Search
Close this search box.

Petisiya | Zəhra Sediqi-Həmadani

Petisiya Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən iranlı LGBTİ+ hüquq müdafiəçiləri Zəhra Sediqi-Həmədani və Elham Çubdarın azad olunması üçün başladılıb.

İranlı LGBTİ+ hüquq müdafiəçiləri Zehra Sediqi-Həmədani və Elham Çubdar “pozğunluğu yaymaq” ittihamı ilə edam cəzasına məhkum ediliblər.

İki qadın həqiqi və ya təyin edilmiş seksual oriyentasiya və/və ya gender kimliyi və LGBTİ+ icmasını dəstəkləyən sosial media fəaliyyətlərinə görə hədəfə alınıb.

2021-ci ilin oktyabrında Sare kimi tanınan LGBTİ+ hüquq müdafiəçisi Zəhra Sediqi Həmdani Türkiyədə sığınacaq almaq üçün İran sərhədini keçməyə çalışarkən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. O, sərhədi qeyri-qanuni keçməkdə günahlandırılıb və BBC Farsi ilə müsahibədə iştirak etdiyinə və İraqın Ərbil şəhərində LGBTİ+lərin vəziyyəti haqqında danışdığına görə hədəfə alınıb.

55 beynəlxalq təşkilat “6rəng” ilə birlikdə iyulun 28-də iranlı LGBTİ+ hüquqları aktivisti Sareyə qarşı bütün ittihamların götürülməsini tələb edən bəyanat yayıb. 

“Sizi Zəhra Sediqi-Həmədani və Elham Çubdarın hökmlərini və ölüm hökmlərini ləğv etməyə və onların həqiqi və ya təyin edilmiş seksual oriyentasiyası və/və ya gender kimliyi ilə bağlı ayrı-seçkiliyə əsaslanaraq və LGBTİ+lərin insan haqlarını müdafiə edən dinc fəaliyyətlərinə görə hədəf alındıqları üçün təcili olaraq azad etməyə çağırıram. Sizi onlar azadlığa çıxana qədər onlara seçdikləri vəkillərlə və ailələri ilə görüşmək imkanı verməyə çağırıram. Həmçinin İran hakimiyyətini ölüm hökmünü ləğv etmək məqsədilə edamları təxirə salmaq, razılığa əsaslanan eynicinsli münasibətləri dekriminallaşdırmaq və LGBTİ+ləri ayrı-seçkilik, zorakılıq və digər insan haqları pozuntularından qoruyacaq qanunvericilik yaratmaq üçün qanun qəbul etməyə çağırıram,” – deyə Beynəlxalq Amnistiya Təşkilatının başladığı petisiyada qeyd edilib.

“İran bu günə qədər eynicinsli cinsi əlaqəyə görə qanunla ölüm hökmü tanıyan BMT-yə üzv olan altı dövlətdən biridir. 2017-ci ildə BMT-nin İnsan Hüquqları Şurası razılaşdırılmış eynicinsli münasibətlərə cəza kimi ölüm cəzasının tətbiqini pisləyən qətnamə qəbul edib,” – Nəfəs LGBTİ Azərbaycan Alyansında LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyev bildirib. “Qətnamə BMT-nin Baş Katibi Antonio Quterreşin hesabatı əsasında hazırlanıb və burada edam cəzasının müxtəlif qruplara qeyri-mütənasib təsirini və gender və ya seksual oriyentasiya əsaslanan diskriminativ istifadəsini araşdırıb,” deyə o, əlavə edib.

Kampaniyaya qoşulmaq və petisiya imzalamaq üçün klikləyin.

Özünə-qayğı Siyasidir | Nəfəs LGBTİ Könüllülük

Özünə-qayğı Siyasidir

Ölkədə baş verən hadisələr, kuir vətəndaşlara qarşı epidemik səviyyədə olan kuirfobiya, biz LGBTİ+lər üçün həqiqətən də xoşagəlməzdir. Bunun üçün də, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq hər şeyin bir az daha bərbad hiss edildiyi zamanlar üçün özünə qulluq məsləhətlərinin siyahısını sizə təqdim edirik. 

