Fəallar Avropa Birliyinə Qoşulma Haqqında | Podkast

“Avropa Birliyinə üzlük bir neçə il, hətta onilliklər almasına baxmayaraq, üzlük prosesinin özü artıq namizəd ölkələrdə LGBTİ+lərə müsbət təsir edə bilər,” – deyə İLGA-Avropa təşkilatı bildirib.

AB ailəsi yarandığı gündən eyni dəyərləri paylaşan yeni üzvlər üçün qapılarını açıq saxlayıb. Namizəd ölkələr AB-nin demokratik prinsip və təcrübələrini öz ərazilərində və xaricdə tətbiq etmək, dəstəkləmək və təşviq etmək öhdəliyinə sadiq olmalıdırlar. Bir Avropa dövlətinin AB-yə daxil olmaq istəyi AB-nin hazırkı üzv dövlətləri tərəfindən razılaşdırıldıqdan sonra üzvlük prosesi başlayır. Qoşulmanın faydaları çoxşaxəlidir, o cümlədən milyardlarla AB maliyyəsinə çıxış, AB ölkələrinə vizasız giriş və işçi qüvvəsinin, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti bura daxildir.

“Proses zamanı namizəd ölkə bir sıra siyasi və iqtisadi meyarlara, habelə inzibati və institusional öhdəliklərə cavab verməlidir. Bu meyarlara LGBTİ+lərin insan hüquqlarına hörmət də daxildir,” – deyə LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyev bildirib.

İLGA-Avropanın The Frontline podkast kanalında yer alan son podkastda beynəlxalq LGBTİ+ təşkilatı namizəd statusu verilən ən son ölkələr olan Ukrayna və Moldova və 2010-cu ildən namizəd üzv olan Monteneqrodan olan LGBTİ+ fəalları ilə söhbət edib.

ILGA-Avropa Avropa və Mərkəzi Asiya üzrə 54 ölkədən 700-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatıdır. İLGA-Avropanın rolu hərəkatı gücləndirmək və birləşdirici olmaqdır. O, fəalları müttəfiqlərlə birləşdirir və institusional aktyorları maraqlandıran məsələlərlə və bütövlükdə hərəkatla əlaqə saxlayır. Bunu nəzərə alaraq, İLGA-Avropa özəl sektor kimi cəmiyyətdəki LGBTİ+ müttəfiqləri ilə strateji tərəfdaşlıq qurur; lakin ümumilikdə LGBTİ+ və digər bərabərlik və sosial ədalət hərəkatları arasında daha böyük ittifaqlar yaradır.

“İLGA-Avropanın partnyoru olan Nəfəs LGBTİ Azərbaycan Alyansı digər partnyor təşkilarla birlikdə İLGA-Avropanın çətiri altında təkcə Azərbaycanda deyil, eyni zamanda regionda da LGBTİ+lərin təhlükəsizliyi, bərabərliyi və azadlığı üçün fəaliyyət göstərir,” – Vahid Əliyev qeyd edib.

54 ölkədə 700-dən çox lezbiyan, gey, biseksual, trans və interseks (LGBTİ) təşkilatları üçün çətir təşkilat olan İLGA-Avropa tərəfindən təqdim olunan The Frontline LGBTİ aktivizmi və Avropa və Mərkəzi Asiyada yaşayan LGBTİ+lər haqqında podkastdır. Podkast ingilis dilindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →