Beynəlxalq Lezbiyanlar Günü

Bu gün 8 oktyabr Beynəlxalq Lezbiyanlar Günümüzdür!

Avstraliya Gey və Lesbiyan Arxivlərinə görə, 8 oktyabrın Beynəlxalq Lesbiyanlar Günü kimi qeyd olunması 1979-1980-ci illərdən başlayıb. Şimali Avropada yaşayan lezbiyan fəallar və radikal lezbiyan feministlər bu illər ərzində həm gender, həm də seksual oriyentasiya əsasında ayrı-seçkiliyə qarşı mübarizələrini vurğulamaq üçün bu günü Beynəlxalq Lezbiyanlar Günü kimi elan ediblər.

2000-ci illərdən bəri geniş şəkildə qeyd olunan 26 aprel Lesbiyan Görünürlük Günü qədər məşhur olmasa da, 8 oktyabr Beynəlxalq Lesbiyanlar Gününün 1980-ci illərdən etibarən tədbirlərlə qeyd olunduğu əsas ölkələr Avstraliya və Yeni Zelandiyadır.

“Lezbiyan” sözü eramızdan əvvəl VI əsrin məşhur kuir şairəsi Safodan gəlir. Safo Lesbos adasında yaşayan şairə olub və o, əsərlərində Qədim Yunanıstanda qadınların evlərini tərk edə bilmədiyi və cəmiyyətdə təmsil olunmadığı bir vaxtda qadınlara duyduğu sevgini təsvir etmişdir. Yunan ədəbiyyatında lirik sənəti Safo formalaşdırmışdır. Onun şeirləri qadınlara qarşı hiss etdiyi həsrət, erotizm və çarəsizlik ilə məşhurdur.

Bu xüsusi gündə Minority Azərbaycan onlayn jurnalı tərəfindən nəşr olunan  “Lezbiyan Feminizmi” yazısına nəzər salmağınızı istərdik.

Vahid Aliyev
Vahid Aliyev
Vahid Əliyev, LGBTİQ+ hüquq müdafiəçisi və ILGA-Avropanın Azərbaycandakı ekspertlərindəndir. Hal-hazırda Londonda Goldsmiths Universitetində Queer Tarixi üzrə magistr təhsili alır. Sərbəst tərcüməçi və tədqiqatçıdır. IMAGINE, OC Media, Caucasus Edition, Minority Azərbaycan və bir çox digər təşkilat və qurumlarla əməkdaşlıq edir. İşinin əsas istiqaməti münaqişələr və seksuallıq, kuir nəzəriyyəsi və tarixi, kuir feminizmi və formalaşan LGBTİ+ icmalar və qloballaşma ilə kapitalizmin bu prosesdə rolu ilə bağlıdır. Seksuallıq və gender, kuir tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olan “Mavi” fikir dərnəyinin təsisçisidir.

2 thoughts on “Beynəlxalq Lezbiyanlar Günü

  1. Nəfəs təşkilatına könüllü fəaliyyət ilə bağlı müraciətlərə nə qədər vaxt ərzində geri dönüş edilir ümumiyyətlə könüllü kimi müraciətlərin hər dəyərləndirilir yoxsa sadəcə bir qism müraciətlər seçilir

    1. Şərhiniz və Nəfəs LGBTİ Azərbaycan Alyansına olan marağınız üçün təşəkkür edirik.

      Bildirmək istərdik ki, könüllülüklə bağlı müraciət edənlərlə 15 oktybardan sonra əlaqə saxlanılacaq və əvvəlcə tanışlıq məqsədilə onlayn görüşlər keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →