Search
Close this search box.

Nərimanov parkında trans qadın bıçaqlanıb

Yerli trans icmasının verdiyi məlumata əsasən, sentyabr ayının 17-də Bakının Nərimanov parkında trans qadın 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə barəsində Minority Azərbaycan yazıb. LGBTİ+ aktivisti Əli Məlikov qadının meyitinin morqların birində olduğunu, lakin tapılmadığını bildirib.

“Mən bir müddət əvvəl Malakan parkında polis reydi olduğunu və transların tutulduğunu yazmışdım. İndi eşitdim ki, həmin tutulan şəxslərdən biri bu trans qadın olub və polis qadının saçını qırxıbmış,” – deyə Məlikov əlavə edib.

Hadisə ilə bağlı trans qadının qohumları Nərimanov rayon polis bölməsinə müraciət edib. Polisdən onlara qadının öldürülmədiyini, 39 və ya 18-ci polis bölməsinin onu 10 sutka inzibati qaydada həbs etdiyini bildiriblər. Lakin qohumlar həmin polis bölmələrinə axtarış üçün getdikdə isə polislər qadının burada olmadığını deyiblər.

“Qadın sadəcə yoxa çıxıb, nə polis bölməsindədir, nə də morqda,” – Əli Məlikov bildirib. Polis trans qadının öldürülmədiyini iddia edib. Trans qadının rəfiqələri isə anasına 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyini deyiblər. Hazırda qadının harada olmaası ilə bağlı heç bir məlumat əldə edilməyib. 

Qeyd edək ki, qətlə yetirilən trans qadının bir müddət əvvəl TikTok sosial şəbəkəsində videosu yayılıb. Videoda qadının sadəcə metroda gəzdiyi görülüb. “Sadəcə metroda gəzdiyi üçün videosunu TikToka qoymuşdular və yüzminlərlə insanın qarşısında hədəf göstərmişdilər,” – deyə Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. 

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →