10 Oktyabr – Dünya Mental Sağlamlıq Günü

10 oktyabr Dünya Mental Sağlamlıq Günüdür. Bu gün tez-tez palaz altına süpürülən mental sağlamlıq problemləri ilə bağlı maarifləndirmə və sosial stiqmanı qırmaq üçün bir gündür.

Bu kontekstdə heç də təəccüblü deyil ki, mental sağlamlıq problemləri bütün dünyada LGBTİ+ləri narahat edən vəbaya çevrilib, ayrı-seçkilikçi münasibət isə təsdiqləyici qayğıya çıxışın olmamasına gətirib çıxarıb.

“Biz bu Dünya Mental Sağlamlıq Günündə LGBTİ+ icmasına diqqət yetirməliyik. Dünya Mental Sağlamlıq Günü dünyada ən çox ayrı-seçkiliyə məruz qalan, nifrət edilən və təqib edilən insanlar arasında yer qalan LGBTİ+lər üçün çox aktualdır.  Azərbaycanda mental sağlamlıq mütəxəssislərinə çıxış əldə etmək lüks sayılır, LGBTİ+lərə qarşı qərəzli münasibət isə vəziyyəti bizim üçün daha da çətinləşdirir,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. 

70-dən çox ölkədə qanunlar yetkin insanlar arasında eynicinsli münasibətləri cinayət hesab edir və bu da LGBTİ+lərin səhiyyə xidmətlərinə çıxışını alt-üst edir. LGBTİ+ sağlamlığı lezbiyan, gey, biseksual, trans, kuir və intersekslərin fiziki, əqli və emosional rifahı deməkdir – Azərbaycanın da üzvü olduğu BMT öz LGBTİ+lərin sağlamlığının və rifahının yaxşılaşdırılması haqqında çağırışında qeyd edib. 

Fərdlər seksual oriyentasiya və gender kimliyinə və gender özünüifadəsinə əsaslanan sağlamlıq standartından istifadə etmək üçün ümumi və unikal maneələrlə üzləşirlər. LGBTİ+lərin stiqma və ayrı-seçkiliyə görə səhiyyə xidmətlərindən istifadə etmək və tibb işçiləri ilə əlaqə qurmaq ehtimalı azdır və mənfi fiziki və mental sağlamlıq nəticələrinin qeyri-mütənasib yükünü daşıyırlar. 

“İcma olaraq, biz zorakılıq, işgəncə, kriminallaşma, məcburi tibbi prosedurlar və ayrı-seçkilik daxil olmaqla, insan hüquqlarının pozulması ilə daha çox qarşılaşırıq. Bundan əlavə, biz səhiyyə müəssisələrində xidmətdən imtina, ayrı-seçkilik münasibəti və qeyri-münasib patologiyalarla üzləşirik. Bu səbəbdən də, Dünya Mental Sağlamlıq Günündə biz təkcə mental sağlamlıq problemləri ilə bağlı stiqmanı qırmaq üçün çalışmamalıyıq, həm də LGBT+lərin səslərinin yüksəldilməsini təmin etməliyik,” – Vahid Əliyev əlavə edib. 

Mental sağlamlıq siyasidir! Bu gün Dünya Mental Sağlamlıq Günündə sizə Nəfəs LGBTİ Azərbaycan Alyasının hazırladığı “Özünə-qayğı siyasidir” yazısına nəzər yetirməyinizi tövsiyə edir və fiziki və mental sağlamlığınızın güclü olmasını diləyirik! 

Əli Məlikov
Əli Məlikov
Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansının üzvü, LGBTİ+ hüquqları aktivisti və jurnalistdir. O, həmçinin "Qıy vaar!" və 'Femkulis' feminist-kuir platformalarının həmtəsisçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →