Azərbaycanı Avroviziyada da təmsil edən Əkiz Qardaşlar Sosial Mediada Homofobik Reaksiya ilə üzləşiblər

Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən əkiz qardaşlar Tural və Turan – TuralTuranX unikal üslublarına görə sosial şəbəkələrdə Azərbaycanda insanların homofobik reaksiyası ilə üzləşiblər.

TuralTuranX qardaşların stilisti bütün neqativliyə baxmayaraq, stil seçimlərinə güvəndiyini ifadə edib və bildirib: “Düzü, tənqidlərdən xəbərim yoxdur. Bütün Avropa ölkəmizi təmsil edən gəncləri çox sevir və dəstəkləyir. Düşünürəm ki, onlardan yaxşı bizi təmsil edən yoxdur. Biz komanda olaraq, açılış mərasimindəki geyimlər üçün əziyyət çəkmişik. Geyimlər rəngarəngdir və kifayət qədər bəyənilib. Tural və Turan məhz stilləri ilə dünyaya səs salıblar. Hamı bəyənib, bizimkilər bəyənməyibsə, nə deyim?”

TuralTuranX

Avroviziyanın Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri İlahə Dadaşova tənqidlərə cavab verərək, Tural və Turanın geyindiyi libas heç kimin qeyrətinə toxunmadığını və heç kimi təhqir etmədiyini bildirib.

Bundan başqa, Azərbaycanın Avroviziyada iştirakı ziddiyyətlərlə əhatə olunub. Ölkənin LGBTQİ+ icması polis tərəfindən geniş ictimai ayrı-seçkilik və təqiblərlə üzləşsə də, Azərbaycanın 2020 Avroviziya müsabiqəsində iştirak “Cleopatra” mahnısında “Hetero və ya gey, ya da ikisinin arasında” sətirləri yer alıb.

Cleopatra - Efendi

Bununla belə, kuirfobik reaksiya Azərbaycanda yeni deyil. Ölkədə eynicinsli seksual aktlar qanuni olsa da, LGBTQİ+ icmasının üzvləri polisin geniş ictimai ayrı-seçkiliyi və təqibi ilə üzləşirlər. 2017-ci ildə LGBTQİ+ icmasına qarşı koordinasiyalı repressiya nəticəsində onlarla insan cərimələnib və ya həftələrlə həbs edilib və bu, bir çoxunun ölkəni tərk etməsinə səbəb olub.

2021-ci ildə Azərbaycanda LGBTQİ+lar bir sıra hücumlarla üzləşib, yerli və beynəlxalq QHT-lər hakimiyyət orqanlarını məsələni araşdırmağa və icmanı müdafiə etməyə çağırmağa çağırıb. Freedom House təşkilatının hesabatına görə, bir çox LGBTQİ+lar xarici görünüşlərinə görə fiziki və şifahi hücumlara və güclü ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər.

ILGA-Avropanın Göy qurşağı Avropa Xəritəsi və İndeksinə görə, Azərbaycan ardıcıl yeddi ildir ki, Avropada LGBTQİ+lar üçün ən pis ölkə kimi sıralanıb. Azərbaycanda LGBTQİ+ icması polis tərəfindən geniş ictimai ayrı-seçkilik və təqiblərə məruz qalır və LGBTQİ+ları qoruyacaq heç bir qanun yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →