-dən sosial işçiyə bildirilib ki, həmin evə polis göndərilib və uşağın vəziyyəti yaxşıdır. Lakin Fateh dostu vasitəsilə aktivistlərlə əlaqə saxlayaraq, evə polis gəlmədiyini, onunla heç kimin əlaqəyə keçmədiyini bildirib.
Gender Resurs Mərkəzinin aktivisti Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, bu günə qədər Fateh vəziyyəti daha da kritik hala gətirməmək üçün məsələnin ictimailəşdirilməsinə qarşı olub. Lakin hazırda o, məsələnin ictimailəşdirilməsini xahiş edir. Fateh İsmayılovun vəziyyəti ilə bağlı, həmçinin Ombudsmana da şikayət göndərilib.
Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni podkastını təqdim edir. Podkastımızın budəfəki mövzusu Vüsalə Hacıyeva tərəfindən hazırlanmış “A və 24 Digərləri” filmi və Vüsalənin yaradıcılığıdır. Bu podkastda Nivər və qonaq kimi dəvət olunan “Transvisionary” təşəbbüsünün təsisçisi və rejissor Vüsalə Hacıyeva film və Vüsalənin yaradıcılığı haqqında danışıblar.
19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb.
Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi bu dəfə belindən tutaraq özünə tərəf çəkib və penisini ona sürtməyə davam edib.
“Həmin anda psixoloji sarsıntı keçirdiyim üçün panikaya qapılmışdım, heç kimdən kömək istəyə bilmədim”, – deyə Karmen bildirib. “Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım. İyrənc idi, ürəyim bulanırdı”, – deyə o, əlavə edib.
“Metrodan uzaqlaşdım, rəfiqələrimin yanına getdim. Baş verənləri onlara danışdım. Onlar mənə izah etdilər ki, bu, yanlış bir şeydir. Səsini çıxardıb kömək istəyərdin. Mən isə donub qaldığım üçün nə edəcəyimi düşünə bilməmişdim.”
Axşam saat 10 radələrində Karmen 20 Yanvar metro stansiyası yaxınlığında avtobus gözləyərkən yenidən başqa bir kişi tərəfindən zorakılıqla qarşılaşıb. Naməlum şəxs onu izləyərək seks təklif edib. “Avtobusun gəlmədiyini görüb, 92 nömrəli avtobusun buradan keçib-keçmədiyini soruşdum. Bir qədər dayancaqda gözlədim, avtobus gəlmədiyi üçün ayaqla getməyi qərarı aldım. Yolla gedərkən bir nəfərin məni izlədiyini hiss etdim”, – deyə Karmen bildirib.
Zərərçəkənin sözlərinə görə, onun arxasınca düşən şəxs qaçaraq ona yaxınlaşıb və Biləcəriyə necə gedəcəyini soruşub. Daha sonra isə “sizdə qız gözəlliyi var” deyərək, “cinsiyyət orqanını ağzında hiss etməyi” təklif edib və yol boyunca davamlı şəkildə bu fikirləri təkrar edib. Bir qədər getdikdən sonra, nəhayət, zərərçəkən həmin şəxsdən qurtularaq, izi itirməyə nail olub.
Azərbaycanda trans qadın olmaq, istənilən zaman və istənilən yerdə nifrət nitqi və ya nifrət cinayəti olmaq, zorakılıqla qarşılaşmaq deməkdir. Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lər kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Onların hüquqlarını qoruyacaq qanunlar yoxdur, anti-diskriminasiya aktı qəbul olunmalıdır. Translar üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükəli olduğunu göstərir.
Qeyd etmək istərdik ki, İLGA-Avropa təşkilatının son Göy Qurşağı hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.