1 May – İşçi və Əməkçinin Bayramı

1 May – İşçi və Əməkçinin Bayramı

Sinifi bölən kuirfobiyadır!

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, biz 1 May Beynəlxalq İşçilər Gününün qlobal qeyd etməsinə qoşulur və LGBTQİ+ işçiləri də daxil olmaqla, bütün işçilərin hüquqları və ləyaqəti uğrunda mübarizəyə sadiq olduğumuzu bir daha qeyd edirik.

Azərbaycanda LGBTQİ+lar həm iş yerində, həm də ümumilikdə cəmiyyətdə ayrı-seçkiliyin, təcridin və zorakılığın müxtəlif formaları ilə üzləşirlər. Biz tez-tez kimliyimizi gizlətməyə məcbur qalırıq, təqib və zorakılıqla üzləşirik və məşğulluq, təhsil və səhiyyə çıxış əldə etmək üçün bərabər imkanlardan məhrum oluruq.

LGBTQİ+ işçilər də heteroseksual və cisgender həmkarları ilə birlikdə aşağı əmək haqqı, uzun iş saatları və təhlükəli iş şəraiti kimi eyni problem və istismarla üzləşirlər. Bundan əlavə, biz seksual oriyentasiya və ya gender kimliyimizə görə tez-tez işdən qovulmaq və ya işə qəbul edilməmək, sosial təminat müavinətlərindən və digər əmək hüquqlarından məhrum olmaq kimi əlavə ayrı-seçkilik və zorakılıq formalarına məruz qalırıq.

Mayın 1-də biz Azərbaycan hökumətini, işəgötürənləri və vətəndaş cəmiyyətini LGBTQİ+ işçilərinin xüsusi ehtiyaclarını və hüquqlarını tanımağa və ünvanlamğa, ayrı-seçkilik və zorakılıqdan qorxmadan əmək bazarında tam və təhlükəsiz şəkildə iştirak etməyimizi təmin etməyə çağırırıq.

Biz həmçinin işçi yoldaşlarımızı, sosialist fəallarımızı, əmək təşkilatlarını LGBTQİ+ işçiləri ilə həmrəy olmağa və hamı üçün sosial və iqtisadi ədalət uğrunda mübarizədə qüvvələri birləşdirməyə çağırırıq. Yalnız birlik və müxtəlifliyi ehtiva edən işçi hərəkatı olaraq birlikdə işləməklə daha ədalətli, daha əhatəli və daha davamlı dünya qurmaq üçün lazım olan transformativ dəyişikliklərə nail ola bilərik.

Nəhayət, biz bütün dünyada istismara, zülmə və ayrı-seçkiliyə qarşı mübarizə aparan, hamı üçün daha yaxşı gələcək qurmağa çalışan bütün ƏMƏKÇİLƏR, fəallar və mütərəqqi qüvvələrlə HƏMRƏYLİYİMİZİ ifadə edirik. Bu Əmək Günündə gəlin sosial ədalət və bərabərlik uğrunda mübarizəyə sadiqliyimizi təzələyək və işçi sinfinin gücünü və müxtəlifliyini qeyd edək.

Nəfəs LGBTİ “Kuir jurnalistika” təlimi təşkil edib

Nəfəs LGBTİ Azərbaycan Alyansının məqalə yazılması bağlı 1 günlük “Kuir jurnalistika” adlı təlim proqramı təşkil edib.

Təlim zamanı iştirakçılarla storytelling – hekayə nəqlinə dair nəzəri biliklər paylaşılıb, məqalələrin hazırlanması ilə bağlı praktiki məşğələlər keçirilib. 

Təlimdə mediada etik kodlar, jurnalistik fəaliyyətdə azyaşlılarla işləmək, araşdırma materialları axtarışı, mənbələrin toplanması, etik kodlar, tərəfsizlik, yazı strukturu mövzuları öyrənilib. 

Növbəti təlimlər və icma üçün hazırladığımız digər fəaliyyətlər barədə məlumatlı olmaq üçün Telegram kanalımıza abunə olun.  

