Heyvan Hüquqları Aktivistləri Aksiya Keçirib

Heyvan hüquqları aktivistləri dünən, oktyabr ayının 4-də Dünya Heyvanlar Günündə Bakının Fəvvarələr meydanında aksiya keçiriblər. Onlar bələdiyyə orqanlarının itlərin qeyri-qanuni güllələnməsinə etiraz ediblər. 

“Bakıda sahibsiz itlərin tutularaq sterilizasiya olunub buraxılması ilə bağlı dövlətin verdiyi vədlərə zidd olaraq, əslində şəhər kənarına aparılaraq güllələnirlər,” – deyə heyvan hüquqları aktivisti Kamran Məmmədli OC-Mediaya bildirib

Fəalların iddiaları Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə yaradılan və məqsədi “Bakı sakinlərinin təhlükəsizliyini təmin etmək, sahibsiz heyvanlara qayğı göstərmək və cəmiyyətin onlara münasibətini dəyişmək” olan “Toplan Heyvanlara Qayğı Mərkəzi”nə yönəlib. Lakin fəallar itlərin yoxa çıxdıqlarını iddia ediblər.

“Aksiyada şüarlar açıldı və həmin an aktivistlər polis tərəfindən qaçırıldı!,” – deyə veqan aktivist Əli Məlikov öz sosial media hesabında qeyd edib

heyvan hüquqları aktivistləri aksiyası
Foto: İsmayıl Tağıyev
Foto: İsmayıl Tağıyev
Foto: İsmayıl Tağıyev

“Qürur yürüşləri etirazdır, vegetarianlıq və veqanlıq da etirazlardan biridir. Bu səbəbdən də, bütün əzilənlərin hüquqlarının qorunması üçün mübarizəmizi davam etməliyik. Bir çox heyvan hüquqları fəalları LGBTİ+ icmasını dəstəkləyir və eynilə LGBTİ+ icması da heyvan hüquqları aktivistlərinin yanındadır, çünki biz cəmiyyətin cəhalətinə və təkəbbürünə məruz qalanlarla birləşirik,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Gülnara Mehdiyeva bildirib.

Vahid Aliyev
Vahid Aliyev
Vahid Əliyev, LGBTİQ+ hüquq müdafiəçisi və ILGA-Avropanın Azərbaycandakı ekspertlərindəndir. Hal-hazırda Londonda Goldsmiths Universitetində Queer Tarixi üzrə magistr təhsili alır. Sərbəst tərcüməçi və tədqiqatçıdır. IMAGINE, OC Media, Caucasus Edition, Minority Azərbaycan və bir çox digər təşkilat və qurumlarla əməkdaşlıq edir. İşinin əsas istiqaməti münaqişələr və seksuallıq, kuir nəzəriyyəsi və tarixi, kuir feminizmi və formalaşan LGBTİ+ icmalar və qloballaşma ilə kapitalizmin bu prosesdə rolu ilə bağlıdır. Seksuallıq və gender, kuir tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olan “Mavi” fikir dərnəyinin təsisçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

Nəfəs LGBTİ Azərbaycan Alyansının 4-cü dövr UDİ Azərbaycan 2023 İctimai Vəkillik Bəyanı

Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş …

Read More →
Xəbərlər

İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi

İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə …

Read More →
İİV
Podkast

İİV pozitivlə pozitiv yaşayan kuirlər

Nəfəs LGBTİ Alyansı olaraq “Mübarizəmiz haqlıdır” şüarımızla başladığımız 2023 Qürur Həftəsi çərçivəsində hazırladığımız 2-ci podkastı sizə təqdim edirik. Könüllümüz Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan …

Read More →