Trans Fərqindəlik Həftəsində Köməyinə Ehtiyacımız VAR! 💜

Noyabr ayı Trans Fərqindəlik Ayıdır və biz də trans icmamızın səsini gücləndirəcək, görünənliyini artıracaq müxtəlif onlayn kontentlər paylaşmağı düşünürük. Daha doğrusu, niyyətlənmişik.

Məqsədimiz trans icmanın səsini daha çox insana çatdırmaq, həm də bir-birimizə dəstək olmaqdır. İstəyirik ki, bu kontentlərin hazırlanmasında trans yoldaşlarımız da öz təcrübələri, hekayələri və fikirləri ilə töhvə verə bilsin.

Sən də bizimlə ol!
Bu şorbada hər kəsin duzu-qıyı olsun deyib 4 elanı trans yoldaşlarımızla bölüşürük. Tanış ol, qoşulmaq istədiyin aktivitəni seç və aşağıda yerləşdirdiyimiz müvafiq formalara keçid edərək öz tövhəni ver.