İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra və Elham üçün petisiya

İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra və Elham üçün petisiya

Petisiya Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən iranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra Sediqi-Həmədani və Elham Çubdarın azad olunması üçün başladılıb.

İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zehra Sediqi-Həmədani və Elham Çubdar “pozğunluğu yaymaq” ittihamı ilə edam cəzasına məhkum ediliblər.

İki qadın həqiqi və ya təyin edilmiş seksual oriyentasiya və/və ya gender kimliyi və LGBTİ+ icmasını dəstəkləyən sosial media fəaliyyətlərinə görə hədəfə alınıb.

2021-ci ilin oktyabrında Sare kimi tanınan LGBTİ+ hüquq müdafiəçisi Zəhra Sediqi Həmdani Türkiyədə sığınacaq almaq üçün İran sərhədini keçməyə çalışarkən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. O, sərhədi qeyri-qanuni keçməkdə günahlandırılıb və BBC Farsi ilə müsahibədə iştirak etdiyinə və İraqın Ərbil şəhərində LGBTİ+lərin vəziyyəti haqqında danışdığına görə hədəfə alınıb.

55 beynəlxalq təşkilat “6rəng” ilə birlikdə iyulun 28-də iranlı LGBTİ+ hüquqları aktivisti Sareyə qarşı bütün ittihamların götürülməsini tələb edən bəyanat yayıb.

“Sizi Zəhra Sediqi-Həmədani və Elham Çubdarın hökmlərini və ölüm hökmlərini ləğv etməyə və onların həqiqi və ya təyin edilmiş seksual oriyentasiyası və/və ya gender kimliyi ilə bağlı ayrı-seçkiliyə əsaslanaraq və LGBTİ+lərin insan haqlarını müdafiə edən dinc fəaliyyətlərinə görə hədəf alındıqları üçün təcili olaraq azad etməyə çağırıram. Sizi onlar azadlığa çıxana qədər onlara seçdikləri vəkillərlə və ailələri ilə görüşmək imkanı verməyə çağırıram. Həmçinin İran hakimiyyətini ölüm hökmünü ləğv etmək məqsədilə edamları təxirə salmaq, razılığa əsaslanan eynicinsli münasibətləri dekriminallaşdırmaq və LGBTİ+ləri ayrı-seçkilik, zorakılıq və digər insan haqları pozuntularından qoruyacaq qanunvericilik yaratmaq üçün qanun qəbul etməyə çağırıram,” – deyə Beynəlxalq Amnistiya Təşkilatının başladığı petisiyada qeyd edilib.

İran bu günə qədər eynicinsli cinsi əlaqəyə görə qanunla ölüm hökmü tanıyan BMT-yə üzv olan altı dövlətdən biridir. 2017-ci ildə BMT-nin İnsan Hüquqları Şurası razılaşdırılmış eynicinsli münasibətlərə cəza kimi ölüm cəzasının tətbiqini pisləyən qətnamə qəbul edib,” – Nəfəs LGBTİ Azərbaycan Alyansında LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyev bildirib. “Qətnamə BMT-nin Baş Katibi Antonio Quterreşin hesabatı əsasında hazırlanıb və burada edam cəzasının müxtəlif qruplara qeyri-mütənasib təsirini və gender və ya seksual oriyentasiya əsaslanan diskriminativ istifadəsini araşdırıb,” deyə o, əlavə edib.

Kampaniyaya qoşulmaq və petisiya imzalamaq üçün klikləyin.