Azərbaycanda LGBTİ+lər təhsil, iş, yaşayış, sağlamlıq kimi gündəlik həyatın bir çox sahəsində görünməz (dolayı), bəzən də aşkar (birbaşa) ayrı-seçkiliklə üzləşirlər. LGBTİ+lərin insan hüquqlarını xüsusi və detallı şəkildə tənzimləyən ayrıca normativ-hüquqi baza olmasa da, bu, bizlərin hüquqsuz olduğumuz mənasına gəlmir.
Sadəcə olaraq, bu hüquqları tanımaq və onlardan istifadə etməyi bilmək vacibdir, çünki hüquqlarını bilmək onu tələb etməyin ilk addımıdır. Bələdçi #3-də məqsədi icmamızın, xüsusən də trans yoldaşlarımızın ən çox rastlaşdıqları hüquqi və sosial vəziyyətlərdə öz hüquqlarını dilə gətirərkən, yazarkən və müdafiə edərkən düzgün hüquqi dildən istifadə edə bilmələrinə və uyğun hüquqi istinadlara müraciət edə bilmələrinə dəstək olmaqdır.
Bu kitabça icmamızdan tez-tez aldığımız suallar üzərində qurulub və 6 əsas bölmədən ibarətdir. Bu bölmələr şəxsiyyət vəsiqəsində ad və cins göstəricisinin dəyişdirilməsi; təhsil və səhiyyə müəssisələrində, o cümlədən yaşayış/kirayə münasibətlərində, iş yerlərində və xidmət sektorunda ayrı-seçkilik mövzularını əhatə edir.