225 saylı məktəbdə bullinq | Minority Azərbaycan

225 saylı məktəbdə təhsil alan Aleks: “10 illik məktəb həyatımda seksual qısnama, üzərimə biçaq çəkilərək təhdid edilmə, öldürülmə və döyülmə kimi hədə qorxularla davam etdirmişəm”

Azyaşlı 10-cu sinif şagirdi deyir ki, daimi olaraq Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür. O gender ve cinsi oriyentasiyası haqqında heç kimə bəyan verməsə də, qızlarla dostluq etməsi, saçını  ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.

“Bunlar feminin davrandığıma görə baş verib. Gender roluna tabe olmamağıma görə petux (gey) olaraq “təsdiqlənmişəm”  və daim qəlibləşməməyimə, özüm kimi olduğuma görə təhdid edilirəm”, – Aleks deyir.

“Oxuduğum məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “ biraz ciddi – kişi kimi ol”, “maskanı çıxart, təzə ərə gedən gəlinlər kimi üzünü bağlama”, “qızbibi” və s. Deyərək məni şagirdlərin içində alçaldır, sinif yoldaşlarımın da həmin an məni alçaltmalarına şərait yaradırdı.10 aprel sinifdə test yazdığım anda həmin müəllim mənə sinifdəki oğlanları nümunə göstərərək olar kimi olmağımı tələb edir. Bunu deyərkən nümunə çəkdiyi oğlan mənə “sənin kimilər İslamda lənətlənib və öldürülməlisən” dedi. Bu zaman vəziyyətimin pisləşməyini və əsdiyimi görən müəllim “arvad kimi ağlama, kişi ağlamaz, artistlik eləmə” dedi.” 

Aleks deyir ki, o, bu sözlərdən sonra sinif otağını tərk edərkən yıxılıb və koridorda huşunu itirməsinə rəğmən heç kim ona yardım etməyib.

Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq məqsədilə 2016-cı ildən “Məktəblinin dostu” adlı dövlət proqramı təsis edilib. Proqram ölkədəki məktəblərin yalnız bir hissəsini əhatə edir. Layihəyə təyin olunan psixoloqlardan biri Mehriban Verdiyevanın Chai-Khana üçün müsahibəsində bildirdiyinə görə, onun təcrübəsində LGBTİQ+ şagirdlər bullinqdən şikayətçi olmayıblar.

“Oriyentasiyalarını gizli saxladıqları üçün başqa uşaqlar tərəfindən hər hansı bullinq olunmayıblar. Amma özlərini qəbul etməklə bağlı problemləri olub. Adətən biz uşaqlara demirik ki, sən oğlansansa, mütləq qızdan xoşun gəlməlidir. Biz onlara özlərini qəbul etməyi, öz hisslərinə, düşüncələrinə daha çox fikir verməyi öyrədirik”, – deyə, psixoloq qeyd edir ki, “anti-LGBTİQ+ yanaşma müəllimlərin fərdi dünyagörüşündən irəli gəlir.”

Təhsil Nazirliyinə dövlət məktəblərində LGBTİQ+ şagirdlərə qarşı təzyiq ilə bağlı göndərilən sorğular isə cavabsız qalıb. 

Minority Azerbaijan üçün danışan azyaşlı deyir ki, Sevda Eminova Əli qızının direktoru olduğu məktəbdə təhsil alan digər şagirdlər onun adına müəllimlər arasında şayiələr yayır, Aleksi təhqir edirlər və ona seks təklifləri edirlər.  “Həmin şagirdlərin biri haqqında dəfələrlə polisə şikayətlər verildiyini eşitmişəm, həmin oğlan daimi olaraq mənə qarşı seksual qısnama etməyə çalışır, sakit qalmadıqda isə adıma şayiələr yayır.”

Məktəblilərin bullinqlə bağlı yaşadıqlarını ictimailəşdirməsi isə ilk hal deyil. Bir neçə il öncə başqa şagird də onun çantasındakı müxtəlif şəkilli pinlərə, istifadə etdiyi və üzərində LGBT bayrağını əks etdirən maskaya görə nəinki məktəblilər tərəfindən, hətta təhsil işçiləri tərəfindən iradlar, təhqirlər edildiyini öz sosial media hesablarında yazıb.

Aleks: “Keçən il məktəb rəhbərliyi bizə həmin uşaqlar haqqında tədbir görüləcəyini dedi və bəzilərini məktəbin psixoloquna yönləndirdilər. Hazırda anamla mən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə məktəb rəhbərliyi haqqında şikayət ərizəsi göndərmişik.”

