Universal Dövri İcmal – İDAHOBİT

Universal Dövri İcmal adlandırılan mexanizm vasitəsi ilə İnsan Hüquqları Şurası dövri olmaqla Birləşmiş Millətlər Təşkilatının 193 üzvü tərəfindən insan hüquqlarına aid vəzifə və öhdəliklərin yerinə yetirilməsini nəzərdən keçirir.

Dövlətə dair icmal üç sənədə əsaslanır: nəzərdən keçirilən ölkə tərəfindən hazırlanmış; Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi (BMT İHAKİ) tərəfindən hazırlanmış ölkə haqqında BMT məlumat toplusunun hazırlanması; BMT İHAKİ tərəfindən hazırlanmış, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatların icmalı.

BMT-nin İnsan Hüquqları Şurasının 5/1 saylı qətnaməsinə uyğun olaraq yaradılan Universal Dövri İcmal üzrə İşçi Qrupu İDAHOBİT ərəfsində, 7-18 may 2018-ci il tarixləri arasında özünün otuzuncu sessiyasını keçirmişdir.

İDAHOBİT həftəsinə təsadüf edən interaktiv dialoq zamanı verilən aşağıdakı tövsiyələr Azərbaycan tərəfindən nəzərdən keçirilərək qəbul edilmişdir:

  • Lezbiyan, gey, biseksual, transgender və interseks şəxslərə qarşı stiqmatizasiya kimi zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması üçün zəruri tədbirlər görmək və bu halların araşdırılmasını və üzə çıxarılmasını təmin etmək üçün görülən tədbirləri intensivləşdirmək – Argentina;
  • Lezbiyan, gey, biseksual, transgender və interseks şəxslərin həm qanunla, həm də həyatda ayrı-seçkilik və zorakılığın bütün növlərinə qarşı müdafiə olunmasını təmin etmək – Kanada;
  • Seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyə qarşı geniş hüquqi baza formalaşdırmaq – Çili;
  • Seksual oriyentasiya və gender kimliyi də daxil olmaqla hər hansı səbəbə görə ayrı-seçkiliyin aradan qaldırılması və qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyi öz öhdəlikləri ilə müqayisədə hərtərəfli şəkildə nəzərdən keçirmək – Honduras;
  • Ayrı-seçkiliyə qarşı mövcud hüquqi bazanın seksual oriyentasiya və gender kimliyinə görə ayseçkiliyi açıq-aşkar şəkildə qadağan etdiyini təmin etmək – İslandiya;
  • Mövcud hüquqi bazaya seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyin qadağan olunması ilə bağlı müddəalar daxil etmək – Meksika;
  • “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq işgəncə, pis rəftar və qanunsuz həbslərin aradan qaldırılması üçün tədbirlər görmək. Bundan əlavə, lezbiyan, gey, biseksual və transgender şəxslərin hüquqlarının pozulmasının və onların ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq üçün ictimai siyasəti və təhsili gücləndirmək – Kosta-Rika;
  • Seksual oriyentasiya və gender kimliyi də daxil olmaqla, şəxsi mülahizələrinə görə qanunsuz həbslər və pis rəftarla üzləşən şəxsləri müdafiə edərək onların cəmiyyətə tam şəkildə inteqrasiyasını təmin etmək – İspaniya;
  • Mövcud gender stereotiplərinin aradan qaldırılması üzrə hərtərəfli maarifləndirmə kampaniyası həyata keçirmək – Çernoqoriya;
  • Ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizənin intensivləşdirilməsi üçün beynəlxalq öhdəliklərə müvafiq şəkildə tədbirlər görmək – İtaliya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Azərbaycan Elm
Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təzyiqə boyun əyib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tənqidlərlə üzləşib və 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı sosial şəbəkədə yazılan paylaşıma dəyişiklik etmək məcburiyyətində qalıb. …

Read More →
Azərbaycan
Xəbərlər

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır”

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır,” – AŞPA-nın baş məruzəçisi deyib. Mayın 31-də Avropa Şurası Parlament Assambleyasının LGBTQİ+ların hüquqları üzrə baş məruzəçisi Kristof …

Read More →
Javid Nabiyev
Xəbərlər

Cavid Nəbiyev Azərbaycan polisinin narahatedici pis rəftarından danışıb: “Mübarizəm davam edir”

LGBTQİ+ hüquqları müdadfiəçisi Cavid Nəbiyev İnstagram paylaşımında Azərbaycan polisinin əlində məruz qaldığı pis rəftar və zorakılıqların acı hekayəsini açıqlayıb. O, ayrı-seçkilik və zorakılıqla bağlı şəxsi …

Read More →