Özünə-qayğı Siyasidir | Vahid Əliyev
Özünə-qayğı Siyasidir
Ölkədə baş verən hadisələr, kuir vətəndaşlara qarşı epidemik səviyyədə olan kuirfobiya, biz LGBTİ+lər üçün həqiqətən də xoşagəlməzdir. Bunun üçün də, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq hər şeyin bir az daha bərbad hiss edildiyi zamanlar üçün özünə qulluq məsləhətlərinin siyahısını sizə təqdim edirik.
Xəbərlərdən uzaqlaşın – hətta Nəfəsdən də
Ekranlardan bir saat belə uzaq olmaq stress səviyyələrinə və narahatlıqlara təsir edə və böyük fərqlər yarada bilər. Bu vaxtdan internetdə neqativ xəbərlər oxumaq əvəzinə, başqa bir fəaliyyətlə məşğul olmaq üçün istifadə edin və düşüncələrinizi rahatlaşdırın.
İnformasiya əldə etmək üçün xəbərləri oxumaq lazımdırsa, baş verənlərdən agah olmaq üçün gün ərzində xüsusi vaxtlar təyin edin. Bu, neqativ xəbərlərə məruz qalmağınızı məhdudlaşdırmaqda kömək edəcək. Xəbərləri LGBTİ+ saytlarından əldə etmək həm də mənbə daxilində xoşagəlməz homofobiya/transfobiyanı məhdudlaşdırmağa kömək edə bilər.
Xüsusi hesabları və sözləri səssizə alın
Tvitter parametrlərinizi tənzimləməklə siz xüsusi sözlərin, ifadələrin və hesabların səsini ala bilərsiniz. Bu o deməkdir ki, həmin sözlər və hesablar xəbər lentinizdə görünməyəcək və arzuolunmaz xəbərlərə məruz qalmağınız azaldacaq. Eyni zamanda, Nəfəsi Tvitterdə izləməyi unutmayın.
Tvitter parametrlərinizi tənzimləmək üçün buraya keçid edin.
Ehtiyaclarınızı qarşılamaq üçün mühitinizi dəyişdirin
Neqativ xəbərlər bizə divarların üzərimizə dağıldığını hiss etdirə bilər və əgər evdə oturub bütün gününüzü internetdə keçirmək vərdişiniz varsa, başqa yerə getmək bu vərdişi pozmağa kömək edə bilər. Gedib bir müddət kafedən işləyə bilərsən, ya da gedib dostuna baş çəkə bilərsənmi? Ya da kitabxanaya getmək və bir müddət orada oturub kitab oxumaq bəs, mümkündür? Yaxud pulunuz varsa, ticarət mərkəzi və ya kinoteatr getməyi yoxlayın.
Bir az təmiz hava alın
Biz bilirik ki, hər kəsin yaşıl sahələrə çıxışı yoxdur, lakin parka və ya bulvara gedə bilsəniz, bu, zehninizi təmizləyə və narahatlığınızın azalmasına kömək edə bilər. Əgər evdən çıxmağın özü belə naraharlıq yaradırsa – Azərbaycan reallığı nəzərə alsaq – hətta təmiz havanı içəri almaq üçün pəncərələri açmaq belə kömək edə bilər.
Kimləsə danışın
Özünüzü pis hiss edirsinizsə, çox güman ki, ətrafınızdakı digər kuirlər da eyni şəkildə hiss edirlər. Siz ya onlayn LGBTİ+ icmaları və qrupları vasitəsilə, ya da real həyatda birbaşa tanıdığınız insanlarla əlaqə saxlayaraq diqqətinizi yayındıra və onlarla danışa bilərsiniz.
Əlavə olaraq, bonus! Hərəkətə keçin
Əgər hərəkətə keçməklə özünüzü daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə, aktivizmə qoşulmaqla ədalətsizliyə qarşı mübarizədə necə iştirak edə biləriz – Nəfəs LGBTİ Azərbaycan Alyansına qoşula bilərsən.