Yaşanmış Həyat | Emma Goldman

Yaşanmış Həyat | Emma Goldman

“Washigton’da bir alman azad düşüncəli icma qarşısında çıxış etdim. Mühazirədən sonra özlərinə “der arme Teufel“ jurnalının oxucuları dedikləri bir qrup Reizel Freunde ilə tanış oldum. Digər bir Reitzel “dostu” özünü Cincinnati-dən bir pivəbişirən kimi təqdim etdi. Mənə yaxınlaşdı və seksdən danışmağa başladı. O, mənim ABŞ-da “azad sevginin (free love) böyük öndə gedənlərindən” olduğumu eşitmişdi. O, mənim təkcə – elə indicə sübut etdiyim kimi – ağıllı deyil, həm də cavan və cazibədar olduğumu görəndə çox sevinmişdi, heç də təsəvvür etdiyi mavi corablılar icmasından olan feministlər kimi deyildim.

O da azad sevgiyə (free love) inanırdı, baxmayaraq ki, kişilərin və qadınların çoxunun, xüsusən də həmişə kişidən yapışmağa çalışan qadınların bunun üçün yetkin olduğunu düşünmürdü. Onun mənfur və hırıldayan tərzi mənim ürəyimi bulandırdı. Arxamı ona çevirib otağıma getdim. Çox yorğun idim, demək olar ki, dərhal yuxuya getdim. Qapıdan gələn səsə oyandım. “Kimdir?” dedim. “Bir dost,” deyə cavab gəldi; “Açmırsan?” Bu, Cincinnati-dən pivəbişirənin səsi idi. Yatağımdan atlayaraq bacardığım qədər qışqırdım: “Dərhal burdan getməsən, bütün evi başıma yığacam!” “Xahiş edirəm, xahiş edirəm!” deyə qapıdan yalvardı, “burada teatr çıxartma. Mən yetkin uşaqları olan evli bir kişiyəm. Sənin də sərbəst sevgiyə (free love) inandığını düşünmüşdüm.“ Sonra onun tələsik getdiyini eşitdim.

– Emma Goldman, „Yaşanmış həyat. Avtobioqrafiya“ („Gelebtes Leben. Autobiographie“)