“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır”

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır,” – AŞPA-nın baş məruzəçisi deyib.

Mayın 31-də Avropa Şurası Parlament Assambleyasının LGBTQİ+ların hüquqları üzrə baş məruzəçisi Kristof Lakroix (Belçika, SOC) deyib: “Azərbaycanda LGBTİ şəxslərin və onların hüquqlarını müdafiə edən fəalların yenidən polis əməkdaşlarının hədəfinə çevrilməsi ilə bağlı yeni xəbərlər məni dərindən narahat edir”.  

“Polisin onlara qarşı davranışına etirazlarından sonra keçən həftənin əvvəlində bir neçə trans qadının saxlanıldığı, ertəsi gün isə onların azadlığa buraxılmasını tələb edən LGBTİ fəalların da saxlandığı, pis rəftara məruz qaldığı, alçaldıldığı və/və ya cərimələndiyi bildirilir. Bu xəbərlər və bəzilərinin məcburi tibbi müayinələrə məruz qalması ilə bağlı iddialar dərin narahatlıq doğurur”, o əlavə edib.

“Heç kim seksual oriyentasiyasına, gender kimliyinə, ifadəsinə və ya seksual xüsusiyyətlərinə görə hədəfə alınmamalıdır. Xüsusilə hüquq-mühafizə orqanları bu cür praktika ilə məşğul olmaq əvəzinə, hamı üçün insan hüquqlarını təmin etməli və müdafiə etməlidir. Azərbaycanda polis tərəfindən LGBTİ şəxslərə və fəallara qarşı təzyiq və pis rəftarla bağlı ilk dəfə deyil ki, bizə məlumat verilir. Assambleya artıq hakimiyyət orqanlarını LGBTİ şəxslərin qanunsuz həbsi hallarını araşdırmağa və onlara qarşı polis zorakılığının qarşısını almağa və bununla mübarizə aparmağa çağırıb”, cənab Lakroix bildirib.

“Mən bir daha Azərbaycan hakimiyyətini bu təcrübələrə dərhal son qoymağa və polisin LGBTİ şəxslərə və hüquq müdafiəçilərinə qarşı kobud rəftarına dair bütün iddialar üzrə tam, effektiv və müstəqil araşdırma aparmağa çağırıram”, – deyə o, yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →