Heç Kəsi Arxada Qoyma | Queer Art Festival

Bu ilin yay aylarından etibarən Queer Art Festival Bakı seçilmiş 40-a yaxın iştirakçıya “Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində şəhərsalma və qısametrajlı film çəkilişi mövzuları ətrafında təlimlər təşkil edib. İki fərqli qrup hər biri 8 təlimdə iştirak edərək:

  • Şəhərsalmanın marjinallaşdırılmış icmalara təsiri;
  • Bədii və dokumental üslubda ssenari yazılışı;
  • Kinemotoqrafiya və film çəkilişi;
  • Qısametrajlı film montajı

mövzularını araşdırıb.

Təlimlər müddətində iştirakçılar həm film çəkilişi üçün lazımi praktik bacarıqlara yiyələnib, həm də ölkəmizdəki hazırki şəhər dizaynını incələyərək, urban mühitdə inklüzivlik, insan hüquqlarının qorunması və şəhər sakinlərinin ehtiyacları mövzularını araşdırıb.

Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində iştirakçılar 30-a yaxın qısametrajlı film ərsəyə gətirib. Filmlərdə şəhər quruculuğunun gətirdiyi problemlərin LGBTİ+ icması, qadın*lar, gənc işçi sinif, uşaqlar, sürücülər və bir neçə başqa sosial qruplara birbaşa və dolayı təsirləri araşdırılıb.

Seçilən ən yaxşı 3 film Gürcüstan və Danimarkadan da qonaqların iştirakı ilə 10-16 Oktyabr tarixərində həyata keçirilən “Film Mosaic: Leave No One Behind” ictimai premyerasında tamaşaçılara göstərilib.

Queer Art Festivalı zamanı hazırlanan qısametrajlı filmlər həmçinin hazırda “Film Mosaic 2023” qısametrajlı film yarışmasına əlavə olunur. Sizlər də həmiçinin öz qısametrajlı filminizlə yarışmada iştirak edə bilərsiz! Yarışma haqda qısa məlumat və müraciət formasını bio-dakı “CAF × Film Mosaic Submission” linkindən əldə edə bilərsiz.

Sözügedən beynəlxalq müsabiqə qalibləri həm pul mükafatı qazanacaq, həm də 2023-ün yay aylarında beynəlxalq “Film Mosaic 2023” tədbirində iştirak üçün Kopenhagenə dəvət olunacaq.
“Heç Kəsi Arxada Qoyma” layihəsi çərçivəsində hazırlanan qısametrajlı filmlər çox yaxın günlərdə sahifəmizdə paylaşılacaq.

Filmlərə həmçinin Dekabr ayı müddətində hazırlanacaq yeni veb səhifəmizdən və ya müsabiqəyə əlavə olunduqdan sonra Copenhagen Architecture Festival saytından izləyə bilərsiz.

Layihə “The New Democracy Fund” dəstəyi və Copenhagen Architecture Festivalın partnyorluğu ilə həyata keçirilib.

Vahid Aliyev
Vahid Aliyev
Vahid Əliyev, LGBTİQ+ hüquq müdafiəçisi və ILGA-Avropanın Azərbaycandakı ekspertlərindəndir. Hal-hazırda Londonda Goldsmiths Universitetində Queer Tarixi üzrə magistr təhsili alır. Sərbəst tərcüməçi və tədqiqatçıdır. IMAGINE, OC Media, Caucasus Edition, Minority Azərbaycan və bir çox digər təşkilat və qurumlarla əməkdaşlıq edir. İşinin əsas istiqaməti münaqişələr və seksuallıq, kuir nəzəriyyəsi və tarixi, kuir feminizmi və formalaşan LGBTİ+ icmalar və qloballaşma ilə kapitalizmin bu prosesdə rolu ilə bağlıdır. Seksuallıq və gender, kuir tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olan “Mavi” fikir dərnəyinin təsisçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →