BMT Əhali Fondunun icraçı Direktoru Dr. Natalia Kanemin Bəyanatı

BMT Əhali Fondunun icraçı Direktoru Dr. Natalia Kanemin Bəyanatı

BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru doktor Natalia Kanem dünyanın bəzi yerlərində homoseksuallığın kriminallaşdırılmasına qarşı çıxış edib.

O, bəyanatında insan hüquqlarının genderindən və seksual oriyentasiyasından asılı olmayaraq bütün fərdlər üçün təmin edildiyini vurğulayıb.

Dr. Kanem LGBTQİ+ların nəinki ifadə azadlığı, azadlıq, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüquqlarını pozan, həm də ictimai sağlamlıq üçün dağıdıcı nəticələrə səbəb olan təqiblərdən dərin narahatlığını ifadə edib. O, bu cür təzyiqlərin həyat xilas edən xidmətlərə çıxışa mane olduğunu və xüsusilə İİV-lə yaşayan insanlar üçün stiqma və ayrı-seçkiliyi artırdığını, beləliklə, İİV epidemiyasına nəzarət etmək səylərinə zərbə vurduğunu qeyd edib.

Dr. Kanem bütün dünyada LGBTQİ+ların insan hüquqlarının qorunmasına, təşviqinə və yerinə yetirilməsinə çağırıb və bu cür səylərin hər kəs üçün hüquq və seçim təmin edəcəyini vurğulayıb. BMT-nin Əhali Fondu LGBTQİ+ icmasının üzləşdiyi zorakılıq, ayrı-seçkilik və təcrid ilə mübarizə aparmaq üçün tərəfdaşları ilə işləməyə davam edəcək.