Trans Maskulin Tranzisiya | Azad Bakhti
Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasını qürurla təqdim edir.
Seriyamızın ilk mövzusu “Trans maskulin tranzisiya” və qonağımız isə Azad Bakhtidir. Azadın 25 yaşı var, o, trans kişidir və vegan, transfeminist aktivistdir. Bu podkastda Azad ilə Azərbaycan reallığında transların apardığı yaşam mübarizəsindən:
- ASAN Xidmətin nümunəsində transfobik bürokratiya;
- Trans görünməzliyi və buna təsir edən sosyal, iqtisadi, siyasi amillər;
- Trans kişilərin qadın təcrübələrinin (sosiallaşmasının) yox sayılması;
- Trans qətlləri və intiharları;
- Trans-həssas sağlamlıq xidmətlərinin, o cümlədən psixoloq və psixoterapevtlərin çatışmazlığı
və trans həyatları çətinləşdirən bu və ya digər amillərin mental sağlamlığa bir-başa və dolayısı təsirləri barədə söhbət etmək imkanımız olub.
Podkasta SoundCloud platforması üzərindən qulaq asa bilərsiz.
Öz təcrübələrini bölüşdüyü üçün Azada, transların apardığı həyat mübarizəsini və trans-inklüziv siyasətlərin əhəmiyyətini podkastı paylaşaraq görünən edən dinləyicilərimizə təşəkkür edirik.