Zərərçəkən eləcə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib. Azyaşlı həm də məktəblərin təhsilə deyil, şəxsi maraqlara fokuslu çalışmasından gileylənir.

Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəb rəhbərliyi ilə telefon zəngi ilə əlaqə saxladığımızda, məktəbin müdiri hadisədən xəbərdar olduqlarını və problemin qarşısını  almaları üçün çalışdıqlarını deyib. Eləcə də məktəb işçiləri və şagirdlərlə də bullinqlə bağlı hər il bir neçə dəfə məlumatlandırıcı görüşlər keçirdiklərini deyirlər. Rəhbərlikdən bildirilib ki, onlar özləri də Elm və Təhsil Nazirliyinə də bu haqda məlumat veriblər.

*Respondentin təhlükəsizliyi üçün ad dəyişdirilmişdir.

Əli Məlikov

Bu yazı Minority Azərbaycan platformasında dərc olunub.

Jurnalistlər üçün bələdçi | ILGA-Avropa

ILGA-Avropa LGBTQI+ məsələlərini işıqlandıran jurnalistlər üçün təlimatlar toplusunu dərc edib.

Təlimatlar LGBTQİ+ ilə bağlı xəbərlər, insan hüquqları, dil haqqında necə məlumat veriləcəyinə dair aydın tövsiyələr və trans və intersekslər haqqında xəbər yazmaq üçün xüsusi tövsiyələr təqdim edib.

Bələdçi həmçinin LGBTQİ+ problemlərindən xəbərdar olmaq istəyən jurnalistlər üçün vacib resursların siyahısını ehtiva edib.

Avropada və dünyada anti-LGBTQİ+ və anti-gender qüvvələrin artması fonunda ILGA-Avropa bu təlimatların medianın keyfiyyətinə və plüralizminə töhfə verəcəyinə və jurnalistlərə işlərində dəstəkləyəcəyinə ümid edir.

Bəzi Avropa ölkələrində, eləcə də Azərbaycanda LGBTQİ+ların hüquqları getdikcə daha çox təhdid edildiyi və marjinallaşdırıldığı üçün bu təlimatlar xüsusilə aktualdır. Praktiki məsləhətlər və resurslar təqdim etməklə, ILGA-Avropa jurnalistlərə LGBTQİ+ məsələləri ilə bağlı dəqiq, hörmətcil və əhatəli şəkildə məlumat verməkdə kömək edəcəyinə ümid edir.Təlimata buradan keçid edə bilərsiniz.

LBTQİ+ qadınlar ilə həmrəylik | Lezbiyan Görünürlük Həftəsi

Dünya Lezbiyan Görünürlük Həftəsini qeyd edərkən, Nəfəs LGBTİ Azərbaycan Alyansı LBTQİ+ qadınlar və qeyri-binarlarla həmrəylik nümayiş etdirmək üçün dünya LGBTQİ+ icmasına qoşulur. Bu həftənin məqsədi lezbiyanları qeyd etmək və LBTQİ+ qadınların, xüsusən də marginallaşmış icmalardan olanların üzləşdiyi problemlər barədə məlumatlılığı artırmaqdır.

Lezbiyan Görünürlük Həftəsi 2008-ci ildən Böyük Britaniya və ABŞ-da qeyd olunsa da, son illərdə bu tədbir bütün dünyada geniş vüsət alıb. Nəfəs LGBTİ Azərbaycan Alyansı da illər ərzində icmaya dəstəyini göstərmək üçün addımlar atıb.

Lezbiyan Görünürlük Həftəsi bizə LBTQİ+ qadınlara dəstəyimizi göstərmək və daha inklüziv cəmiyyət istiqamətində işləmək imkanı verir. Müxtəlifliyi qeyd etmək, həmrəylik və birliyi təşviq etməklə, seksual oriyentasiyasından və ya gender kimliyindən asılı olmayaraq, bütün fərdlərin öz həqiqi kimlikləri ola biləcəyi bir dünya yarada bilərik.

Kəsişmələr: Yaşlı LGBTQİ+lar | ILGA-Avropa

ILGA-Avropa və AGE Platform Europe Avropa Əsas Hüquqlar Agentliyinin (FRA) 2019 LGBTİ Sorğusu II məlumat təhlili əsasında Avropada yaşlı LGBTQİ+ların üzləşdiyi çətinlikləri vurğulayan birgə brifinq yayımlayıb.

