Bələdçi #2 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİ+ların Azərbaycanda qarşılaşdıqları hüquq pozuntuları və ayrı-seçkilik halları ilə effektiv mübarizə aparmalarına dəstək olmaq, o cümlədən, onların ümumi məlumatlılıq və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanıb.
Bələdçiyə LGBTİ+ların hüquqlarını qoruyan müxtəlif hüquqi çərçivələr, məsələn, beynəlxalq insan hüquqları, regional insan hüquqları sənədləri, milli qanunlar və siyasətlər haqqında məlumatlar daxil edilib.
Bu bələdçi, həmçinin ayrı-seçkiliyə məruz qalmamaq, ifadə azadlığı, şəxsi toxunulmazlıq və sağlamlıq hüququ kimi LGBTİ+ların daha çox qarşılaşdığı spesifik hüquq pozuntuları haqqında məlumatla yanaşı, onların müdafiəsi ilə bağlı praktiki təlimatları da əhatə edir.
Hazırladığımız bu kitabçanın öz məqsədinə çatıb-çatmamasını ölçə bilməyimiz üçün səni kiçik qiymətləndirmə sorğusunda iştirak etməyə dəvət edirik.
Kitabçanı bitirdikdən sonra yenidən bu səhifəyə qayıdıb hazırladığımız kiçik sorğuda iştirak edərək kitabça ilə təcrübəni və fikirlərini bizimlə bölüşə bilərsən.
Qiymətləndirmə sorğusuna keçid həm də kitabçanın sonunda yerləşdirilmiş QR kod ilə mümkündür.