Göy Qurşağı Vəkilliyi Akademiyası 2023-2024
Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lər üçün “Göy Qurşağı Vəkilliyi” Programını təqdim etməkdən qürur duyur!
Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır.
Lakin, ölkədəki LGBTİ+ aktivizmindəki artmaqda olan bu fərqindəlik aktivizm marağında olan LGBT+lərin bilik, bacarıq və adekvat resurslara çıxışının arzuolunan dərəcədə əl çatımlı olmaması səbəbindən hələ də natamam olaraq qalır.
Bu istiqamətdə mövcud boşluqların doldurulmasına töfvə vermək üçün Nəfəs LGBTİ Azərbaycan Alyansı 7 aylıq “Göy Qurşağı Vəkilliyi” Proqramını təqdim edir.
Program icma ilə iş təcrübəmiz, o cümlədən, bənzər proqramlar, masaüstü tədqiqat və ekspertlərlə məsləhətlər əsasında tərtib edilib.
Proqramın əsas məqsədi yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən onların ictimai iştirakçılığını dəstəkləmək.
İştirak üçün tələblər:
- LGBTİ+ aktivizminə maraqlı olan;
- LGBTİ+ vəkillik təcrübəsi ilə maraqlanan;
- Və 7 ay müddətində proqramda iştirak etməyə hazır olan
HƏR KƏS “Göy Qurşağı Vəkilliyi Akademiyası” Proqramına müraciət edə bilər!
İştirakçı seçimində üstünlük təmsilçiliyi az görünən (xüsusən də trans və intersekslərə) və regionlardan olan LGBTİ+lərə veriləcək. Lakin proqram icmadan olan hərkəsə açıqdır.
Bununla yanaşı, proqramda iştirak etmək üçün aşağıdakı tələblər də mövcuddur:
- Regionlardan birində keçiriləcək 2 günlük təlimdə iştirak etmək
- Proqram müddətində Bakıda keçiriləcək 4, 1-günlük konsultativ seminar-təlim yığıncaqlarında iştirak etmək;
- LOTS vəkillik təşəbbüsü təklifi etmək;
- O cümlədən, LOTS vəkillik təşəbbüsü həyata keçirmək və hesabatını təqdim etmək;
Proqramı uğurla bitirən məzunlar Sertifikatla qiymətləndirilmək ilə yanaşı, Nəfəsin Məzunlar Proqramına üzv olacaqlar.
QEYDİYYAT FORMASINA BURAYA DAXİL OLARAQ KEÇƏ BİLƏRSİZ
Proqramda iştirak etmək istəyənlər 22 noyabr saat 12:00-dan gec olmayaraq onlayn formada müraciət edə biləcəklər.
Əlavə məlumat üçün Instagram (@nafaslgbti) hesabımızdan bizə yaza bilərsiz.