Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı
Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş tutacaq.
İctimai vəkillik nöqteyi-nəzərindən, BMT-nin bu mexanizmi dünyanın hər bir yerində LGBTİ+lərə qarşı baş verən insan hüquqları pozuntularını göstərmək, baxışı keçirilən Üzv Dövlətdən hesabat tələb etmək və vəziyyəti yaxşılaşdırması üçün müvafiq tövsiyyələr etmək kontekstində önəmli bir platformadır.
Biz, 2018-ci ildə olduğu kimi, bu dəfə də Universal Dövri İcmal prosesində iştirak etməyi, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq icmamız üçün mühüm məsələlər ətrafında ictimai vəkillik kampaniyası aparmağı hədəfləyirik. İcma ilə iş və vəkillik təcrübələrimizə əsaslanaraq hazırladığımız 2 səhifəlik İctimai Vəkillik Bəyanı-nı sizinlə bölüşürük.