DƏYİŞİKLİK

elə sən özünsən!

Son illərdə Azərbaycandakı LGBTİ+ icması ilə bağlı məsələlərin görünürlüyü elə bu fərdlərin öz töhfələri sayəsində əhəmiyyətli dərəcədə artmışdır. İstər öz təcrübələrindən danışaraq, istərsə də açıq kimlikləri ilə aktivist kimi çıxış edərək, onlar bu hərəkatın önündədirlər.

İcma quruculuğunu və iştirakı məlumatlı, effektiv və təhlükəsiz şəkildə davam etdirmək üçün Nafas LGBTİ Azərbaycan Alyansı 2022-ci ildə könüllülərin cəlb edilməsi strategiyasını qəbul etmişdir.

Dəyişiklik nəzəriyyəsi əsasında qurulan bu strategiya vətəndaş fəallığı və icma işinə marağı olan LGBTİ+-ları dəstəkləmək və Nəfəsin icma üzvlərinin könüllülük etməsi üçün dəyərli bir yer olmasını təmin etməklə prosesi fasilitasiya etmək məqsədi daşıyır.

Vəzifəmiz

Gücləndirmə

İcma üzvlərini könüllü fəaliyyətlərə cəlb edərək mənsubiyyət hissini və töhfə verməyi təşviq edirik.

İştirak imkanları

Könüllülərin iştirakını artırmaq və möhkəmləndirmək üçün müxtəlif fürsətlər yaradır və imkanları təqdim edirik.

Bacarıqların artırılması

Nəfəs könüllülərinin müxtəlif bacarıqlarını və biliklərini inkişaf etdirmək üçün təlim və təhsil imkanları yaradırıq.

Birgə qərarvermə

Könüllüləri qərarvermə proseslərinə cəlb edirik, onların səsinin eşidilməsini və qiymətləndirilməsini təmin edirik.