Ötən il olduğu kimi, bu il də 17 May – Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində səfərbər olmağa niyyətliyik.
Yaşadığımız təcrübələrə inad “özünə qayğı müqavimətdir” mottosu altında dinləmək və eşidilmək, anlayış və şəfqət üçün 11-17 may İDAHOTBİ+ Həftəsində bir araya gəlmək istəyirik. Bu fərqindəlik həftəsində sənə ehtiyacımız var!
Redaktə, tərcümə, illustrasiya, musiqi alətindən istifadə, performerlik və sair hər bacarıqda olan yoldaşlarımızı aramızda görməkdən şad olarıq. Bunlarla kifayət deyil, əzizim. Fərqli bacarıqlarıqla tövhə verəcəyini düşünürsənsə, yenə də gəl, sən də gəl!
IDAHOTBİ+ Könüllüsü olmaq üçün səni aşağıdakı formu doldurmağa dəvət edirik.