Əvəz Hafizlinin qətlindən bir il ötüb | Minority Azərbaycan

22 fevral LGBTQ+ hüquqları aktivisti, jurnalist Əvəz Hafizlinin qətlindən 1 il keçib. Əvəz Hafizli ölkədə LGBTQ+ icmasını təşkilatlandırmaq üçün müstəsna işlər görmüş və hər hansı ayrı-seçkilik olmadan cəmiyyətin bütün kəsimlərinin problemlərini işıqlandırıb.

Əvəz Hafizli 2022-ci ilin yay aylarından etibarən homofob və transfob blogger Sevinc Hüseynovanın hədəfinə tuş gəlib. Blogger Əvəz Hafizlinin, eləcə də bir sıra icma üzvlərinin döyülməsinə və öldürülməsinə çağırış etsə də, heç bir hüquq-mühafizə orqanı tərəfindən hər hansı əks tədbir həyata keçirilməyib.

Əvəz Hafizli dəfələrlə bu məsələyə qarşı etiraz aksiyaları keçirsə və həyatının təhlükədə olduğunu bildirsə də, nə DİN, nə prokurorluq, nə də Dövlət Təhlükəsizlik Xidməti müraciətlərə reaksiya verməyib.

Əvəz Hafizli 22 fevral 2022-ci ildə öz əmisioğlu tərəfindən seksual oriyentasiyası zəminində qətlə yetirilib. Cinayət işinin araşdırılması zamanı işin halları, çoxsaylı bıçaq zərbələri, nifrət zəminində olması nəzərə alınmayıb və qatilə mümkün olan ən aşağı cəza verilib. Onun hüquqi varisi olan qardaşı məhkəmə zamanı qatildən şikayətçi olmadığını bildirib.

Qətlindən aylar sonra Əvəz Hafizlinin dostlarına məlum olub ki, ailəsi onun qəbrini itirmək məqsədilə ona başdaşı qoymaqdan imtina edir. Hafizlinin dostları öz vəsaitləri hesabına baş daşı qoymağa təşəbbüs etsələr də, ailəsi buna mane olub. Onun qəbri hələ də məzar daşından məhrumdur.

Bu gün LGBTQ+ icması, ictimai-siyasi fəallar, jurnalistlər Əvəz Hafizlinin məzarını ziyarət ediblər, onun xatirəsini yad ediblər. Dostları bildirib ki, Əvəzin xatirəsinin unudulmaması üçün əllərindən gələni edəcəklər. 

Əvəz Hafizli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →