BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır.

Bu bələdçi əsasən LGBTİQ+ların mental sağlamlıqlarına dəstək olmağı hədəfləyən bilgilər ilə bərabər duyğu, düşüncə və davranış çalışmalarını əhatə edir. İnsanların duyğu, düşüncə və davranışları bir-biri ilə qarşılıqlı əlaqədədir. Fərdin ətrafındakı hadisələrə reaksiya olaraq göstərdiyi hiss, düşüncə və davranışların fərqində olması və onları izləməsi isə daha qənaətbəxş ruh halına keçməsinə dəstək ola bilər. Ona görə də, bu bələdçi vasitəsi ilə LGBTİQ+ların öz mental sağlamlıqlarının qayğısına qala biləcəklərinə dair müəyyən məlumatlara və paralel olaraq duyğu, düşüncə və davranış fokuslu çalışmalara da toxunulub.

Ümid edirik ki, bu bələdçi fərdi olaraq mental sağlamlığın möhkəmləndirilməsi, dolayısıyla icmamızın kollektiv gücünün artırılmasına yardımçı olacaq, anlayış, şəfqət və ortaq bilik vasitəsilə Azərbaycanda daha sağlam və möhkəm LGBTİQ+ icması üçün bir bələdçi rolunu oynayacaq.