Ayrı-seçkiliyin aradan qaldırılması | BMT

Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanın 4-cü dövri hesabatı ilə bağlı yekun müşahidələrini bölüşüb. 

Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı Komitə qeyd edir ki:

(a) Azərbaycan konstitusiya və qanunvericilik bazası ayrı-seçkiliyə qarşı müddəaları özündə ehtiva etsə də, ayrı-seçkiliyə qarşı spesifik qanunvericilik və işlək mexanizm yoxdur;

(c) Qanunda lezbiyan, gey, biseksual, transgender və intersekslərə qarşı birbaşa ayrı-seçkilik edən heç bir müddə olmasada, praktikada geniş yayılmış ayrı-seçkiliyin və mənfi stereotiplərin yayılması onların iqtisadi, sosial və mədəni hüquqlardan istifadəsinə mane olur;

(d) Transgenderlərin gender kimliyinin hüquqi tanınmasının olmaması onların işə, təhsilə və səhiyyə xidmətlərinə səmərəli çıxışına maneədir.

Komitə Azərbaycana tövsiyə edir ki:

(a) Ayrı-seçkiliyə qarşı qanunvericilik qebul edilsin və işlək mexanizm hazırlansın; digər həssas qruplar daxil olmaqla seksual oriyentasiya və gender kimliyinidə ora daxil edilsin.

(c) Lezbiyan, gey, biseksual, transgender və intersekslərə qarşı mənfi stereotiplərinin və damğalanmanın aradan qaldırılması bütün lazımi tədbirləri görülsün. O cümlədən, ictimaiyyət, səhiyyə işçiləri, müəllimlər, sosial işçilər, hüquq-mühafizə orqanları və digər şəxslər üçün maarifləndirmə kampaniyaları keçirilsin;

(d) Transgenderlərin Konvensiya hüquqlarından bərabər şəkildə istifadə etmələrini asanlaşdırmaq üçün şəxsin gender adaptasiyası üzrə cərrahiyyə əməliyyatı keçirib-keçməməsindən asılı olmayaraq, gender kimliyinin hüquqi tanınması üçün səmərəli prosedur tətbiq edilsin.

“LGBTİ+lərə qarşı ayrı-seçkiliklə mübarizə fiziki və mental sağlamlıq hüququ və davamlı inkişaf üçün vacib imperativdir,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bilidirib.

Seksual oriyentasiya və gender kimliyinə (SOGI) əsaslanan zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə Müstəqil Ekspert Viktor Madriqal-Borloz BMT-nin İnsan Hüquqları Şuraya verdiyi son hesabatında lezbiyan, gey, biseksual, trans və digər gender kimlikli şəxslər və intersekslərin sağlamlığı ilə əlaqəli zərərlər haqqında icmal paylaşıb.

Bunlara aşağıdakılar daxildir: zorlama və digər cinsi və gender əsaslı zorakılıq, məcburi sterilizasiya, “konversiya terapiyası” və razılıq olmadan əməliyyat; səhiyyə sistemləri və xidmətləri tərəfindən aşkar ayrı-seçkilik və qısnama; dışlayıcı profilaktika və maarifləndirmə proqramları nəticəsində HİV/AİDS və digər yoluxucu xəstəliklər riskinin artması; əsas sağlamlıq xidmətlərindən, o cümlədən cinsi və reproduktiv sağlamlıqdan və genderi təsdiq edən xidmətlərdən imtina; və travma ilə əlaqəli depressiya, narahatlıq və intihar düşüncələri kimi ciddi mental sağlamlıq zərərlərinin artması halları.

Əli Məlikov
Əli Məlikov
Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansının üzvü, LGBTİ+ hüquqları aktivisti və jurnalistdir. O, həmçinin "Qıy vaar!" və 'Femkulis' feminist-kuir platformalarının həmtəsisçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →