Film Festivalı | Sosial İnklüziv Memarlıq və Şəhər Məkanları
Film mürəkkəb mühüm məsələləri çatdıra və yeni səslərə platforma verə bilər. Dinləməli olduğumuz səslər.
Başqa sözlə, film bizi yeni üsullarla əlaqələndirə, hiss etdirə və anlamağa vadar edə bilər.
“Biz xoşbəxtik ki, Gürcüstan, Azərbaycan və Danimarkada sosial inklüziv memarlıq və şəhər məkanları kimi ayrı-seçkiliyə yol verilməyən dizayn həlləri haqqında qlobal qısametrajlı film müsabiqəsi olan “Film Mozaikası” layihəsini dəstəklədik,” – deyə Yeni Demokratiya Fondu öz Facebook paylaşımında qeyd edib.
Filmlər tikilmiş mühitə daxil edilmiş bərabərsizlikləri ortaya qoyur və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırıb.
Bu yaxınlarda, Kopenhagen Memarlıq Festivalında Gürcüstanın Danimarkadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində “Film Mozaikası”film layihəsində iştirak edən 12 filmin nümayişi keçirilib.
Nümayişdən sonra rejissorlar ilə müxtəlif mədəni kontekstlərdə inklüziv dizaynla məşğul olmağın əhəmiyyəti və təsirindən bəhs edən müzakirə təşkil edilib.
“Film Mosaikası” layihəsinin əsas məqsədi film mühitinə çıxışı demokratikləşdirmək və memarlıq və bərabərlik arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.
Filmlər BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəmində bərabərsizliklərin azaldılması öhdəliyini əks etdirən mərkəzi, transformativ vəd olan “Heç kəsi gündəmdən kənarda qoyma” ideyasına uyğun olaraq hazırlanıb.
Kopenhagendə nümayiş etdirilən 12 filmə buradan baxa bilərsiniz.
“Film Mozaikası” film festivalı Kopenhagen Memarlıq Festivalı tərəfindən layihə tərəfdaşları – Tbilisi Architecture Biennial / თბილისის არქიტექტურის ბიენალე, Nəfəs LGBTİ Azərbaycan Alyansı və Emergency Architecture & Human Rights ilə birgə təşkil olunub.