İDAHOT+ Forumu 2023

​​Bugün İslandiyanın paytaxtı Reykyavik builki Avropa Dövlətlərarası LGBTQİ+ Əlaqələndirmə Şəbəkəsinin (EFPN) keçirdiyi IDAHOT+ Forumuna ev sahibliyi edir. 

İslandiya Hökuməti tərəfindən təşkil edilən IDAHOT Forum 2023 Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seksual və Gender Kimliyi Şöbəsinin (Council of Europe’s SOGI Unit) dəstəyi ilə baş tutur. Artıq 10-cusu baş tutan İDAHOT+ Forumu hər il may ayının 17-si, Beynəlxalq Homofobiya, Transfobiya, Bifobiya, İnterseksfobiya və Kuirfobiyaya Qarşı Mübarizə Günü (IDAHOBIT) çərçivəsində təşkil olunur.

Forum hər il, qitədə LGBTQİ+ hüquqlarının vəziyyətini qiymətləndirmək, nailiyyətləri qeyd etmək və yeni hədəflər müəyyən etmək üçün Azərbaycanın da qoşulduğu AŞPA üzv dövlətlərinin hökümət başçılarını və nümayəndələrini, regional insan hüquqlarının müdafiəsi təşkilatlarını, üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən hüquq müdafiəçiləri, fəallar və digər maraqlı tərəflər ibir araya gətir.

Builki IDAHOT Forum Avropada LGBTQİ+ hüquqlarının vəziyyəti ilə bağlı bir sıra məsələləri, xüsusən də gender kimliyi və özünüifadəsi zəminində təqib və zorakılıq hallarına diqqət, intersekslərin hüquqlarının səmərəli müdafiəsi, LGBTQİ+ hüquq müdafiəçilərinin təhlükəsizliyi, həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən törədilən nifrət nitqi və nifrət cinayətləri ilə mübarizə yollarını əhatə edir.

Qürurla bildiririk ki, Nəfəs LGBTİ Azərbaycan Alyansının ictimai vəkillik üzrə baş mütəxəssisi Cavid Nəbiyev də qonaq qismində forumda iştirak edir. O, “Təhlükə altında olan LGBTİ hüquq müdafiəçilərinə dəstək” mövzusunda panel müzakirəyə qatılacaq. Panel müzakirə, xüsusilə Cənubi Qafqaz və Türkiyə nümunəsində ağır şərtlər altında çalışan LGBTQİ+ hüquq müdafiəçilərinin üzləşdiyi çətinlikləri, o cümlədən səfirliklər və hökumətlərarası institutların LGBTQİ+ hüquq müdafiəçilərinin öz işlərini effektiv və təhlükəsiz davam etdirə bilmələrini təmin etmək üçün göstərə biləcəkləri mənalı dəstək və əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə fokuslanacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Azərbaycan Elm
Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təzyiqə boyun əyib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tənqidlərlə üzləşib və 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı sosial şəbəkədə yazılan paylaşıma dəyişiklik etmək məcburiyyətində qalıb. …

Read More →
Azərbaycan
Xəbərlər

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır”

“Azərbaycan polisi LGBTQİ+ları və fəalları təqib etməyi dayandırmalıdır,” – AŞPA-nın baş məruzəçisi deyib. Mayın 31-də Avropa Şurası Parlament Assambleyasının LGBTQİ+ların hüquqları üzrə baş məruzəçisi Kristof …

Read More →
Javid Nabiyev
Xəbərlər

Cavid Nəbiyev Azərbaycan polisinin narahatedici pis rəftarından danışıb: “Mübarizəm davam edir”

LGBTQİ+ hüquqları müdadfiəçisi Cavid Nəbiyev İnstagram paylaşımında Azərbaycan polisinin əlində məruz qaldığı pis rəftar və zorakılıqların acı hekayəsini açıqlayıb. O, ayrı-seçkilik və zorakılıqla bağlı şəxsi …

Read More →