225 saylı məktəbdə bullinq | Minority Azərbaycan

225 saylı məktəbdə təhsil alan Aleks: “10 illik məktəb həyatımda seksual qısnama, üzərimə biçaq çəkilərək təhdid edilmə, öldürülmə və döyülmə kimi hədə qorxularla davam etdirmişəm”

Azyaşlı 10-cu sinif şagirdi deyir ki, daimi olaraq Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür. O gender ve cinsi oriyentasiyası haqqında heç kimə bəyan verməsə də, qızlarla dostluq etməsi, saçını  ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.

“Bunlar feminin davrandığıma görə baş verib. Gender roluna tabe olmamağıma görə petux (gey) olaraq “təsdiqlənmişəm”  və daim qəlibləşməməyimə, özüm kimi olduğuma görə təhdid edilirəm”, – Aleks deyir.

“Oxuduğum məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “ biraz ciddi – kişi kimi ol”, “maskanı çıxart, təzə ərə gedən gəlinlər kimi üzünü bağlama”, “qızbibi” və s. Deyərək məni şagirdlərin içində alçaldır, sinif yoldaşlarımın da həmin an məni alçaltmalarına şərait yaradırdı.10 aprel sinifdə test yazdığım anda həmin müəllim mənə sinifdəki oğlanları nümunə göstərərək olar kimi olmağımı tələb edir. Bunu deyərkən nümunə çəkdiyi oğlan mənə “sənin kimilər İslamda lənətlənib və öldürülməlisən” dedi. Bu zaman vəziyyətimin pisləşməyini və əsdiyimi görən müəllim “arvad kimi ağlama, kişi ağlamaz, artistlik eləmə” dedi.” 

Aleks deyir ki, o, bu sözlərdən sonra sinif otağını tərk edərkən yıxılıb və koridorda huşunu itirməsinə rəğmən heç kim ona yardım etməyib.

Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq məqsədilə 2016-cı ildən “Məktəblinin dostu” adlı dövlət proqramı təsis edilib. Proqram ölkədəki məktəblərin yalnız bir hissəsini əhatə edir. Layihəyə təyin olunan psixoloqlardan biri Mehriban Verdiyevanın Chai-Khana üçün müsahibəsində bildirdiyinə görə, onun təcrübəsində LGBTİQ+ şagirdlər bullinqdən şikayətçi olmayıblar.

“Oriyentasiyalarını gizli saxladıqları üçün başqa uşaqlar tərəfindən hər hansı bullinq olunmayıblar. Amma özlərini qəbul etməklə bağlı problemləri olub. Adətən biz uşaqlara demirik ki, sən oğlansansa, mütləq qızdan xoşun gəlməlidir. Biz onlara özlərini qəbul etməyi, öz hisslərinə, düşüncələrinə daha çox fikir verməyi öyrədirik”, – deyə, psixoloq qeyd edir ki, “anti-LGBTİQ+ yanaşma müəllimlərin fərdi dünyagörüşündən irəli gəlir.”

Təhsil Nazirliyinə dövlət məktəblərində LGBTİQ+ şagirdlərə qarşı təzyiq ilə bağlı göndərilən sorğular isə cavabsız qalıb. 

Minority Azerbaijan üçün danışan azyaşlı deyir ki, Sevda Eminova Əli qızının direktoru olduğu məktəbdə təhsil alan digər şagirdlər onun adına müəllimlər arasında şayiələr yayır, Aleksi təhqir edirlər və ona seks təklifləri edirlər.  “Həmin şagirdlərin biri haqqında dəfələrlə polisə şikayətlər verildiyini eşitmişəm, həmin oğlan daimi olaraq mənə qarşı seksual qısnama etməyə çalışır, sakit qalmadıqda isə adıma şayiələr yayır.”

Məktəblilərin bullinqlə bağlı yaşadıqlarını ictimailəşdirməsi isə ilk hal deyil. Bir neçə il öncə başqa şagird də onun çantasındakı müxtəlif şəkilli pinlərə, istifadə etdiyi və üzərində LGBT bayrağını əks etdirən maskaya görə nəinki məktəblilər tərəfindən, hətta təhsil işçiləri tərəfindən iradlar, təhqirlər edildiyini öz sosial media hesablarında yazıb.

Aleks: “Keçən il məktəb rəhbərliyi bizə həmin uşaqlar haqqında tədbir görüləcəyini dedi və bəzilərini məktəbin psixoloquna yönləndirdilər. Hazırda anamla mən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə məktəb rəhbərliyi haqqında şikayət ərizəsi göndərmişik.”

Zərərçəkən eləcə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib. Azyaşlı həm də məktəblərin təhsilə deyil, şəxsi maraqlara fokuslu çalışmasından gileylənir.

Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəb rəhbərliyi ilə telefon zəngi ilə əlaqə saxladığımızda, məktəbin müdiri hadisədən xəbərdar olduqlarını və problemin qarşısını  almaları üçün çalışdıqlarını deyib. Eləcə də məktəb işçiləri və şagirdlərlə də bullinqlə bağlı hər il bir neçə dəfə məlumatlandırıcı görüşlər keçirdiklərini deyirlər. Rəhbərlikdən bildirilib ki, onlar özləri də Elm və Təhsil Nazirliyinə də bu haqda məlumat veriblər.

*Respondentin təhlükəsizliyi üçün ad dəyişdirilmişdir.

Əli Məlikov

Bu yazı Minority Azərbaycan platformasında dərc olunub.

Gənclər Hansı Ölkələrdə Yaşamaq İstəyir? | AGORA

BAKI, 3 Mart 2023, AGORA: Gənclər Hansı Ölkələrdə Yaşamaq İstəyir?

Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğuda iştirak edən respodentlərin 56%-i Abşeron yarımadasında, 44%-i isə ölkənin digər bölgələrində yaşayan gənclərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub. Sorğu haqqında ümumi məlumat və nəticələri ilə bağlı öncəki hesabatla buradan tanış ola bilərsiniz.

Respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavablar göstərir ki, cəmi 11%-i Azərbaycanda, 89%-i isə digər ölkələrdə yaşamaq istəyir. Sorğu iştirakçıları cavablarında ümumilikdə 41 fərqli ölkənin adını çəkib. Sual açıq sual formasında verilib və cavab variantı olaraq heç bir ölkənin adı qeyd edilməyib. Nəticələrdən aydın olur ki, gənclərin ən çox yaşamaq istədikləri ölkə Amerika Birləşmiş Ştatlarıdır (bax: Cədvəl 1). Norveç və Almaniya da respodentlərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündədir. Hazırda azərbaycanlı miqrantların ən çox yaşadığı ölkə olan Rusiyanın adı ilk onluğa düşməyib. Respodentlərin cəmi 1%-i yaşamaq istədikləri ölkənin Rusiya olduğunu bildirib.

Cədvəl 1: Respondentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Nəticələrə görə, ABŞ, Norveç və Almaniya gənclərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündə yer alsa da, nəticələrin respodentlərin yaşayış yerləri üzrə təhlilində fərqli trendlər nəzərə çarpır. Məsələn, sırf Abşeron yarımadasından kənardakı regionlarda yaşayan gənclərin yaşamağı arzuladıqları ölkələr arasında Azərbaycan ilk sıradadır (bax: Cədvəl 2). Region gənclərinin ən çox yaşamaq istədikləri xarici ölkə isə Türkiyədir. Eyni zamanda, regionda qeydə alınan cavablar arasında “bilmirəm” varinatı da ilk onluğa daxil olub.

Gənclər

Abşeron ərazisində – paytaxt və ətrafındakı şəhərlərdə yaşayan gənclər arasında Azərbaycanda yaşamaq istəyənlərin xüsusi çəkisi isə daha aşağıdır. Azərbaycan, Abşeron sakini olan gənclərin ən çox yaşamaq istədikləri ölkələrin sıralamasında yeddinci yeri tutub. Paytaxtdan sorğuya qatılan respodentlər ən çox ABŞ-da, daha sonra Norveç və Almaniyada yaşamaq istədiklərini bildiriblər (bax: Cədvəl 4). Daha bir diqqət çəkən məqam Türkiyənin paytaxtdakı gənclərin seçimində ilk onluqda olmaması ilə bağlıdır.

Gənclər
Cədvəl 3: Abşeron ərazisində yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Yaşayış yeri ilə yanaşı, gender üzrə də gənclərin yaşamaq istədikləri ölkələrin seçimində müəyyən fərqlər qeydə alınıb. Qadın respodentlərin cavabları göstərir ki, onların ən çox yaşamaq istədikləri ilk üç ölkə ABŞ, Azərbaycan və Türkiyədir (bax: Cədvəl 4).

Gənclər
Cədvəl 4:  Qadın respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Kişi respodentlərin ən çox yaşamaq istədiyi ölkə ABŞ-dır. Həmçinin, onların seçimləri arasında Azərbaycanın mövqeyi qadınlara nəzərən daha aşağı – dördüncüdür (bax: Cədvəl 5). Kişi respodentlərin yaşamağa üstünlük verdiyi ilk üç ölkə, qadınların seçimlərindən fəqli olaraq, Azərbaycan və Türkiyə əvəzinə, Norveç və Kanadadır. Eyni zamanda, kişi respodentlər arasında “bilmirəm” cavabı da ən çox səsləndirilən 10 cavab variantından biri olub.

Cədvəl 5: Kişi respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Agora – Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.