“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” qısametrajlı sənədli filminin təqdimatı
“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” filmini təqdim etməklə, Nəfəs LGBTİ Azərbaycan Alyansı 17 May – İDAHOBİT həftəsini ölkədəli reallığı ehtiva edən tədbirlə bitirib.
Tədbirimizdə “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsində qalib gəlmiş və Nəfəs LGBTİ Azərbaycan Alyansının maliyyə dəstəyi ilə hazırlanmış, Azərbaycandaki LGBTİ+ların polis bölmələrində üzləşdikləri təcrübələri əhatə edən film təqdimatı baş tutub.
Filmdən sonra qonaqlar, sosial işçi, aktivist və psixoloqla birgə LGBTİ+ vətəndaşların hüquqi problemlərini analiz ediblər.