Search
Close this search box.

Beynəlxalq Lezbiyanlar Günü

Bu gün 8 oktyabr Beynəlxalq Lezbiyanlar Günümüzdür!

Avstraliya Gey və Lesbiyan Arxivlərinə görə, 8 oktyabrın Beynəlxalq Lesbiyanlar Günü kimi qeyd olunması 1979-1980-ci illərdən başlayıb. Şimali Avropada yaşayan lezbiyan fəallar və radikal lezbiyan feministlər bu illər ərzində həm gender, həm də seksual oriyentasiya əsasında ayrı-seçkiliyə qarşı mübarizələrini vurğulamaq üçün bu günü Beynəlxalq Lezbiyanlar Günü kimi elan ediblər.

2000-ci illərdən bəri geniş şəkildə qeyd olunan 26 aprel Lesbiyan Görünürlük Günü qədər məşhur olmasa da, 8 oktyabr Beynəlxalq Lesbiyanlar Gününün 1980-ci illərdən etibarən tədbirlərlə qeyd olunduğu əsas ölkələr Avstraliya və Yeni Zelandiyadır.

“Lezbiyan” sözü eramızdan əvvəl VI əsrin məşhur kuir şairəsi Safodan gəlir. Safo Lesbos adasında yaşayan şairə olub və o, əsərlərində Qədim Yunanıstanda qadınların evlərini tərk edə bilmədiyi və cəmiyyətdə təmsil olunmadığı bir vaxtda qadınlara duyduğu sevgini təsvir etmişdir. Yunan ədəbiyyatında lirik sənəti Safo formalaşdırmışdır. Onun şeirləri qadınlara qarşı hiss etdiyi həsrət, erotizm və çarəsizlik ilə məşhurdur.

Bu xüsusi gündə Minority Azərbaycan onlayn jurnalı tərəfindən nəşr olunan  “Lezbiyan Feminizmi” yazısına nəzər salmağınızı istərdik.