Brifinq ILGA-Avropanın kəsişmə hesabatlarının bir hissəsidir və məqsədi Avropada marjinallaşmış qrupların yaşadıqları təcrübələri araşdırmaqdır. Məlumatların təhlili yaşlı LGBTQİ+ların sorğuya verdiyi cavablara yönəldilib və onların gənc LGBTQİ+ fərdləri ilə müqayisədə təcrübələrindəki fərqləri vurğulamaq məqsədi daşıyıb. 

Hesabat marjinallaşdırılmış icmaların üzləşdiyi xüsusi problemlərin dərk edilməsində ayrı-ayrı məlumatların əhəmiyyətini vurğulayıb. ILGA-Europe və AGE Platform Europe arasında əməkdaşlıq yaşlı LGBTQİ+ların perspektivlərinin brifinqdə tam şəkildə təmsil olunmasını təmin edib.

AB | Macarıstana Qarşı Hüquqi Addım

AB üzv ölkələrin yarıdan çoxu Avropa Komissiyasının Macarıstana qarşı hüquq pozuntusuna dair addımını dəstəkləmək üçün bir araya gəlib. Addımı dəstəkləyən ölkələr sırasında Avstriya, Belçika, Hollandiya, Lüksemburq, Danimarka, Almaniya, İrlandiya, Finlandiya, Fransa, Malta, Portuqaliya, İspaniya, İsveç və Sloveniya yer alıb.

Bu inkişaf AB ölkələrinin əksəriyyətinin AB qanunvericiliyinə və Birlikdəki hər bir vətəndaşın fundamental hüquqlarına effektiv hörmətin təmin edilməsi istiqamətində fəal addımlar atmaq üçün kollektiv iradəsini vurğulayıb.

Bu addım Macarıstanın mübahisəli anti-LGBTQİ+ qanununa qarşı yönəlib, bu qanun AB tərəfindən ayrı-seçkilik və fundamental insan hüquqlarının pozulması kimi geniş şəkildə tənqid edilib. 

Yuxarıda adı çəkilən üzv dövlətlərin və Avropa Parlamentinin siyasi dəstəyi ilə AB indi AB-nin Ədalət Məhkəməsində növbəti prosedurları gözləyir. Bununla belə, Macarıstanın uğurlu addıma məhəl qoymaması ehtimalı var. Bu da AB-ni Macarıstan icmasını dəstəkləmək və hər hansı insan hüquqları pozuntularını sənədləşdirmək üçün anti-LGBTQİ+ qanunun icrasına nəzarəti davam etdirməsinə gətirib çıxara bilər.

14 üzv dövlətin dəstəyi AB dəyərlərinin təbliği və hər bir vətəndaşın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımdır. Bu addım həmçinin AB daxilində oxşar qanunlar üzərində fikirləşən digər ölkələrə belə ayrı-seçkilik yaradan qanunvericiliyə yol verilməyəcəyinə dair bir mesaj kimi xidmət edib.

AB-nin Macarıstanın anti-LGBTQİ+ qanununa reaksiyası fundamental insan hüquqlarının qorunmasına və Birlikdə hər bir vətəndaşa bərabər münasibətin təmin edilməsinə sadiqliyini nümayiş etdirib. AB üzv ölkələrin yarısından çoxunun kollektiv dəstəyi birliyin gücünü və AB-nin öz dəyərlərinə riayət etmək əzmini vurğulayıb.

Animasiya Kursunun İlk Təlimi | Fem-Utopia

Animasiya sahəsində gender müxtəlifliyini təşviq etmək və qadınların iqtisadi azadlığını dəstəkləmək üçün nəzərdə tutulmuş Fem-Utopia Animasiya kursu ilk təlim sessiyasını keçirib.

Öyrənməyə və yaratmağa həvəsli olan iştirakçılar bu gün kursun ilk təliminə qatılıblar. Sessiyada iştirak edən hüquqşünas Vəfa Rüstəm də qadın hüquqları, bərabərlik, ədalət haqqında dəyərli məlumatlar verib.

