Qürur ayı bütün dünyada LGBTQİ+ icmalarının üzləşdiyi davamlı problemləri dərk edərək, hərəkatlarımızdakı nailiyyətləri və dayanıqlılığını qeyd edirik.
Nəfəs qlobal miqyasda LGBTQİ+ icması ilə həmrəydir və biz seksual oriyentasiyasından, gender kimliyindən və özünü ifadəsindən asılı olmayaraq hərkəsin ədalətli bir cəmiyyətdə yaşaması üçün üzərimizə götürdüyümüz öhdəliyimizi xatırlayırıq.
Biz, ayrıseçkilik və zorakılıqdan qorxmadan azad yaşaya biləcəyimiz təhlükəsiz və inklüziv Azərbaycan yaratmaqda inadlıyıq.
Bu qlobal hadisə ərəfəsində hər kəsi “Mübarizəmiz Haqlıdır!” devizi altında başlatdığımız Qürur Həftəsində icmamızla həmrəy olmağa çağırış edirik. Unutmayın, LGBTQİ+lar azad olmadıqca, heç kim azad olmayacaq!