Heç Kəsi Arxada Qoyma | Queer Art Festival
Bu ilin yay aylarından etibarən Queer Art Festival Bakı seçilmiş 40-a yaxın iştirakçıya “Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində şəhərsalma və qısametrajlı film çəkilişi mövzuları ətrafında təlimlər təşkil edib. İki fərqli qrup hər biri 8 təlimdə iştirak edərək:
- Şəhərsalmanın marjinallaşdırılmış icmalara təsiri;
- Bədii və dokumental üslubda ssenari yazılışı;
- Kinemotoqrafiya və film çəkilişi;
- Qısametrajlı film montajı
mövzularını araşdırıb.
Təlimlər müddətində iştirakçılar həm film çəkilişi üçün lazımi praktik bacarıqlara yiyələnib, həm də ölkəmizdəki hazırki şəhər dizaynını incələyərək, urban mühitdə inklüzivlik, insan hüquqlarının qorunması və şəhər sakinlərinin ehtiyacları mövzularını araşdırıb.
“Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində iştirakçılar 30-a yaxın qısametrajlı film ərsəyə gətirib. Filmlərdə şəhər quruculuğunun gətirdiyi problemlərin LGBTİ+ icması, qadın*lar, gənc işçi sinif, uşaqlar, sürücülər və bir neçə başqa sosial qruplara birbaşa və dolayı təsirləri araşdırılıb.
Seçilən ən yaxşı 3 film Gürcüstan və Danimarkadan da qonaqların iştirakı ilə 10-16 Oktyabr tarixərində həyata keçirilən “Film Mosaic: Leave No One Behind” ictimai premyerasında tamaşaçılara göstərilib.
Queer Art Festivalı zamanı hazırlanan qısametrajlı filmlər həmçinin hazırda “Film Mosaic 2023” qısametrajlı film yarışmasına əlavə olunur. Sizlər də həmiçinin öz qısametrajlı filminizlə yarışmada iştirak edə bilərsiz! Yarışma haqda qısa məlumat və müraciət formasını bio-dakı “CAF × Film Mosaic Submission” linkindən əldə edə bilərsiz
Sözügedən beynəlxalq müsabiqə qalibləri həm pul mükafatı qazanacaq, həm də 2023-ün yay aylarında beynəlxalq “Film Mosaic 2023” tədbirində iştirak üçün Kopenhagenə dəvət olunacaq. “Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində hazırlanan qısametrajlı filmlər çox yaxın günlərdə sahifəmizdə paylaşılacaq.
Filmlərə həmçinin Dekabr ayı müddətində hazırlanacaq yeni veb səhifəmizdən və ya müsabiqəyə əlavə olunduqdan sonra Copenhagen Architecture Festival saytından izləyə bilərsiz.
Layihə “The New Democracy Fund” dəstəyi və Copenhagen Architecture Festivalın partnyorluğu ilə həyata keçirilib.