Siyasi Məhbuslar və Əhməd Məmmədli

Azərbaycanda hazırda 99 nəfər siyasi məhbusun olduğu bildirilib. Bu barədə Sülh və Demokratiya İnstitutu tərtib etdiyi siyahıda qeyd edib. İnstitut siyasi məhbusları 7 qrupa bölüb.

Sülh və Demokratiya İnstitut bildirib ki, siyahı konsepsiyanın müəyyənləşdirilməsi meyarlarına – Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi “siyasi məhbus” anlayışına uyğun tərtib edilib. 

AŞPA-nın təyin etdiyi meyarlara görə, azadlıqdan məhrum edilən şəxslərə: “Saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilməsi, saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilməsi, həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional olmadığı və vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılması və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsi olması və bu, hakimiyyətin siyasi motivləri ilə bağlı olması hallarında siyasi məhbus kimi baxılmalıdır,” – deyə LBGTİ+ hüquq müdafiəçisi Vahid Əliyev bildirib. 

LGBTİ+inklüziv D18 təşkilatının sədri Əhməd Məmmədlinin apelyasiya şikayəti təmin edilməyib. Bu barədə Meydan TV xəbər verib.

Əhməd Məmmədli sentyabrın 20-də Bakıda – İslam Səfərli küçəsində gedərkən mülki geyimli şəxslər özlərini təqdim etmədən, qəfil hücum edərək onu tutub aparıblar.

Demokratiya 1918 (D-18) Hərəkatının sədri Əhməd Məmmədlinin 30 günlük inzibati həbsi haqda qərardan verilmiş şikayətə sentyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. 

Məhkəmədə Əhməd Məmmədli özü də iştirak edib. O, polisə müqavimət ittihamının saxta olduğunu, əksinə, küçədə getdiyi zaman mülki geyimli polislər tərəfindən saxlanılaraq zorla avtomobilə mindirilib aparıldığını bildirib.

Hərəkat sədri həbsinin siyasi sifariş olduğunu deyib və sosial media hesabında paylaşımlarına görə cəzalandırıldığını vurğulayıb.Vəkili Zibeydə Sadıqova da Əhməd Məmmədli haqqında Səbail Rayon Məhkəməsində çıxarılmış 30 günlük həbs qərarının əsassız və qanunsuz olduğunu bildirib. Müdafiəçi həmin qərarın ləğv olunmasını, müvəkkili haqqında başlanmış inzibati xəta işinə xitam verilməsini istəyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əhməd Məmmədlinin həbsilə bağlı ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə vəkil Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyini bildirib.

D-18 Hərəkatı Əhməd Məmmədlini “sülh məhbusu” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

qızlar oxusun
Xəbərlər

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib. Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı …

Read More →
MİL Şəbəkəsi
Xəbərlər

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm …

Read More →
LGBTQİ+lərlə psixoloji konsultasiya
Nəşrlər

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə …

Read More →