#IDAHOBIT2024Baku – Hər şey yaxşı olacaq!
Bu çətin günlərdə biz ümidli olmağı seçirik!
17 May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Günü (IDAHOBIT) LGBTİ+ icmasına qarşı edilən ayrı-seçkiliyə diqqət çəkən və bərabərliyi təşviq edən qlobal bir hadisədir. Ənənənimizi davam etdirərək, könüllülərimiz və icmamızın dostları ilə birlikdə qollarımızı çırmalayıb bu il də IDAHOBIT-i qeyd etməyi planlaşdırırıq.
“Hər şey yaxşı olacaq!” şüarı altında Azərbaycandakı LGBTİ+ icması daxilində və icmadan kənarda dayanıqlılıq, ümid və həmrəyliyi təcəssüm etdirən 14-19 may #IDAHOBIT2024Baku Həftəsi-nin proqramını qürurla elan edirik.
#IDAHOBIT2024Baku Həftəsi-nin proqramı ilə tanış olmaq üçün Instagram kanalımıza keçid edə bilərsiz.