Əli və Pərvin işi barəsində bildiklərimiz [Yenilənir]
25 Noyabr tarixində Əli Məlikov və Pərvin Ələkbərzadə, Türkiyənin İstanbul şəhərində keçirilən 25 Noyabr Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı aksiyada iştirak ediblər.
Aksiya zamanı, saat 19:00 radələrində hər ikisi polis tərəfindən saxlanılıb. Hadisə yerində olan şahidlərin bildirdiklərinə görə saxlanma zamanı hər ikisi zorakılığa məruz qalıb, qolları arxadan qandallanaraq polis maşınına aparılıb.
Saxlanılma xəbəri ictimailəşdirildikdən sonra 25 Noyabr Qadın Platformasının müraciəti əsasında İstanbul Bar Assosiyası tərəfindən hər ikisi vəkillərlə təmin ediliblər.
26 Noyabr
Əli və Pərvin ilə əlaqə qurmaq 11 saat sonra mümkün olub. Hər ikisi ilə Beyoğlu rayon polis şöbəsində görüşən vəkillər bildiriblər ki,
- Onlar polis maşınında əlləri arxadan qandallanmış formada saatlarla saxlanılıblar. Bu müddətdə, polis maşınında tibbi müayinəyə məruz qalaraq həkim tərəfindən tibbi rəy verilib ki, hər ikisində heç bir xəsarət yoxdur. Lakin sonradan onlar xəstəxanaya aparılıb və yenidən tibbi müayinədən keçiblər.
- Ardınca hər ikisi Vatan rayon polis şöbəsinə aparılaraq səhər saat 5-ə kimi orada saxlanılıblar. Oradan isə saat 7-də Beyoğlu rayon polis şöbəsinə gətiriliblər.
- Görüş zamanı əlaqə saxlaya bilmələri üçün vəkillər hər ikisinə kağızda nömrələr qeyd edərək verib.
Əlidə tourette sindromu var və bu səbəbdən o müntəzəm olaraq sakitləşdirici dərmanlar qəbul etməlidir. Vəkilin tələbinə rəğmən dərmanlarının resepti olmadığı səbəbiylə gətirilmiş dərmanların ona çatdırılmasına icazə verilməyib. Bununla yanaşı, Əlinin vegeterian qidalandığını bildirilsə də, içəriyə qida keçirmək mümkün olmayıb, yalnız polis tərəfindən verilən yeməklərlə təmin edilib.
Polis şöbəsində vəkillərə bildirilib ki, axşam (26 noyabr) saat 15:00-da hər ikisi Arnavutköy repatriasiya mərkəzinə (Geri Gönderme Merkezi) göndəriləcəklər və iki gün orada saxlanıldıqdan sonra məhkəməyə çıxarılacaqlar.
Bu müddət ərzində Pərvin ilə 2 dəfə telefon danışığı baş tutsa da, Əli ilə nəinki əlaqə qurmaq, hətta harada saxlanıldığı ilə bağlı məlumat əldə etmək belə mümkün olmayıb.
27 Noyabr
Əlinin Arnavutköydə olması ehtimalına əsasən 27 noyabr səhər saat 9-da təyyin olunmuş vəkil müvafiq repatriasiya mərkəzinə yaxınlaşbaraq Əli ilə görüşmək istəsə də, mərkəzdən bildirilib ki, o artıq Çatalca, İnceğiz repatriasiya mərkəzinə göndərilib.
Gün ərzində Əlinin həqiqi saxlanılma yerinin müəyyənləşdirilməsi üçün İnceğiz repatriasiya mərkəzinə, o cümlədən mərkəzin tabe olduğu Türkiyə Daxili İşlər Nazirliyi ilə əlaqə qurulsa da, zənglər cavabsız qalıb.
Saat 13:00
Əlinin təyyin edilmiş vəkili təmsilçilikdən və işi davam etdirməkdən imtina etdi.
Saat 16:49
İlk təmasdan 33 saat sonra, nəhayət Əli ilə əlaqə qurmaq mümkün olub. O, Pərvin ilə birlikdə hal-hazırda qadınlar üçün nəzərdə tutulmuş İnceğiz repatriasiya mərkəzində olduğunu deyib.
Bu mərkəzə gətirilənə kimi isə Pərvin ilə birlikdə Arnavutköydəki mərkəzdə saxlanıldıqlarını deyən Əli, orada vəziyyətin bərbad olduğunu bildirib.
Tək saxlanılmamaq üçün özlərini ailə kimi təqdim etdikdən sonra hər ikisi bir otağa yerləşdiriliblər və saxlandıqları otağın qapısının 20-yə yaxın kişi tərəfindən sındırıldığını deyib. Bu barədə və ümumilikdə məruz qoyulduqları təcrübələr barəsində ətraflı soruşulanda, açıq danışa bilmədiyini, ümumilikdə orada qeyri-insanı rəftara məruz qoyulduqlarını, fiziki şiddətlə üzləşdiklərini deyib.
Əli, gecə palçıq və zibil dolu yerdə yatdıqlarını da əlavə edib.
Saat 19:30
Dostlarımızdan birinə gələn zəngdə Əli və Pərvinin, mərkəzdə saxlanılan digər yoldaşımız Tərlan Zeyinli ilə birlikdə gecə yarısında Kocaelidə yerləşən düşərgəyə göndəriləcəkləri bildirilib.
Vəkillər və yerli hüquq müdafiəçilərin dediklərinə görə, Kocaelidəki düşərgə şəraitin pis, məmurlarının isə çox qəddar olması və ora əsasən terrorla mübarizə kontekstində həbs olunanların göndərilməsi və saxlanılması ilə məşhurdur.
Saat 20:00-dan sonra həm Əli, həm də Pərvin ilə bir neçə dəfə telefon danışıqları baş tutub.
Bu danışıqlardan birində Arnavutköydə baş verən hadisədə fiziki zorakılığa məruz qalıb-qalmamaları ilə bağlı soruşulduqda susaraq bu barədə danışa bilməyəcəklərini bildiriblər.
Həbs olunduğu an Pərvinə polis maşınına aparıldığı müddətdə şiddətə məruz qaldığını, polislərin onu yerə yıxaraq bədənin müxtəlif nahiyələrindən təpiklə vurduqlarını, eyni zamanda üzərində iki çətirin sındırdıqlarını bildirib.
Saat 20:29-da Əli ilə olan digər telefon zəngində isə son anda, maşına mindirildikdən sonra maşının xarab olması səbəbiylə köçürülmənin baş tutmadığı, hələlik dayandırıldığını bildirib.
Saat 21:00-da baş tutan telefon zəngində maşının artıq düzəldiyi və 21:30 radələrində Kocaelidəki düşərgəyə yola düşəcəklərini deyib.
28 Noyabr
Saat 12:00
Vəkil hər ikisi ilə görüşdü.
Vəkilin bildirdiyinə görə şəraitlləri çox pisdir. Onlar bildirib ki, içəridə qalmaq istəmirlər. Proses onların 4-5 gün orada qalmağını tələb etsə də, onlar bu qədər dözə bilməyəcəklərini bildiriblər.
Əli bildirib ki, hətta 3-cü ölkəyə getmək istəyir.
Bir cavab yazın