LGBTİ+ Media Monitorinqi | Minority Azərbaycan

LGBTİ+ Media Monitorinqi hesabatı Minority Azərbaycan təşlilatı tərəfindən dərc edilib və 2020-ci ilin media analizini əhatə edir.

Monitorinq 189 adda onlayn medianın sözügedən ilin yanvar-dekabr ayları üçün analizi əsasında aparılıb. 

Bu dövr ərzində dərc olunan 785 ədəd material araşdırılıb və gender kimliyi və seksual oriyentasiya əsaslı nifrət nitqi nümunələrinin axtarışı edilib. 

“Təqdim etdiyimiz nəticələr və xəbər analizlərindən də göründüyü kimi, Azərbaycan mediasında LGBTIQ+ məsələləri öz əksini yetərincə düzgün tapmır. Jurnalistlərin və yazarların bu barədə kifayət qədər savadlılığı olmadığı üçün təqdim olunan məzmunlar qərəzli olmadığı halda belə, kuir icmanı təqdim etmək üçün artıq etik hasab olunmayan ifadələrdən istifadə edilmişdir,” – deyə hesabatda qeyd edilib.

“2020-ci ildə Azərbaycanda LGBTIQ+ların qarşılaşdığı əsas çətinliklər (giriş hissədə də qeyd edildiyi kimi) – pandemiya və sərtləşdirilmiş karantin qaydaları səbəbindən işini və yaşayış yerini itirmə, hətta zəruri ehtiyacların qarşılana bilməməsi, yenidən bioloji ailələrin yanına qayıtmaq məcburiyyəti və ailə tərəfindən zorakılığın müxtəlif formalarına məruz qalma, trans qadınlara qarşı nifrət cinayətlərinə təşəbbüslər mediada yetərincə aydın və qeyri-fobik olmayacaq şəkildə sadəcə bir neçə “friendly” hesab oluna biləcək mediada işıqlandırılmışdır.”

Minority Azərbaycandan feminist aktivst Gülnara Mehdiyeva bildirib ki, “LGBTİ+ haqqında daha çox müzakirələrin getdiyi mövzular arasında feministlərin 8 Mart yürüşü və burada istifadə olunan şüar və plakatlar səbəbindən həmin yürüşün gey parad, LGBTİ+ləri legitimləşdirmə cəhdi olaraq görülməsi” də yer alıb.

“Azərbaycan mediası LGBTİ+ mövzularını müzakirə edərkən ən sadə jurnalist etikasına belə tüpürür. Media obyektiv məlumat vermək əvəzinə nifrət və ayrı-seçkilik yayır və müəyyən şəxslərin əlində olan təbliğat vasitəsinə çevrilib,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansında Vahid Əliyev bildirib.

Monitorinqin nəticələrini bu keçiddən oxuya bilərsiniz.

Əli Məlikov
Əli Məlikov
Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansının üzvü, LGBTİ+ hüquqları aktivisti və jurnalistdir. O, həmçinin "Qıy vaar!" və 'Femkulis' feminist-kuir platformalarının həmtəsisçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →