Seksual oriyentasiya və gender kimliyimiz səbəbindən yaşadığımız təcrübələr və üzləşdiyimiz unikal çətinliklər biz, Azərbaycan LGBTİQ+ icmasının mental rifah və təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sosial-iqtisadi təcrid ilə birlikdə bizi əhatə edən homofobiya və transfobiyanın geniş yayılması fonunda, mental sağlamlığımızla bağlı qarşılaşdığımız çətinliklər və yaranan ehtiyaclarımız çox zaman göz ardı edilir və həll olunmamış qalır.
Biz, fərdi olaraq mental rifahımızın möhkəmləndirilməsinin, həm də icmamızın kollektiv gücünün və dayanıqlılığının artırılmasında əhəmiyyətli rol oynadığını dərk edirik, icma yoldaşlarımızın şəxsi sağlamlıqlarının qeydinə qalmaq və ictimai çətinliklər qarşısında daha dayanıqlı olmalarına dəstək verə bilmək arzusundayıq. Bu məqsədlə icma üçün yaratdığımız imkanlardan biri də Kuir Kamplardır.
2020-ci ildən bəri, 250-dən çox kuir cəlb edən 21 düşərgə uğurla təşkil olunub.
Bu mənim düşərgədə ilk iştirakım idi. Mental sağlamlıqla bağlı müzakirələr mənim üçün ən yaddaqalan hissə idi. Başqalarının fikirlərini və təcrübələrini eşitmək tənhalığımı azaltdı.
Rəy #2Düşərgənin nə qədər inklüziv olması məni heyran etdi və icma ilə ilk dəfə sosial mühitdə olan yeni gələnlərə göstərilən qayğını yüksək qiymətləndirdim. Bəziləri problemli dildən istifadə etdikdə onlara qayğı və səbirlə yanaşıldı və problemli dil konstruktiv şəkildə müzakirə olundu.
Rəy #3Keçmişdə Nafas düşərgələrində iştirak etmişəm, amma ilk dəfə idi ki, partnyorumla iştirak edə bilirdim. Bizim üçün təhlükəsiz və sevgi dolu gün yaratdıqları üçün Nafas komandasındakı hər kəsə təşəkkür edirəm. Həmin gün məni canlı və xoşbəxt hiss etdirdi. Geri qayıtmaq istəmədim. Kaş ki birlikdə daha çox vaxt keçirə bilərdik.
Rəy #4
Düşərgədə ən çox xoşuma gələn məqamlardan biri müzakirə zamanı şəxsi təcrübələrimizin həm oxşar, həm də bənzərsiz olması idi. Başqaları danışarkən mən tənhalığı unutdum və onların təcrübələrində motivasiya tapdım.
Rəy #1