Xəbərlərdən uzaqlaşın – hətta Nəfəsdən də

Ekranlardan bir saat belə uzaq olmaq stress səviyyələrinə və narahatlıqlara təsir edə və böyük fərqlər yarada bilər. Bu vaxtdan internetdə neqativ xəbərlər oxumaq əvəzinə, başqa bir fəaliyyətlə məşğul olmaq üçün istifadə edin və düşüncələrinizi rahatlaşdırın. 

İnformasiya əldə etmək üçün xəbərləri oxumaq lazımdırsa, baş verənlərdən agah olmaq üçün gün ərzində xüsusi vaxtlar təyin edin. Bu, neqativ xəbərlərə məruz qalmağınızı məhdudlaşdırmaqda kömək edəcək. Xəbərləri LGBTİ+ saytlarından əldə etmək həm də mənbə daxilində xoşagəlməz homofobiya/transfobiyanı məhdudlaşdırmağa kömək edə bilər. 

Xüsusi hesabları və sözləri səssizə alın

Tvitter parametrlərinizi tənzimləməklə siz xüsusi sözlərin, ifadələrin və hesabların səsini ala bilərsiniz. Bu o deməkdir ki, həmin sözlər və hesablar xəbər lentinizdə görünməyəcək və arzuolunmaz xəbərlərə məruz qalmağınız azaldacaq. Eyni zamanda, Nəfəsi Tvitterdə izləməyi unutmayın.

Tvitter parametrlərinizi tənzimləmək üçün buraya keçid edin.

Ehtiyaclarınızı qarşılamaq üçün mühitinizi dəyişdirin

Neqativ xəbərlər bizə divarların üzərimizə dağıldığını hiss etdirə bilər və əgər evdə oturub bütün gününüzü internetdə keçirmək vərdişiniz varsa, başqa yerə getmək bu vərdişi pozmağa kömək edə bilər. Gedib bir müddət kafedən işləyə bilərsən, ya da gedib dostuna baş çəkə bilərsənmi? Ya da kitabxanaya getmək və bir müddət orada oturub kitab oxumaq bəs, mümkündür? Yaxud pulunuz varsa, ticarət mərkəzi və ya kinoteatr getməyi yoxlayın.

Bir az təmiz hava alın

Biz bilirik ki, hər kəsin yaşıl sahələrə çıxışı yoxdur, lakin  parka və ya bulvara gedə bilsəniz, bu, zehninizi təmizləyə və narahatlığınızın azalmasına kömək edə bilər. Əgər evdən çıxmağın özü belə naraharlıq yaradırsa – Azərbaycan reallığı nəzərə alsaq – hətta təmiz havanı içəri almaq üçün pəncərələri açmaq belə kömək edə bilər.

Kimləsə danışın

Özünüzü pis hiss edirsinizsə, çox güman ki, ətrafınızdakı digər kuirlər da eyni şəkildə hiss edirlər. Siz ya onlayn LGBTİ+ icmaları və qrupları vasitəsilə, ya da real həyatda birbaşa tanıdığınız insanlarla əlaqə saxlayaraq diqqətinizi yayındıra və onlarla danışa bilərsiniz.

Əlavə olaraq, bonus! Hərəkətə keçin

Əgər hərəkətə keçməklə özünüzü daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə, aktivizmə qoşulmaqla ədalətsizliyə qarşı mübarizədə necə iştirak edə biləriz – Nəfəs LGBTİ Azərbaycan Alyansına könüllü olaraq qoşulmaq üçün buraya keçid edin. 

“Özümüzə qarşı qayğı göstərib, nəzakətli olaraq daha çox enerji yığa və cisheteropatriarxal sistemlə daha sağlam mübarizə apara bilərik,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib.