Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır.

Lakin, ölkədəki LGBTİ+ aktivizmindəki artmaqda olan bu fərqindəlik aktivizm marağında olan LGBT+lərin bilik, bacarıq və adekvat resurslara çıxışının arzuolunan dərəcədə əl çatımlı olmaması səbəbindən hələ də natamam olaraq qalır.

Bu istiqamətdə mövcud boşluqların doldurulmasına töfvə vermək üçün Nəfəs LGBTİ Azərbaycan Alyansı 2022-ci ildə Göyqurşağı Vəkilliyi Akademiyasını təssis edib.

Program icma ilə iş təcrübəmiz, o cümlədən, bənzər proqramlar, masaüstü tədqiqat və ekspertlərlə məsləhətlər əsasında tərtib edilib.

Hədəfimiz

Göyqurşağı Vəkilliyi Akademiyasının hədəfi
- yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən, 
- onların ictimai iştirakçılığını dəstəkləməkdir.

Proqram strukturu

Göyqurşağı Vəkilliyi Akademiyası
3 əsas mərhələdən ibarətdir

Bacarıqların Artırılması

Seçilmiş iştirakçılar 2 günlük intensiv layihə yazılışı və idarə olunması mövzusunda təlimdə iştirak edirlər.

1-ci mərhələ

Konsultasiya Sessiyaları

Akademiya iştirakçıları 2 günlük intensiv təlim, ardınca konsultativ sessiyalar zamanı əldə etdikləri bacarıqları tətbiq etmək və həqiqi təcrübə qazanma imkanı olacaq. Bundan öncə isə müsabiqədə iştirak etmək arzusunda olan akademiya iştirakçıları konsultasiya ilə təmin olunacaqlar. Konsultativ sessiyalar, təkcə müsabiqəyə göndərmək istədikləri layihə təkliflərini (LOTS) təkmilləşdirmək deyil, həm də akademiya iştirakçılarına layihə yazılışı və planlamasında mövzusunda bilik və bacarıqlarını dərinləşdirmək imkanı yaradır.

2-ci mərhələ

LOTS Vəkillik Layihələri

Müsabiqəyə göndərilmiş LOTS layihə təklifləri arasından 2-si seçilərək, Nafasın mentorluğu altında həmin layihələr təqdim edən akademiya iştirakçısı tərəfindən həyata keçirilir.

3-cü mərhələ

Göyqurşağı Vəkilliyi Akademiyası yarandığı gündən bəri 2022-2023 və 2023-2024-cü illəri əhatə edən 2 dövrü uğurla başa vuraraq
4 LOTS layihəsini dəstəkləyib.

LOTS 1

Lahiyə iş mühitində və ya əmək bazarına daxil olduqda baş verən ayrı-seçkilik məsələlərinə toxunur. 

Layihənin əsas məqsədi Bakıda yaşayan 20-ə yaxın kuiri əmək hüquqları mövzusunda maarifləndirmək, onlara iş mühitində öz haqlarını daha yaxşı müdafiə edə bilmələri üçün yön vermək və beləcə iş yerlərində şiddət və sui-istifadə hallarını azaltmağa kömək etməkdir.

Layihə çərçivəsində 2023-cü ilin aprel ayında 1 günlük vörkşop təşkil edildi. Mütəxəssis hüquqşünas tərəfindən aparılan təlimdə 25 iştirakçı ümumi əmək hüquqları, xüsusilə də iş mühitində qeyri-diskriminativ yanaşma və bərabər-hüquqluluq ilə bağlı yerli hüquq məcəllələri, eləcə də, bərabərlik, birbaşa və dolayı yolla baş verən ayrı-seçkilik anlayışları ilə tanış oldular, bu kimi hüquq pozuntuları yarandıqda ata biləcəkləri hüquqi addımlar barəsində məlumatlandırıldılar.

Vörkşopdan anları əks etdirən Instagram-am postunu izləmək üçün BURAYA keçid edin.

LOTS 2

QıyVar Kuir Platformasının təşəbbüsü ilə həyata keçirilən layihə, görünən aktivizmin yaratdığı çətinliklər barəsində ümumi məlumatlılığın və agahlığın yaradılmasını hədəfləyir.

Layihə, hekayə yolu ilə LGBTİ+ların və aktivistlərin polis məntəqələrində yaşadıqları çətin məqamları sənədləşdirməyi əhatə edib.

