Göy qurşağı Xəritəsi və İndeksi 2023

Göy qurşağı Xəritəsi və İndeksi 2023

On ildən artıqdır ki, ILGA-Avropa-nın Göy qurşağı Xəritəsi və İndeksi bütün Avropada LGBTQİ+ların hüquqlarını müqayisə etmək üçün mühüm vasitəyə çevrilib. Hazırkı buraxılışda Malta birinci yeri tutmaqda davam edir, Azərbaycan isə 2% xalla sonuncu yerdədir.  Göy qurşağı Xəritəsi

Göy qurşağı Xəritəsi bərabərlik, ailə və sığınacaq daxil olmaqla yeddi kateqoriya üzrə 74 meyardan istifadə edir. İl ərzində müvafiq məlumat dəstləri toplanır və Avropanın 49 ölkəsindən olan LGBTQİ+ hüquq müdafiəçiləri, tədqiqatçılar, hüquqşünaslar və digər ekspertlərlə birlikdə yoxlanılır. Xəritə və indeks LGBTQİ+ hüquqlarına dair Avropa Şurasının illik hökumətlərarası toplantısı olan IDAHOT Forumu zamanı yenilənir və təqdim edilir.

Göy qurşağı Xəritəsi və İndeksi LGBTQİ+ların nəyə ehtiyacı olduğunu və Avropadakı LGBTQİ+ icmalarının müxtəlif yerlərində insanların həyatları üçün nəyin vacib olduğunu dəqiq və inkişaf edən mənzərəni təqdim edir. Qanunvericilik üfüqlərini genişləndirən ölkələr reytinqdə yüksəlir.

ILGA-Avropa fevral ayında 2022-ci il üçün Azərbaycanda lezbiyan, gey, biseksual, trans və intersekslərin İnsan Hüquqları Vəziyyətinin İllik İcmalını dərc edib. Hesabatda LGBTQI+-ların hüquqi və siyasi vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda əldə edilmiş irəliləyişlər araşdırılır və milli səviyyədə yerli vəziyyətlərə dair konkret nümunələr təqdim edilir.

Hesabat SOGIESC – seksual oriyentasiya, gender kimliyi və ifadəsi və cinsi xarakteristika əsasları üzrə açıq mandatı olan bərabərlik orqanının yaradılmasını, bütün SOGIESC əsaslarını özündə əks etdirən bərabərlik üzrə fəaliyyət planlarının işlənib hazırlanmasını və bütün SOGIESC əsaslarının səhiyyə, məşğulluq, təhsil və əmlak və xidmət sahələrində ayrı-seçkiliyi qadağan edən qanunvericiliyə daxil edilməsini tövsiyə edir.