#IDAHOBIT2024Baku Necə Keçdi?

#IDAHOBIT2024Baku Necə Keçdi?

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2024-cü il üçün May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Həftəsini qürurla başa vurdu.

“Bu çətin günlərdə biz ümidli olmağı seçirik!” deyərək başladığımız #IDAHOBIT2024Baku həftəsində Azərbaycanda LGBTİ+ icmasına qarşı edilən ayrı-seçkiliklərə diqqət çəkmək və bərabərliyi təşviq etmək, LGBTİ+ icmalarının üzləşdiyi sosial, iqtisadi və siyasi problemlər ətrafında bir daha müzakirə yaratmaq üçün Nəfəs könüllüləri ilə səfərbər olduq.

 

CANLI YAYIM

Instagramda müzakirə – Bakı LGBTİ+lər üçün nə qədər təklükə(siz)-(li)dir?

Həftənin başlanğıcında ilk olaraq icmamızla virtual aləmdə bir araya gəldik. İnstagram hesabımızdan açdığımız canlı yayımda Nəfəs komandasından Əli Məlikov və Ömər Məmməd Bakının LGBTİ+lər üçün nə dərəcədə təhlükəsiz olduğunu müzakirəyə çıxardılar.

Niyə məhs bu mövzunun müzakirəyə çıxarılma səbəbi, Nəfəsin podkastxanasından 3 il əvvəl hazırlanmış və eyni mövzunu əhatə edən  “LGBTİ+lər, Qadınlar və Şəhər”podkast epizodundan ilhamlanaraq, “Bu 3 ildə vəziyyət necə dəyişib?” sorğulaması ilə başladı. Bu məqsədlə, canlı yayımdan öncə Nəfəs izləyiciləri 3 il əvvəlki qıybəti dinləməyə dəvət edildilər.

 

EBRU SƏRGİLƏRİ

#IDAHOBIT2024Baku həftəsinin əsas hadisəsi isə 17-19 may aralığında Salaam Cinema Baku, Özünü Yarat İncəsənət Mərkəzi və Azərbaycan Vegan Kollektivi ilə həmrəy təşkil olunan Ebru Sərgiləri oldu.

Evlərimizdən küçələrə, gettolarımızdan Bakının hər yerinə “Hər şey yaxşı olacaq!” şüarımızı daşımaq üçün çalışdığımız sərginin ilk günü – 17 mayda kuir aktivist və performer Ömər Məmmədin hazırladığı ekslüziv performansla başladı. Azərbaycanda kuir taleyi, kuir olaraq doğulmanın elə doğulduğun gündən nə qədər çətin olduğundan danışan performans, Azərbaycanda kuirlərin yaşam mübarizəsi səhnələşdirir. Ömər performans haqqında deyir: “performansda gücümün olmadığı deyilir, yorulmaqdan bezməkdən gücsüzlükdən və əsərim kimi həyatımı da dayandırmaqdan söhbət gedir. Performans sırasında fiziki olaraq geriyə qayıtmağım əslində daxilən heç doğulmamağımı simvol üzə edir.”

Özünün də vurğuladığı kimi, Ömər bu performans ilə həm də kollektiv gücün əhəmiyyətinə diqqət çəkir.
“Daha yaxşı yaşam əldə etmək ən azı kəndirləri açmaq qədər çətindir. Bu yolda çox yoruldum lakin bilirəm mən tək deyiləm, məndən bu cəmiyyətdə yüzlərcə və minlərcədi. Mən tək deyiləm bilirəm məni başa düşənlər var, onlar mənə həmişə dəstəkdir, biz bir-birimizə həmişə dəstəyik. Elə performansın sonunda yoldaşlarımın mənə köməyi bunu göstərir.”

 

Ebru Sərgilərinin 2-ci günü də bir daha möhtəşəm atmosfer, rəngarəng insanlar, xoş anlarla yadda qald. Günün xüsusi proqramı isə səbrsizliklə gözlənilən “Hər şey yaxşı olacaq! şeirinin təqdimatı idi.

İstəyimiz “Hər şey yaxşı olacaq” adlı kollektiv şeirh hazırlamaq idi və #IDAHOBIT2024Baku həftəsinə hazırlıq mərhələsində icmamıza “Şeir yazaq?” çağırışı ilə müraciət etdik.

Çoxlu sayda icma yoldaşımız da bu kollektiv təşəbbüsə qoşularaq anonim olaraq öz sətrlərini, bəndlərini bizə göndərdilər. #IDAHOBIT2024Baku komandası da bu anonim misraları bir araya toplayaraq bir az siyasi, bir az qeybətcil, bir az romantik, bir az da ehtiraslı “Hər şey yaxşı olacaq” kollektiv şeirini ikinci sərgi günündə təqdim etdi.

Üzərində işləyərkən biz çox əyləndik, ümid edirik siz də dinləyərkən bizim kimi əylənəcəksiniz.

#IDAHOBIT2024Baku komandasında Əli Məlikov deyir: “Şeirin kollektiv yazılması bizim üçün vacib idi. İstəyimiz icmanın öz sözünü şeir şəklində çatdırmasına, özünü ifadəsinə vasitə yaratmaq idi.

Həftənin sonunda isə  “Özünə qulluq müqavimətdir” adlı paneldə icmamızla görüşdük.
Bu görüşdə biz həm Azərbaycanda LGBTQ+ icması daxilində mental rifahın vacibliyini vurğulamaq, bu istiqamətdə fərqdindəlik yaratmaq, həm də sosial-iqtisadi problemlərin kəsişməsi fonunda yaranmış çətinliklərin fərdi və kollektiv rifaha təsirini, o cümlədən, LGBTİ+ icmasının kollektiv rifahının və dayanıqlılığının gücləndirilməsi istiqamətində atıla bilinəcək addımlar və müvafiq ehtiyacları araşdırmağa çalışdıq.

Salaam Cinema Baku kollektivi düşünür ki, icmalarımızın bu cür müzakirələrə və birgə vaxt keçirməyə daha çox ehtiyacı var: “Təşkilatların birlikdə işləməsi daha böyük təsirlər yaradır. Təşkilatçılığı birgə etməyimiz təhlükəsiz və inklüziv mühit yaratmağımıza kömək etdi. Panel müzakirələrdə daha çox insanı toplamaq üçün daha çox işləməliyik” – kollektiv əlavə edib.

 

İanə 

Şəhərimizdə sahibsiz heyvanlar bir çox problemlərlə üzləşirlər. Heyvansevər şəxslər və qruplar onları sığınacaq, yemək və tibbi yardım dəstəyi təmin etmək üçün yorulmadan çalışsalar da, bütün bunlar çox məhdud resurslarla edilir. Biz də paylaşmaq qayğıkeşlikdir deyib, “QAT” benefisiarlarının da razılığı ilə onların yaratdıqları Ebru əsərlərini sərgi günlərində satışa çıxardıq.

Ümumilikdə 250 AZN toplanmış ianə sonrakı günlərdə “Veqan Kollektiv” təşəbbüsünün dəstəyi ilə Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların qida və sağlamlıq ehtiyaclarının qarşılanmasına xərcləndi.

Veqan Kollektiv də bizimlə öz fikirlərini bölüşüb: “Nəfəs və könüllülərinin bu yaradıcı və proqressiv işindəki həmrəylimizdən qürur duyuruq. Həm də ölkədə sahibsiz heyvanların ağır vəziyyəti nəzərə alsaq, ebru əsərlərinin satışından əldə edilən gəlirin onlara bağışlanması bizi çox sevindirdi. Nəfəsin bu ianəsi ilə Bakıda və bölgələrdə köməyə möhtac 10-larla sahibsiz itin qayğılarını həll etdik.”

Qlobal səfərbərliyə bir hissəsi olmaq üçün çıxdığımız bu yolda könüllülərimizlə birgə bir çox hazırlıq mərhələsindən keçdik. Arada stressləndik, arada güldük. Bütün bunların arasında #özünəqayımüqavimətdir deyib özümüzə də vaxt ayırmağı unutmadıq.

 

Və beləliklə #İDAHOBİT2024Baku həftəsini uğurla başa vurduq. Həftənin ərsəyə gəlməsində öz tövhəsini verən Nəfəs könüllülərinə, icma yoldaşlarımıza, icmamızın dostlarına təşəkkürümüzü bildiririk.

Növbəti dayanacağımız isə, #BakuPride2024

Bizi izləməyə davam edin!