Təlim qrup işi ilə davam edib. Burada iştirakçılar gender bərabərliyi ilə bağlı layihələrini təqdim edərək, konsepsiyanı başa düşdüklərini və onun animasiya sahəsində necə tətbiq oluna biləcəyini nümayiş etdiriblər.

Fem-Utopia Animation kursu qadınların animasiya sənayesindəki təmsilçiliyini artırmaq və qadınlara dəyərli bilik və bacarıqlar verməklə onlara müstəqil olmaq imkanı vermək məqsədi daşıyır. Kurs həmçinin qadınları öz yaradıcılıqlarını kəşf etməyə və animasiyalar vasitəsilə özlərini ifadə etməyə təşviq edir.

Kursun animasiya sənayesinə və qadınların səlahiyyətlərinin artırılmasına əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Fem-Utopia komandası inanır ki, bu kurs vasitəsilə daha çox qadın öz ehtiraslarını animasiya sənayesində davam etdirmək üçün ilham alacaq.

Kursun qarşıdan gələn həftələrdə də davam etdirilməsi nəzərdə tutulur və iştirakçılara bacarıqlarını inkişaf etdirməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verəcək daha maraqlı sessiyaların keçiriləcəyi gözlənilir.

Fem-Utopia Animasiya kursu seksual oriyentasiya və gender kimliyindən asılı olmayaraq hər bir fərdin özünəməxsus istedad və yaradıcılığını ifadə edə biləcəyi daha inklüziv və əhatəli animasiya dünyasının yaradılması istiqamətində mühüm addımdır.

Ədəbiyyat İcmalının Yazılması üzrə Seminar | MİL Şəbəkəsi

Gənc tədqiqatçıların sosial elmlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün MİL Şəbəkəsi ədəbiyyat icmalının necə yazılmasına dair akademik tədqiqat seminarı təşkil edib.

Seminarın məqsədi həvəsli gənc tədqiqatçılara akademik tədqiqat və yazı işlərinin ilkin mərhələsi kimi ədəbiyyat icmallarını hazırlamaq üçün tələb olunan ilkin anlayış, qaydalar və bacarıqlar verməkdir.

Tədqiqat Emalatxanasının ilk layihəsi akademik tədqiqatın mühüm tərkib hissəsi olan Ədəbiyyat İcmalını öyrənməyə həsr olunub. Bu layihə vasitəsilə iştirakçılar əvvəlcədən müəyyən etdikləri nümunə mövzularla bağlı ədəbiyyat icmalları haqqında ilkin anlayışla tanış olacaq, icmalın hazırlanması qaydalarını öyrənəcək və mərhələli şəkildə tətbiq edəcəklər. Nəhayət, onlar öz icmallarını yazmaq üçün lazım olan bilik və bacarıqları əldə edəcəklər.

Seminarın təlimatçısı Xəyyam Namazov MİL Şəbəkəsinin həmtəsisçisidir və hazırda Berlində Humboldt Universitetində sosiologiya üzrə tədqiqat işi ilə məşğuldur. Namazov politologiya, ictimai və politologiya sahəsində böyük təcrübəsi və müəllif kimi fəaliyyəti ilə iştirakçılara ədəbiyyat icmallarının yazılması prosesinə rəhbərlik etmək üçün mükəmməl təlimatçıdır. 

Seminar yeni başlayanlar və 18-29 yaş arası araşdırmaq və ədəbiyyat icmalları yazmaq istəyən şəxslər üçün nəzərdə tutulub. İştirakçılar ərizə forması və müsahibə prosesi vasitəsilə seçiləcək. Proqram Zoom platforması vasitəsilə onlayn həyata keçiriləcək və iştirak ödənişsizdir. 

Müraciət linkinə buradan keçid edə bilərsiz. 

Müraciət üçün son tarix 22 aprel 2023-cü il, saat 23:00-dur. Seminar həftə sonları, gündə maksimum iki saat olmaqla 29, 30 aprel, 7, 8, 14, 21, 27 və 28 may tarixlərində keçiriləcək.

Maraqlanan şəxslər milsebekesi@gmail.com ünvanına müraciət edə bilərlər. Ədəbiyyat icmalını necə yazmağı öyrənmək və akademik tədqiqatınızı və yazılarınızı növbəti səviyyəyə qaldırmaq üçün bu unikal fürsəti qaçırmayın!