Layihə çərçivəsində əsas problemlərdən diqqət yayındırmaq məqsədilə kuir icmanın hədəf göstərildiyi 8 mart və 14 may (2022) etirazlarında iştirak edən aktivist və icmadaşların yaşanmış hekayələri əsasında sənədli film hazırlanaraq onlayn və oflayn şəkildə ictimaiyyətə təqdim edildi. 

“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” qısametrajlı sənədli filmi ikisi aktivist olmaqla 4 kuirin öz hekayələrini paylaşa bilmələri üçün platformaya çevrildi. Filmin təqdimatı #IDAHOBIT2023Bak həftəsi çərçivəsində may ayının 17-də keçirilən icma yığıncağında baş tutdu və film nümayişindən sonra mövzu ilə bağlı panel müzakirə təşkil edildi. 

Eyni gündə filmin “Qıy Vaar” youtube səhifəsi üzərindən online təqdimatı da baş tutdu. 

Premyera və panel müzakirədən anları əks etdirən Instagram-am postunu izləmək üçün BURAYA keçid edin.
Sənədli filmi YouTube üzərindən izləmək üçün BURAYA keçid edin.

LOTS 3

Layihə Bakı və ətrafında işsizlik və aşağı gəlir səbəbilə peşəkar psixoloji dəstək ala bilməyən 20 kuirə alternativ mental dəstəyin göstərilməsini əhatə edir.

Terapiya üsulu olaraq isə su üzərində rəsm çəkməyə əsaslanan ənənəvi türk texnikası olan Ebru sənətinə müraciət edilib. 

Layihədə 8 nəfər ilk qrupda, 6 nəfər ikinci qrupda olmaqla ümumilikdə 14 kuir (benefisiyariştirak edib. Sessiya günlərinin qısaca icmalı:

  • 1-ci gün qısa bir qrup meditasiyası ilə başladı. Daha sonra benefisiyarlar təcrübəli mentorun izah etdiyi texnikalardan istifadə edərək həyatdan nə istədiklərini sorğulayaraq düşüncələrinin hələ kəşf olunmamış nöqtələrinə çatmağa dəvət edildilər. Ardınca mentor benefisiyarların suallarına cavab verdi. Sonra isə Ebru sənəti barədə hissə başladı. İlk öncə mentor bu sənətin texnikaları barədə benefisiyarlara izah edərək Ebru sənətinin tarixi, təməl üsulları və meditasiya vasitəsi olaraq necə istifadə olunduğu haqqında məlumat verdi. Günün sonunda isə mentor benefisiyarların hazırladıqları sənət nümunələrini incələyərək dəyərləndirdi.
  • 2-ci gün də qrup meditasiyası ilə başladı. Benefisiyarlar məqsədlərinə çatmaq yolunda qarşılarına çıxan problem və əngəlləri bir kağıza yazaraq qutuya atdılar. Daha sonra isə mentor və benefisiyarlar bu mövzuda müzakirə apardılar. Müzakirənin ardından Ebru sənəti fəaliyyəti davam etdirildi. Mentor bu sənətin fərqli texnikalarını da öyrətdikdən sonra sual-cavab keçirildi və günün sonunda benefisiyarların işləri dəyərləndirildi.
  • 3-cü gündə qısa meditasiyanın ardınca “İkinci gün kağıza yazdığım problemləri necə həll edə bilərəm?” sualı ətrafında müzakirə aparıldı. Sonra isə iştirakçılar su üzərində rəsm çəkməyə davam etdilər. Günün sonunda mentor hər üç gündə çəkilən rəsmlər, orada istifadə olunan rənglər əsasında öz müşahidələrini benefisiyarlarla bölüşdü.


Sessiyaların icmalı və iştirakçıların fikirləri əsasında hazırlanmış videonu izləmək üçün BURAYA keçid edin.

Sessiyaların sonunda LOTS layihə komandasının əlində benefisiyarlar tərəfindən toplanmış onlarla Ebru sənət nümunəsi qaldı. Bu isə özlüyündə başqa bir fəaliyyətə təkan verdi və hazırlanan əsərlər #IDAHOBIT2024Baku həftəsi çərçivəsində may ayının 17-i, 18-i və 19-u təşkil edilən Ebru Sərgilərində nümayiş etdirildi. 

Sərgiyə çıxarılmış rəsmlər simvolik bir qiymət olaraq 5 AZN-ə satışa təqdim edildi və sərgidən yığılan məbləğin hamısı Bakı və ətrafındakı küçə heyvanlarına qayğı göstərən sığınacaqlara göndərildi. Bu addım bizim LGBTİ+ icması daxilində və icmadan kənarda empatiya, həmrəylik və sosial məsuliyyət duyğusunu inkişaf etdirmək məqsədimizin bir göstəricisi idi. 

Sərgidən əlavə proqram başqa fəaliyyət növləri ilə də zəngin idi.

İlk gün LOTS layihə meneceri Ömər Məmmədin eksklüziv performansı ilə başladı. “Azərbaycanda Kuir Tale” başlıqlı performans Ebru sənəti vasitəsilə Azərbaycanda yaşayan kuirlərin doğulandan başlayan və hələ də davam edən mübarizələrini əks etdirirdi. Ömər öz performansı ilə Azərbaycanda kuir olmağın çətinliklərindən danışarkən eyni zamanda irəli addımlaya bilmək üçün kollektiv gücün önəmini də vurğulayır.
Sərginin ilk günü ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.

Çoxsaylı istəkləri nəzərə alaraq sərginin ikinci günü də “Azərbaycanda Kuir Tale” performansı ilə başladı və ardınca isə çoxlarının səbirsizliklə gözlədiyi “Hər Şey Yaxşı Olacaq” başlıqlı şeir səsləndirildi. Belə ki, #IDAHOBIT2024Baku həftəsinə hazırlıq ərəfəsində icma üzvlərini sosial media vasitəsilə bizə öz şeir misra və bəndlərini anonim olaraq göndərməyə dəvət etmişdik. #IDAHOBIT2024Baku komandası anonim göndərilən bu misraları həftənin şüarı olan “Hər Şey Yaxşı Olacaq” başlığı altında toplayaraq bir az siyasi, bir az qeybətcil(şüvən), bir az romantik və bir az da seksual bir şeir hazırladı.
İkinci gün ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.

Sərginin üçüncü günü isə  “Özünə qulluq müqavimətdir” adlı paneldə icmamızla görüşdük. Bu görüşdə biz həm Azərbaycanda LGBTQ+ icması daxilində mental rifahın vacibliyini vurğulamaq, bu istiqamətdə fərqdindəlik yaratmaq, həm də sosial-iqtisadi problemlərin kəsişməsi fonunda yaranmış çətinliklərin fərdi və kollektiv rifaha təsirini, o cümlədən, LGBTİ+ icmasının kollektiv rifahının və dayanıqlılığının gücləndirilməsi istiqamətində atıla bilinəcək addımlar və müvafiq ehtiyacları araşdırmağa çalışdıq.

Üçüncü gün ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.

Şəhərimizdə sahibsiz heyvanlar bir çox problemlərlə üzləşirlər. Heyvansevər şəxslər və qruplar onları sığınacaq, yemək və tibbi yardım dəstəyi təmin etmək üçün yorulmadan çalışsalar da, bütün bunlar çox məhdud resurslarla edilir. Paylaşmaq qayğıkeşlikdir deyib, benefisiarlarının da razılığı ilə onların yaratdıqları Ebru əsərlərini sərgi günlərində satışa çıxarıldı.

Ümumilikdə 250 AZN toplanmış ianə sonrakı günlərdə “Veqan Kollektiv” təşəbbüsünün dəstəyi ilə Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların qida və sağlamlıq ehtiyaclarının qarşılanmasına xərcləndi.

İanənin bir hissəsi dövlət dəstəkli Toplan “Qayğı” Mərkəzi tərəfindən balaları aparıldığından döş şişliyi problemi yaşayan iki ana itin əməliyyatlarına sərf edildi. Vəsaitin digər bir hissəsi Bakıda öz həyətində təxminən 18 pişiyə qucaq açmış bir qadına dəstək məqsədilə 1 aylıq pişik yemi almaq üçün ayrıldı. Toplanan vəsaitin geri qalanı isə Bakı və Abşeronda, eləcə də Qobustanda küçə heyvanlarına, xüsusilə də itlərə yem aparmağa xərcləndi. 

Bu köməkdən yararlanan dörd-ayaqlı dostlarımızın şəkillərinə baxmaq üçün BURAYA keçid edin.