Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib.
Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı öz sosial təşəbbüslərini həyata keçirməklərinə dəstək olmaqdır. Qeyd edək ki, proqram müddətində qızların təhsildən yayınması halları ilə mübarizəyə, onların şəxsi və peşəkar inkişaflarının təmin edilməsinə fokuslanılacaqdır.
3 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
- Layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili;
- İcma liderlərinin təşəbbüslərini həyata keçirməkləri üçün təşkilati və mentorluq dəstəyinin göstərilməsi.
Proqramda hazırda hər hansı rayon və ya kəndlərdə yaşayan 22-35 yaş aralığındakı şəxslər iştirak edə bilər.
Qeydiyyat formasına buradan keçid edin.
Müraciət üçün son tarix: 28 mart 2023-ci il.
Qızlar Oxusun layihəsi yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəyi barədə məlumat verib.