Search
Close this search box.

Mediada Xəbərlərin Ədalətli, Dəqiq və Əhatəli İşıqlandırılması

Mediada xəbərlərin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

QAÇINILMALI TERMİNLƏR:

“homoseksual”

“Homoseksual” sözünün klinik tarixinə görə, bu söz anti-LGBTİ+ fəalları tərəfindən eyni cinsə cəlb olunan insanların bir növ xəstəliyə və ya psixoloji/emosional pozğunluğa malik olduğunu irəli sürmək üçün aqressiv şəkildə istifadə olunur – 1970-ci illərdə Amerika Psixoloji Assosiasiyası və Amerika Psixiatriya Assosiasiyası tərəfindən gözdən salınan anlayışlardır. Lütfən, birbaşa istinadlar istisna olmaqla, “homoseksual” sözündən istifadə etməyin. Lütfən, “homoseksual” sözünü sadəcə olaraq “gey” sözünün təkrar istifadə etməməsi üçün üslub dəyişikliyi kimi istifadə etməyin. Bir çox əsas xəbər vasitələrinin üslub bələdçiləri “homoseksual” termininin istifadəsini məhdudlaşdırır.

ƏN YAXŞI TƏCRÜBƏ:

gey; gey kişi və ya lezbiyan 

Eyni gender və ya birdən çox genderdən olan insanlardan xoşlanan insanları təsvir etmək üçün gey, lezbiyan və ya uyğun olduqda, biseksual, panseksual və ya kuir sözlərindən istifadə edin. İnsanların seksual oriyentasiyalarını etiketləməzdən əvvəl özlərini necə təsvir etdiklərini soruşun.

QAÇINILMALI TERMİNLƏR:

“homoseksual əlaqələr/münasibət”, “homoseksual cütlük”, “homoseksual seks” və s.

Eynicinsli cütlüyü “homoseksual cütlük” kimi müəyyən etməkdən, onların münasibətlərini “homoseksual əlaqə” kimi xarakterizə etməkdən və ya yaxınlıqlarını “homoseksual seks” kimi tıyin etməkdən çəkinmək lazımdır. Bu konstruksiyalar tez-tez anti-LGBTİ+ fəallar tərəfindən LGBTİ+ləri, cütlükləri və münasibətləri ləkələmək üçün istifadə olunur.

ƏN YAXŞI TƏCRÜBƏ:

münasibət, cütlük (və ya lazım gələrsə, gey/lezbiyan/eynicinsli cütlük), seks və s.

Bir qayda olaraq, başqa bir oriyentasiyadan olan biri tərəfindən eyni fəaliyyət, emosiya və ya əlaqəni “hetero” adlandırmırsızsa, bir fəaliyyət, emosiya və ya əlaqəni gey, lezbiyan, biseksual və ya kuir kimi etiketləməkdən çəkinməyə çalışın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →