Feminizmə Giriş | Lorna Finlayson

Lorna Finlayson özünün ‘Feminizmə Giriş’ kitabında yanlış şüurun beş müxtəlif formasını təsvir edib.

1. Dünya haqqında yanlış bir inanc

Məsələn, kapitalizmin ona zülm etmədiyini düşünən bir işçi və ya qadınların „təbiətən“ riyaziyyatdan başı çıxmadığını düşünən misogynist bu kateqoriyaya misaldır.

2. Dünyanın qeyri-dəqiq təqdimatı

Məsələn, güzgüyə baxıb özünü olduğundan çirkin, yaxud həcmli görən qadın* bu kateqoriyaya misal ola bilər.

3. Vəziyyətə uyğun olmayan emosional reaksiya

Məsələn, təcavüz qurbanı olan müəyyən bir şəxs bu təcavüzdə özünü təqsirləndirə və hətta təcavüz edən şəxsə və şəxslərə hörmət belə edə bilər.

4. Müvafiq bir həqiqəti görməmək

Məsələn, irqçiliyin fərqində belə olmayan və “post-rassist” bir cəmiyyətdə yaşadığını düşünən ağdərili bir insan və ya qadın*ların reproduktiv əməyini görməzdən gələn, “nə ilə məşğulsan, bütün gün evdə oturursan”, – deyən bir kişi* bu kateqoriyaya misal olaraq göstərilə bilər.

5. Müəyyən bir emosional vəziyyəti yaşamamaq

Məsələn, işçilərinə qarşı empatiya hiss etməyən bir kapitalist və ya cəmiyyətin təsiri ilə dərinə hopmuş transfobiya səbəbindən özünü sevməyən trans* bir fərd bu kateqoriyaya aid missallardır.

Bununla yanaşı, Finlayson yanlış şüur anlayışını “sadə yanlış şüur” və “ideoloji yanlış şüur” olaraq iki hissəyə ayırır:

1. “Sadə yanlış şüur” siyasi deyil, texnikidir. Məsələn, bir insan bu gün çərşənbə axşamı olduğu halda bazar ertəsi olduğunu düşünə bilər. Bu da həmin insanın dünya haqqında yanlış bir fikrə sahib olduğunun göstəricisidir.

2. Marksistlərin diqqət dairəsində olan yanlış şüur növü xüsusi güc münasibətləri ilə yaradılan və bu səbəbdən özündə siyasilik ehtiva edən yanlış şüur növüdür. Bu, məhz o “ideoloji yanlış şüur” növüdür ki, onun varlığı və xarakteri bir sosial qrupun maraqlarının digər bir qrupun maraqları önünə keçməsi meyli ilə izah edir.

“İdeoloji yanlış şüur”a patriarxal ideologiyanı nümunə gətirmək olar. Patriarxal ideologiya tabe edilmiş qadın*lar üzərində dominant olan kişi*lərin mənafelərini qoruyan xüsusiyyətləri özündə ehtiva edən dünyaya və hadisələrə yanaşmanı, hissetməni və məntiqi əlaqələndirməni ayaqda saxlayan məfhumdur.

Məsələn, „qadın*lar uşaq baxımına təbii olaraq ən uyğun cinsdir“ inancı (qəbulluğu) ona gətirib çıxarır ki, qadın*lar uşaq baxımının əksər hissəsini öz üzərlərinə götürürlər və bu hal digər cinsdən olan insanlar tərəfindən qadın*ın vəzifəsi kimi görülməyə başlanılır. Bu iddia isə öz növbəsində insanlar arasında bu tənzimləmənin “təbii” və “vacib” olması fikrinə gətirib çıxarır ki, bununla da qadın*ların dəyərlərinin onların hansı dərəcədə müvəffəqiyətli ana olmaqları ilə ölçülməsinə zəmin yaratmış olur. Həmin bu qiymətləndirmə vasitəsi ilə patriarxal gender rolları və patriarxatın cinsi əmək bölgüsü ayaqda saxlanılır. Bu da öz növbəsində ona gətirib çıxarır ki, həm başqaları, həm də qadın*ların özləri onların “yaxşı qadın” olmadığını mühakimə etməsinlər deyə uşaq baxımıprosessinin əksər hissəsini öz üzərlərinə götürmək məcburiyyətində hiss edirlər. Heç də təsadüfi deyil ki, patriarxal mədəni irs ilə gənc qadın*lara uşaqlıqdan bəri yetkinlik dövrünə hazırlıq adı ilə onların gələcəkdə mütləq “ana” və “həyat yoldaşı” olacağı fikrini öyrədirlər.

– Lorna Finlayson, „Feminizmə giriş“ (Lorna Finlayson, „An introduction to feminism“)

Feminizmə Giriş

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

İLGA-Avropa Konfransı 2022 | Sofiya, Bolqarıstan

İLGA-Avropa konfransı 19-22 oktyabr 2022-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada, 2020 konfransının planlaşdırıldığı şəhərdə baş tutacaq.

2022 İLGA-Avropa konfransının mövzusu: “Gələcək dünyanı formalaşdırmaq”.

“Biz tarixin elə bir anındayıq ki, dünya bir çox səviyyələrdə böyük dəyişikliklərdən keçir. İqlim dəyişikliyi, kütləvi miqrasiya, sağçı populist qüvvələrin yüksəlişi və rəqəmsal dünyanın istismarı ilə siyasət faktlardan daha çox diqqətlə qurulmuş hekayələrin formalaşmasına əsaslanaraq daha da qütbləşib və bölünüb. Bunun fonunda marjinal qrupların hüquqları, azadlığı və bərabərliyi üçün risklər yüksəkdir, Yaşadığımız dəyişikliyi iqtidarda olanlar formalaşdırır. Bu iqtidardan biri də insan hüquqları sahəsində müttəfiqləri ilə birlikdə hamı üçün daha yaxşı bir cəmiyyətin formalaşmasında əsas rol oynayan uzunmüddətli, yekdil, irəliyə doğru düşünən, mütəşəkkil və fəal LGBTİ+ hərəkatıdır,” – deyə İLGA-Avropanın vebsaytında qeyd edilib.

20-22 oktyabr 2022-ci il tarixlərində keçiriləcək növbəti Ümumi Yığıncaq (GM) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək İllik Konfransla birlikdə baş tutacaq. Ümumi Yığıncaqda Nəfəs LGBTİ Azərbaycan Alyansını LGBTİ+ hüquqları aktivisti Vahid Əliyev təmsil edəcək.

İLGA-Avropa

Nəfəs LGBTİ Azərbaycan Alyansı İLGA-Avropanın illik müqayisə aləti olan və Avropanın 49 ölkəsini LGBTİ+ bərabərliyi qanunları və siyasətləri üzrə sıralayan Göyqurşağı Xəritəsi və İnseksinin, eyni zamanda, Avropada və Mərkəzi Asiyada LGBTİ+lərin İnsan Hüquqları Vəziyyətinin İllik İcmalı sənədinin əsas töhfəverənlərindəndir.

Mediada LGBTİ+ məsələlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Gəncədə Gey Kişilərə Hücum olub

Sentyabrın 2-də Gəncə şəhəri Samux rayonunda iki nəfər gey kişiyə hücum olub. Bu barədə Nəfəs LGBTİ Azərbaycan Alyansına LGBTİ+ hüquqları aktivisti Əli Məlikov məlumat verib.

Onun sözlərinə görə, hücum edənlər “sizin kimiləri burada istəmirik” deyərək gey kişiləri vəhşicəsinə döyüb və körpüdən atmaq istəyiblər. 

Əli Məlikov öz paylaşımında: “Baxın Azərbaycan reallığı! Hələ üzünü çəkə bilməyib. Əsirəm daha,” – deyə qeyd edib.

gey azərbaycan
gey
gay

[Sumqayıtda Trans Qadın Zorakılığa Məruz Qalıb]

Avropa və Mərkəzi Asiyanın 54 ölkəsindən 600-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatı olan İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Gay Men were Attacked in Ganja

On September 2, two gay men were attacked in Samukh district of Ganja city. LGBTI+ rights activist Ali Malikov informed Nafas LGBTI Azerbaijan Alliance about the event.

According to them, the attackers brutally beat the gay men and wanted to throw them off the bridge, saying “we don’t want people like you here.”

Ali Malikov said in their latest post: “Look at the reality of Azerbaijan! He has not yet been able to take photo of his face. I shudder.”

gay azərbaycan
gay
gay

[Trans Woman was Subjected to Violence in Sumgait]

According to the latest reports of ILGA-Europe, an independent, international non-governmental organisation that unites more than 600 organizations from 54 countries of Europe and Central Asia, Azerbaijan is the worst country amongst 49 countries politically, socially and legally for LGBTI+s to live .

Salyanda 17 Yaşlı Fateh İsmayılov Zorakılığa Məruz Qalır

Salyanda Xəlil Rza Ulutürk küçəsində yaşayan 17 yaşlı Fateh İsmayılov seksual oriyentasiyasına görə öz ailəsi tərəfindən zorakılığa məruz qalıb. Onun sözlərinə görə o, 8-ci sinifdən sonra məktəbdən çıxarılıb və təhsil hüququ əlindən alınıb. 2019-cu ildə ailəsi Salyan rayon Psixiatriya xəstəxanasının baş həkimi Yaşar Kərimova 7 min manata yaxın pul verərək, onu 7 ay stasionar müalicə etdirib. Fateh bildirir ki, o, həmin xəstəxanada cinsi zorakılığa məruz qalıb və yenidən ailəsinin yanına göndərilib.

Onun dostu Fatehin başına gələnlərlə əlaqədar Gender Resurs Mərkəzinə məlumat verib. Mərkəzdən Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirilib ki, onlar iyulun 25-i Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə anonim şikayət göndərib. Mərkəzin sözlərinə görə, Komitə uşaq hüquqlarını müdafiə edən orqandır və valideynlər bu hüquqları qorumadıqda onlar bu vəzifəni öz üzərinə götürməlidirlər. Mərkəz növbəti gün Komitə ilə təkrar əlaqə saxlasa da, məsələyə qarşı ciddi laqeydliklə üzləşib. 

fateh

Belə ki, Komitə şikayətə baxılması üçün məsələni Salyan rayon İcra Hakimiyyətinə yönləndirib. Lakin, Fatehin sözlərinə görə, iclasda icra işçisi Sevinc xanım işinin tələblərini yerinə yetirməyib, yeniyetməyə müalicə almasının lazım olduğunu, ailəsinin təhlükəli insanlar olduğunu deyib. İclasda Razgül adlı müdir müavini də iştirak edib və o, uşağın təhlükəsizliyini təmin etmək əvəzinə, uşağa polisə şikayət etməyi məsləhət bilib. 

Avqstun 8-i atası Fatehə bıçaq çəkdiyi üçün o, evdən qaçaraq Salyan rayon Polis bölməsinə gedib və başına gələn bütün zorakılıqlardan bəhs edərək, şikayət ərizəsi yazıb. Bölmə rəisi Rəsul bəy uşağın şikayətini qəbul etdikdən sonra Fatehin atasını, qardaşını və və ona qarşı cinsi zorakılıq edən iki sanitarı bölməyə çağırıb.

Fatehin sözlərinə görə, qardaşına töhmət verilib (serjantdır), atasına isə tapşırılıb ki, ona bir daha toxunmasın. Daha sonra Fateh 9 avqust tarixində Maştağada yerləşən Psixiatriya xəstəxanasına göndərilib və orda iclas keçirilərək, 2 qadın və bir kişi həkimin iştirakı ilə yeniyetmənin şikayətlərinə qulaq asılıb. Lakin iclasın qərarı Fatehə təqdim edilməyib və o, yenidən Salyana, ailəsinin yanına göndərilib. 13 avqust tarixində Fateh polis bölməsinə gedərək, qərar barədə öyrənməyə çalışıb. Ona bildirilib ki, cinsi zorakılığın baş verib-verməməsinin dəqiqləşdirilməsi üçün psixiatrik qiymətləndirmə aparılıb və qərar 10-15 günə çıxacaq. 

Fateh bölmədən qayıdandan sonra ailəsi onun telefonunu qıraraq, özünü də evə kilidləyib. Ailə üzvlərindən biri onu 2-ci mərtəbədən aşağı itələyib və Fatehin qolu xəsarət alsa da, həkim çağırılmayıb. Hazırda Fateh evə kilidlidir və ailəsi tərəfindən mütəmadi zorakılığa məruz qalır. Bu haqda onun evinə gedən dostu gizlicə məlumat öyrənərək, aktivistlərə bildirib.

Bundan sonra sosial işçi DİN-in 102 qaynar xidməti ilə əlaqə saxlayaraq, Fatehin vəziyyəti barədə məlumat verib. DİN-dən sosial işçiyə bildirilib ki, həmin evə polis göndərilib və uşağın vəziyyəti yaxşıdır. Lakin Fateh dostu vasitəsilə aktivistlərlə əlaqə saxlayaraq, evə polis gəlmədiyini, onunla heç kimin əlaqəyə keçmədiyini bildirib. 

Gender Resurs Mərkəzinin aktivisti Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, bu günə qədər Fateh vəziyyəti daha da kritik hala gətirməmək üçün məsələnin ictimailəşdirilməsinə qarşı olub. Lakin hazırda o, məsələnin ictimailəşdirilməsini xahiş edir. Fateh İsmayılovun vəziyyəti ilə bağlı, həmçinin Ombudsmana da şikayət göndərilib. 

“A və 24 Digərləri” Filmi

Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni podkastını təqdim edir. Podkastımızın budəfəki mövzusu Vüsalə Hacıyeva tərəfindən hazırlanmış “A və 24 Digərləri” filmi və Vüsalənin yaradıcılığıdır. Bu podkastda Nivər və qonaq kimi dəvət olunan “Transvisionary” təşəbbüsünün təsisçisi və rejissor Vüsalə Hacıyeva film və Vüsalənin yaradıcılığı haqqında danışıblar.