Film Festivalı | Sosial İnklüziv Memarlıq və Şəhər Məkanları

Film mürəkkəb mühüm məsələləri çatdıra və yeni səslərə platforma verə bilər. Dinləməli olduğumuz səslər. 

Başqa sözlə, film bizi yeni üsullarla əlaqələndirə, hiss etdirə və anlamağa vadar edə bilər.

“Biz xoşbəxtik ki, Gürcüstan, Azərbaycan və Danimarkada sosial inklüziv memarlıq və şəhər məkanları kimi ayrı-seçkiliyə yol verilməyən dizayn həlləri haqqında qlobal qısametrajlı film müsabiqəsi olan “Film Mozaikası” layihəsini dəstəklədik,” –  deyə Yeni Demokratiya Fondu öz Facebook paylaşımında qeyd edib.

Filmlər tikilmiş mühitə daxil edilmiş bərabərsizlikləri ortaya qoyur və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırıb.

Bu yaxınlarda, Kopenhagen Memarlıq Festivalında Gürcüstanın Danimarkadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində “Film Mozaikası”film layihəsində iştirak edən 12 filmin nümayişi keçirilib.

Nümayişdən sonra rejissorlar ilə müxtəlif mədəni kontekstlərdə inklüziv dizaynla məşğul olmağın əhəmiyyəti və təsirindən bəhs edən müzakirə təşkil edilib.

Film Mosaikası” layihəsinin əsas məqsədi film mühitinə çıxışı demokratikləşdirmək və memarlıq və bərabərlik arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.

Filmlər BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəmində bərabərsizliklərin azaldılması öhdəliyini əks etdirən mərkəzi, transformativ vəd olan “Heç kəsi gündəmdən kənarda qoyma” ideyasına uyğun olaraq hazırlanıb.

Kopenhagendə nümayiş etdirilən 12 filmə buradan baxa bilərsiniz.

“Film Mozaikası” film festivalı Kopenhagen Memarlıq Festivalı tərəfindən layihə tərəfdaşları – Tbilisi Architecture  Biennial / თბილისის არქიტექტურის ბიენალე, Nəfəs LGBTİ Azərbaycan Alyansı və Emergency Architecture & Human Rights ilə birgə təşkil olunub.

Film Mozaikası | Heç Kəsi Arxada Qoyma

Skandinaviyadan Qafqaza qədər ayrı-seçkiliyə yol verməyən dizayn necə görünür? Filmlər bizə hər kəs üçün əlçatan şəhər məkanı yaratmağı öyrədə bilərmi?

CAFx Skandinaviyanın ən böyük memarlıq festivalıdır. 2014-cü ildən etibarən CAFx memarlıq dəyişikliklərinin həyatla kəsişdiyi yerlərə diqqət yetirir.

Kopenhagen Memarlıq Festivalı Gürcüstan, Azərbaycan və Danimarkada inklüziv və ayrı-seçkiliyə yol verməyən memarlıq və şəhər dizaynlarını sənədləşdirən Film Mozaikası: Heç Kimi Arxada Qoyma müsabiqəsindən seçilmiş 12 qısametrajlı filmin nümayişini həyata keçirəcək.

Festivalda Azərbaycandan Nəfəs LGBTİ Azərbaycan Alyansının daxilində fəaliyyət göstərən Kuir İncəsənət Festivalı çərçivəsində hazırlanmış üç film nümayiş olunacaq.

Kuir İncəsənət Festivalı bu ilin əvvəlindən başlayaraq seçilmiş 30 iştirakçıya “filmmaking” vörkşopları təşkil edib. Proqram müddətində iştirakçılar şəhər quruculuğunun marjinallaşdırılmış qruplara təsirini araşdırıb və 3 dəqiqəlik qısa filmlər hazırlayıblar.

Seçilmiş filmlər mühitimizə pərçimlənmiş bərabərsizlikləri ortaya qoyur və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırır.

Nümayişlər müxtəlif mədəni kontekstlərdə qurulmuş, planlaşdırılan və böyüyən mühitdə inklüziv dizaynın nə demək olduğunu izah edən kinorejissorlarla söhbətlərlə müşayiət olunacaq.

Nəfəs LGBTİ Azərbaycan Alyansında Vahid Əliyev bildirib ki, Nəfəs LGBTİnin tərkibində faliyyət göstərən Kuir İncəsənət Festivalı Bakıda kiçik film nümayişi keçirməyi planlayıb.